İlham Əliyevin prezidentliyi dövrünün ilk 10 ilinə işıq salan fundamental nəşr

13:49 / 05.05.2018

Əsrə bərabər on il. “Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili” ikicildliyinin naşirləri 2003-2013-cü illəri belə səciyyələndirirlər

 

Nəfis tərtibatla nəşr olunmuş “Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili” ikicildliyi oxucuların ixtiyarına verilib.

Monumental nəşrdə müstəqil Azərbaycanın memarı və qurucusu ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin xalqa sədaqəti, dövlətin müdafiə qüdrətinin yüksəlməsi və dövlətçiliyin möhkəmlənməsi, milli müstəqilliyin əbədiyaşarlığı uğrunda apardığı mübarizənin unudulmaz səhifələri öz əksini tapıb.

Layihənin ideya rəhbəri Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri Fəttah Heydərovdur. Professor Teymur Əhmədovun tərtib etdiyi, tədqiqatçı alim İradə Ələsgərovanın redaktoru olduğu kitabda Azərbaycan Prezidenti İlham Əliyevin 2003-2013-cü illərdə həyata keçirdiyi daxili və xarici siyasət, xarici ölkələrə rəsmi səfərləri, dövlət başçıları, beynəlxalq təşkilatların rəhbərləri və nümayəndə heyətləri ilə çoxsaylı görüşləri, kütləvi informasiya vasitələrinə müsahibələri, nitqləri, çıxış və bəyanatları xronoloji ardıcıllıqla əks olunub.

Kitabın həmin dövrə həsr edilməsi təsadüfi deyil. Azərbaycanın bugünkü inkişaf və yüksəlişinin təməli məhz həmin illərdə qoyulub. Bu tarixi uğurları dəyərləndirən dövlətimizin başçısı İlham Əliyev nitq və çıxışlarında dəfələrlə vurğulayıb ki, bizim iqtisadi göstəricilərimizin, inkişafımızın dünya miqyasında bənzəri yoxdur: “10 ilin yekunlarına baxmaq kifayətdir. Azərbaycanda yaşanan inkişaf dünyada çox nadir hallarda müşahidə edilir, həm siyasi-iqtisadi, həm energetika, mədəniyyət sahələrində...”.

Yeri gəlmişkən qeyd edək ki, Prezident İlham Əliyevin 2003-2013-cü illərdəki fəaliyyəti AZƏRTAC-ın materiallarına və Prezident Kitabxanasına istinadla “Respublika” qəzetində xronoloji ardıcıllıqla on il mütəmadi dərc olunub. Yəqin ki, ikicildliyin sanballı alınmasını şərtləndirən əsas amillərdən biri də budur.

İkicildliyi vərəqlədikcə 10 il ərzində ölkəmizdə qazanılan uğurların, reallaşdırılan layihələrin miqyası heyrət doğurur. 2003-2013-cü illərdə Azərbaycan dünyada ən sürətli templərlə inkişaf edən ölkə olub. İqtisadiyyat 3,4 dəfə artıb. Həmin müddətdə heç bir digər ölkə, hətta inkişaf etmiş ölkələr belə bu qədər iqtisadi artıma nail olmayıb. Uğurların başlıca səbəbi aparılan islahatlar, ölkədə hökm sürən sabitlik, ictimai asayişin təmin edilməsidir. Digər tərəfdən, iqtisadi islahatlar siyasi islahatlarla tamamlanıb. Bütün bunları nəşrdə toplanan materiallardan tam və aydın şəkildə görmək mümkündür.

Bu gün Azərbaycan təkcə regionda deyil, həm də dünyada söz və nüfuz sahibidir. Ölkəmizin beynəlxalq aləmdə nüfuzunun artmasında iqtisadi potensialın güclənməsi ilə bərabər, Prezident İlham Əliyevin məntiqli praqmatik siyasəti və lider kimi şəxsi keyfiyyətləri böyük rol oynayır. Bu uzaqgörən siyasi kursun nəticəsidir ki, regionda Azərbaycanın iştirakı olmadan heç bir layihəni həyata keçirmək, iqtisadi proqramı reallaşdırmaq qeyri-mümkündür. Cənubi Qafqaz iqtisadiyyatında dörddə üç paya malik olan Azərbaycan hazırda regional lider, mühüm geosiyasi oyunçu və beynəlxalq nüfuzu daim artan ölkədir. Təhlilçilərin də qeyd etdiyi kimi, bu böyük uğurların arxasında Ulu Öndərin əsasını qoyduğu inkişaf strategiyasının müasir dövrümüzdə dövlətimizin başçısı tərəfindən davamlı inkişaf etdirilməsi və qlobal siyasətin tələbinə əsasən yeni çalarlarla zənginləşdirilməsi dayanır.

Bütün bunlar haqqında “Prezident İlham Əliyev: dinamik inkişafın 10 ili” ikicildliyindəki ayrı-ayrı bölmələrdən geniş məlumatlar əldə etmək olar.

“CBS Poliqrafik production” nəşriyyatında çap edilən ikicildlik zəngin kitab mədəniyyəti ənənələrini özündə birləşdirir və yüksək səviyyəli poliqrafik icrası ilə diqqət çəkir. Kitab oxucuda bu 10 ildə görülmüş işlərin həqiqi miqyası, dövlət başçısının yürütdüyü uzaqgörən siyasət barədə aydın təsəvvür yaradır. İkicildliyin hazırlanmasında başlıca məqsəd də elə budur.

2003-2013-cü illərin xronikasını nəfis tərtibatla oxucunun diqqətinə çatdıran bu yeni nəşr bir daha təsdiqləyir ki, əsrə bərabər bu 10 il milli inkişaf strategiyasının reallaşmasına, əhalinin sosial rifahının yüksəldilməsinə, ölkəmizin beynəlxalq nüfuzunun artmasına, iqtisadi təhlükəsizliyin, milli maraqların və sabitliyin təmin olunması istiqamətində tədbirlərin gələcək illərdə də uğurla həyata keçirilməsinə, müstəqilliyimizin əbədiyaşarlığına etibarlı təməl olub.

Azərbaycan Prezidenti İlham Əliyevin ictimai-siyasi fəaliyyətinə həsr olunmuş bu ikicildlik ölkənin sosial-iqtisadi inkişafı, daxili və xarici siyasəti ilə maraqlanan geniş oxucu auditoriyası, politoloq və tədqiqatçılar üçün son dərəcə dəyərli məlumat mənbəyidir.

Bu fundamental nəşri, eyni zamanda, xalqın iradəsi ilə növbəti müddətə Prezident seçilməsi münasibətilə dövlətimizin başçısı İlham Əliyevə mətbuat işçilərinin özünəməxsus təbriki kimi də səciyyələndirmək olar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM