Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov Bakı şəhəri Dağ yəhudiləri sinaqoqunu ziyarət edərək dini icmanın və sinaqoqun fəaliyyəti ilə tanış olub.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, şöbə müdiri sinaqoqun ibadət zalı, dərs otağı və zəngin kitabxanası ilə tanış olub və ona burada saxlanılan qiymətli əlyazma Tövrat nüsxəsi barədə məlumat verilib.
Bakı şəhəri Dağ yəhudiləri dini icmasının rəhbərliyi ilə görüşdə icma sədri Milix Yevdayev Azərbaycanda Dağ yəhudilərinin tarixi haqqında məlumat verib, dövlətin icmaya göstərdiyi qayğıya görə məmnunluğunu ifadə edib.
Etibar Nəcəfov ümummilli lider Heydər Əliyevin Dağ yəhudiləri dini icmasına yüksək diqqət və qayğı ilə yanaşmasından, hazırda bu siyasəti Prezident İlham Əliyevin uğurla davam etdirməsindən danışıb və Milix Yevdayevə “Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev multikulturalizmin Azərbaycan modeli haqqında” kitabını təqdim edib.
Görüşdə Prezident Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov də iştirak edib.
Qeyd edək ki, yəhudilərin Azərbaycanda məskunlaşmalarının tarixi 2600 il öncəyə gedib çıxır. Əsrlərboyu ölkəmizdə yaşayıb yerli əhali ilə qaynayıb-qarışan, hətta qohumluq əlaqələri quran yəhudilərə qarşı xalqımız daim dost münasibət bəsləyib.
Azərbaycanda Dağ yəhudiləri əsasən Bakı, Quba və Oğuz rayonlarında məskunlaşıb. Müstəqilliyimizin bərpa olunmasından sonra ölkəmizdə yaşayan milli azlıqların, o cümlədən yəhudilərinin həyatında yeni mərhələ başlayıb, milli azlıqların hüquq və azadlıqlarının qorunmasına, onların mədəniyyətinin, dilinin inkişafına dövlət səviyyəsində dəstək verilməsi yəhudi icmaları qarşısında yeni imkanlar açıb.
Hazırda respublikada Dağ yəhudilərinə məxsus 6 sinaqoq fəaliyyət göstərir. Onlardan 1-i Bakı şəhərində, 3-ü Quba rayonunda, 2-si Oğuz rayonunda yerləşir. Quba rayonunda Dağ yəhudilərinin kompakt yaşadığı Qırmızı Qəsəbədə yəhudi uşaqlar üçün tədris müəssisəsi fəaliyyət göstərir. Burada yəhudi milli adət və ənənələrini tədris edən müəllimlər çalışırlar.
2010-cu ilin oktyabr ayında isə bu qəsəbədə Dağ yəhudiləri dini icmasına məxsus 200 il yaşı olan sinaqoq əsaslı təmirdən sonra istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü və dəstəyi ilə 2011-cu il martın 5-də icma üçün Bakıda inşası dövlət büdcəsindən maliyyələşən sinaqoq dindarların istifadəsinə verilib.
Bundan başqa, Prezident İlham Əliyevin Sərəncamı ilə hər il bütün digər dini icmalara edildiyi kimi, yəhudi icmalarına da ayrılan maddi vəsaitlər yüksək qayğı kimi qiymətləndirilir. Hər il yəhudi xalqının əlamətdar bayramları münasibətilə Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün yəhudi icmalarına təbrik ünvanlanması da əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan ənənənin yaşadılmasıdır.
Bu gün yəhudi xalqının mənsubları respublikanın siyasi, iqtisadi, sosial, mədəni həyatında aktiv fəaliyyət göstərirlər. Hazırda Bakıda tanınmış yəhudilərin - Nobel mükafatı laureatı, fizik Lev Landaunun, respublikanın Əməkdar Həkimi Solomon Qusmanın, Qarabağ müharibəsi qəhrəmanı Albert Aqarunovun və başqalarının yaşadıqları binalarda memorial lövhələr mövcuddur.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM