"Yayılan söz-söhbətlər onun "Qarabağ"a keçəcəyindən xəbər verir. Eşitdiyimə görə, onlar Billiata yaxşı pul verəcəklər". Bu sözləri "Mamelodi Sandaunz" klubunun baş məşqçisi Pitso Mosimane deyib.
Canubi Afrika Respublikası klubunun şərəfini qoruyan Xama Billiatın adı uzun müddətdi "Qarabağ"la yanaşı hallanır. Məsələ ilə bağlı açıqlama verən baş məşqçi futbolçunun "Qarabağ"a keçidinin reallaşmaq üzrə olduğunu bildirib: "Xama bizimlə müqaviləni yeniləmədiyi üçün onunla görüşüb söhbət etməli oldum. Açıq danışsaq, Billiat bizə 5 gözəl il bəxş etdi. Artıq onu buraxmağın vaxtı çatıb".
Qeyd edək ki, zimbabveli hücumçunun xidmətində "Qarabağ"la yanaşı ABŞ və Misir klubları da maraqlıdır.