Əli Həsənov: Azərbaycan hökuməti zərurət olduğu hallarda parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalarla dialoq aparır (YENİLƏNİB-2)

16:55 / 07.05.2018

Azərbaycan hökuməti zərurət olduğu hallarda parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalarla dialoq aparır.

Strategiya.az bildirir ki, Trend-in məlumatına görə, bunu Azərbaycan Prezidentinin İctimai-syiasi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Həsənov bu gün Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edərkən deyib.

Bu ay müsəlman dünyasında ilk respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin 100 ili tamam olur. 23 ay mövcud olmuş bu dövlətin baniləri onu klassik Avropa demokratiyası tipində qurmaq və inkişaf etdirmək vəzifəsini öz üzərlərinə götürmüşdülər. Lakin 1920-ci ilin aprelində sovet Rusiyasının hərbi müdaxiləsi nəticəsində Cümhuriyyətin mövcudluğuna son qoyuldu və Azərbaycan tamamilə fərqli ideologiya əsasında qurulmuş sistemdə yaşamağa məcbur edildi. 70 il Sovet İttifaqının tərkibində olan Azərbaycanda totalitar rejim, birpartiyalı sistem hökm sürüb, insan hüquq və azadlıqları əsaslı şəkildə məhdudlaşdırılıb.

Ə.Həsənov qeyd edib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycan öz dövlət müstəqilliyini bərpa etdi: "Azәrbaycan Respublikasının dövlәt müstәqilliyi haqqında” Konstitusiya Aktında vurğulanır ki, Azәrbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi varisidir. Bu o deməkdir ki, Azərbaycanın dövlət müstəqilliyinin bərpası sadəcə inzibati-siyasi cəhətdən azad olmaqla məhdudlaşmır, həm də yeni ictimai, sosial və iqtisadi münasibətlər sisteminə keçid edilir. Başqa sözlə, Azərbaycanda hüquqi və demokratik dövlətin qurulması, siyasi plüralizm, vətəndaş cəmiyyəti və azad iqtisadi münasibətlərin formalaşdırılması başlıca məqsəd kimi qarşıya qoyulur.

Təəssüf ki, müstəqillik ərəfəsində və istiqlalın ilk illərində ölkəmiz Ermənistanın təcavüzünə məruz qalıb, qeyri-sabit ictimai-siyasi durumla və sosial-iqtisadi tənəzzüllə qarşılaşmalı olub. Qlobal geosiyasi amillərin təsiri altında cərəyan edən ictimai-siyasi proseslər, regiondakı qüvvələr nisbəti, habelə ölkənin o vaxtkı rəhbərliyinin naşı idarəçiliyi nəticəsində dövlət qurumları öz funksiyalarını lazımınca yerinə yetirə bilməmiş, sosial təsisatlar tamamilə sıradan çıxmışdı. Belə bir şəraitdə xalqın tələbi ilə ümummilli lider Heydər Əliyev Azərbaycanın ali rəhbərliyinə gəldi və onun xidmətləri sayəsində Azərbaycanda sabitlik bərqərar oldu, demokratik siyasi, humanist sosial münasibətlər sisteminə və liberal iqtisadiyyata keçid təmin edildi”.

Prezident köməkçisi bildirib ki, Heydər Əliyevin təşəbbüsü ilə ölkə qarşısında duran strateji məqsədlər 1995-ci ildə qəbul edilmiş Konstitusiyada təsbit olunub: “Bu ali sənəddə dövlət hakimiyyətinin təşkili, insan və vətəndaş hüquq və azadlıqlarının təminatı, habelə liberal iqtisadiyyatın yaradılmasının təməl prinsipləri təsbit olunub və praktiki fəaliyyət prosesində uğurla tətbiq edilib. Xalqımız Heydər Əliyevin xidmətlərini həmişə minnətdarlıqla xatırlayır, onun xatirəsini əziz tutur. Bir neçə gündən sonra – mayın 10-da biz Heydər Əliyevin anadan olmasının 95 illiyini qeyd etməyə hazırlaşırıq.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin qəti mövqeyi ondan ibarətdir ki, müasir dövrdə siyasi plüralizm, liberal iqtisadi sistem və güclü vətəndaş cəmiyyəti hər bir ölkənin dinamik inkişafını təmin edən başlıca vasitələrdir. Məhz buna görə də Azərbaycan dövləti demokratik prinsiplərin möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının təşviqi, vətəndaş cəmiyyəti institutlarının daha da inkişaf etdirilməsi, onların fəaliyyətinin stimullaşdırılması istiqamətində ardıcıl siyasət həyata keçirir. Hazırda ölkədə 55 siyasi partiya, 3 mindən çox qeyri-hökumət təşkilatı (qeyri-kommersiya təşkilatları isə 4 mindən çox), 5 mindən çox kütləvi informasiya vasitəsi, habelə sıralarında 2 milyona yaxın insanı birləşdirən həmkarlar ittifaqları var”.

Ə.Həsənov vurğulayıb ki, plüralizm müasir Azərbaycan cəmiyyətinin səciyyəvi xüsusiyyətidir: “Ölkədə siyasi partiyaların sərbəst fəaliyyət göstərməsi üçün münbit şərait yaradılıb. Onların fəaliyyəti Konstitusiya, Mülki Məcəllə, Seçki Məcəlləsi, “Siyasi partiyalar haqqında” qanun, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında” qanun və s. normativ-hüquqi aktlar, habelə Azərbaycanın qoşulduğu beynəlxalq müqavilələrlə tənzimlənir. Qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Nəticədə ölkədə 55 siyasi partiya dövlət qeydiyyatından keçib. Milli Məclisə seçilmiş deputatların partiya mənsubiyyətinə uyğun olaraq, Mərkəzi Seçki Komissiyasının tərkibinin üçdə ikisi siyasi partiyaların nümayəndələrindən təşkil edilir. Komissiya üzvlərinin üçdə biri parlamentdə çoxluq təşkil edən, üçdə biri isə azlıqda qalan partiyaların təqdim etdikləri namizədlərdən təyin olunur”.

O xatırladıb ki, 2012-ci ilin mayında “Siyasi partiyalar haqqında” qanuna dəyişikliklər qüvvəyə minib: “Bundan əvvəl dəyişikliklərin layihəsinin geniş ictimai müzakirəsi keçirilib. Venesiya Komissiyası da layihəyə ümumən müsbət rəy verib. “Siyasi partiyalar haqqında“ qanuna əlavə edilmiş 17-1-ci maddəyə görə, siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi üçün hər il dövlət büdcəsindən vəsait ayrılır. Həmin vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Azərbaycan Milli Məclisinə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin Milli Məclisdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür. Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatların sayına proporsional olaraq bölünür. Qanun qüvvəyə mindikdən sonra hər il dövlət büdcəsindən 11 siyasi partiyaya 2,5 milyon manat vəsait verilib. 2014-cü il sentyabrın 30-da “Siyasi partiyalar haqqında” qanuna edilən və noyabrın 4-də qüvvəyə minmiş son dəyişikliklər isə siyasi partiyaların icra hakimiyyətindən müstəqilliyini gücləndirib. Belə ki, 2012-ci ildə qanuna edilmiş dəyişikliyə görə, partiyalar maliyyə hesabatını icra hakimiyyəti orqanı olan Maliyyə Nazirliyinə təqdim etməli idisə, bundan sonra onlar maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir”.

Ə.Həsənov əlavə edib ki, siyasi partiyalardan 40-dan çoxu mövcud hakimiyyətə müxalifət mövqeyində dayanır. 11 partiya, o cümlədən 7 müxalifət partiyası Milli Məclisdə təmsil olunur. Aprelin 11-də keçirilən prezident seçkilərində 6 partiyanın namizədi iştirak edib:

“Azərbaycan hökuməti zərurət olduğu hallarda parlamentdə təmsil olunan və olunmayan siyasi partiyalarla dialoq aparır. Məsələn, 2014-2015-ci illərdə Prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov eyni vaxtda 20-yə qədər siyasi partiya ilə müxtəlif mövzulara dair bir neçə görüş keçirib”.

Prezidentin köməkçisi qeyri-hökumət təşkilatlarının fəaliyyətinə də toxunub: “Azərbaycan dövləti ölkədə fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutlarının, o cümlədən qeyri-hökumət təşkilatlarının formalaşmasına və inkişafına daim ciddi önəm verir. Azərbaycanda dövlət qeydiyyatına alınmış 3 mindən çox qeyri-hökumət təşkilatı var. Ümumilikdə isə qeyri-kommersiya qurumlarının sayı 4 mini ötüb. Azərbaycan Respublikasının Konstitusiyası, Mülki Məcəllə, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında”, “Qrant haqqında”, “Könüllü fəaliyyət haqqında”, “İctimai iştirakçılıq haqqında” qanunlar, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərman və sərəncamları, habelə bu sahəni tənzimləyən digər normativ hüquqi aktlar QHT-lərin azad və sərbəst fəaliyyət göstərməsini təmin edir. Hazırda Azərbaycan dövləti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası, Gənclər Fondu Publik Hüquqi Şəxsi və Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu vasitəsilə vətəndaş cəmiyyəti institutlarına yardım göstərir. Azərbaycan dövləti yalnız yerli QHT-lərə qrant verməklə kifayətlənmir. 2012-ci ilin mayında Azərbaycan Prezidenti cənab İlham Əliyevin fərmanı ilə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının Əsasnaməsinə müvafiq dəyişikliklər edilib, quruma xarici və beynəlxalq qeyri-hökumət təşkilatlarının hazırladıqları proqram və layihələri dəstəkləmək səlahiyyəti verilib. 2013-cü ildən etibarən Şura xarici QHT-lərin sülh, demokratiya, hüquq müdafiəsi, siyasi plüralizmin inkişafı, Azərbaycan reallıqlarının dünyaya çatdırılması və s. mövzularda təqdim etdikləri layihələri maliyyələşdirməyə başlayıb”.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan dövlətinin vətəndaş cəmiyyəti ilə bağlı strateji hədəfləri hələ 2012-ci ilin dekabrında Prezident İlham Əliyev tərəfindən təsdiq edilmiş “Azərbaycan - 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında öz əksini tapıb. Konsepsiyada açıq şəkildə göstərilir ki, onun həyata keçiriləcəyi dövrdə vətəndaş cəmiyyətinin inkişafı, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutları arasında əməkdaşlığın təkmilləşdirilməsi istiqamətində aparılan siyasət davam etdiriləcək. Dövlətlə ictimai təşkilatlar arasında əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, ictimai həyatın müxtəlif sahələrində mövcud olan problemlərin alternativ həlli yolları ilə bağlı QHT-lərin əsaslandırılmış təklifləri diqqət mərkəzində saxlanılacaq. Mühüm dövlət proqramlarının hazırlanması prosesinə QHT-lərin cəlb olunması, dövlət komissiyalarının işində onların yaxından iştirakı təmin ediləcək:

“Respublikamızda dövlət - QHT münasibətlərinin digər mühüm aspekti vətəndaş cəmiyyəti təsisatlarının dövlət idarəetməsinə, qərarların qəbulu və ictimai nəzarətin təşkili prosesinə cəlb olunmasıdır. 2014-cü ilin əvvəllərində qüvvəyə minmiş “İctimai iştirakçılıq haqqında” qanun bu məqsədə xidmət edir. Hazırda həmin qanunun tələblərinə uyğun olaraq, mərkəzi və yerli icra hakimiyyəti orqanları yanında əsasən QHT nümayəndələrinin təmsil olunduğu ictimai şuralar fəaliyyət göstərir. 2013-cü ilin dekabrında və sonrakı dövrdə qeyri-hökumət təşkilatları ilə bağlı yeni normativ-hüquqi aktlar qəbul edilib və mövcud qanunvericiliyə bəzi dəyişikliklər edilib. Həmin dəyişikliklər iki məqsədə xidmət edir: bu sahədə şəffaflığın təmin edilməsi və qeyri-hökumət təşkilatlarının dövlət orqanları ilə ünsiyyətinin sadələşdirilməsi. Ümumiyyətlə, şəffaflığın artırılması son zamanlar ölkəmizdə aparılan bütün islahatların mərkəzində dayanır. Belə ki, 2013-cü il fevralın 5-də Azərbaycan Prezidenti cənab İlham Əliyev “Elektron hökumət” portalı haqqında Əsasnamə”nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə” fərman imzalayıb. Bu sənədin məqsədi dövlət orqanları tərəfindən elektron xidmətlərdən istifadənin genişləndirilməsi, dövlət qulluqçusu ilə vətəndaş arasında birbaşa təmasın azaldılması və korrupsiya faktlarının qarşısının alınması olub. Bununla bağlı artıq dövlət qulluqçusu-vətəndaş münasibətlərini keyfiyyətcə tamamilə yeni müstəviyə keçirilib və “ASAN xidmət” mərkəzlərinin fəaliyyəti genişlənib. Yuxarıda qeyd edilən fərmanın imzalanmasından cəmi bir neçə ay sonra Azərbaycan Prezidenti 2013-cü il noyabrın 20-də “Qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında” fərman imzalamışdır. Bu fərmanın məqsədi qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsinin təkmilləşdirilməsi və beləliklə də onların işinin, müvafiq dövlət orqanları ilə əlaqələrinin daha da asanlaşdırılması olub. fərmanda qeyri-hökumət təşkilatlarına elektron xidmətlərin göstərilməsi üçün “Fərdi elektron pəncərə” elektron məlumat sisteminin yaradılması nəzərdə tutulub. Hazırda “Fərdi elektron pəncərə” sistemi normal fəaliyyət göstərir”.

Ə.Həsənov xatırladıb ki, 2013-cü ilin dekabrında qeyri-hökumət təşkilatlarının fəaliyyəti ilə bağlı bir sıra qanunvericilik aktlarına edilmiş dəyişikliklərin praktikada meydana çıxara biləcəyi problemlərin öyrənilməsi və həlli məqsədilə təkliflərin hazırlanması, tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası yanında QHT nümayəndələrindən ibarət Hüquq və Monitorinq Komissiyası yaradılıb. Komissiya beynəlxalq təşkilatların və səfirliklərin nümayəndələrinin iştirakı ilə bu məsələlərlə bağlı bir neçə ictimai müzakirə keçirib və qanunvericiliyə dəyişikliklərin praktikada tətbiqi zamanı meydana çıxan məsələlərin həll olunması üçün təkliflər hazırlayıb: “Eyni zamanda "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı”na uyğun olaraq, QHT təmsilçilərinin və dövlət qurumlarının iştirakı ilə Azərbaycanda Açıq Hökumətin Təşviqinə dair Hökumət-Vətəndaş Cəmiyyəti Dialoqu Platforması təsis olunub. Platformanın 2016-cı il 3 oktyabr tarixli toplantısının yekunu ilə bağlı təqdim edilmiş təkliflər paketi hökumət tərəfindən nəzərdən keçirilib və konkret addımlar atılıb. Buna misal olaraq, 2013-cü ilin sonlarında və sonrakı dövrdə qeyri-hökumət təşkilatları, qrant və digər qanunvericilik aktlarına edilmiş dəyişikliklərdən sonra QHT-lərin fəaliyyətində yaranmış bəzi çətinliklərin aradan qaldırılması istiqamətində atılan addımları göstərmək olar. Azərbaycan Respublikasının Prezidenti 2016-cı il oktyabrın 21-də “Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrantların verilməsi prosedurunda “bir pəncərə” prinsipinin tətbiqi haqqında” fərman imzalayıb. Fərmana uyğun olaraq Nazirlər Kabineti 2017-ci ilin yanvar ayında 2015-ci il 5 iyun tarixli 216 nömrəli qərarı ilə təsdiq etdiyi "Qrant müqavilələrinin (qərarlarının) qeydə alınması Qaydası"nda və 2015-ci il 22 oktyabr tarixli 339 nömrəli qərarı ilə təsdiq etdiyi "Xarici donorlar tərəfindən Azərbaycan Respublikasının ərazisində qrant vermək hüququnun əldə edilməsi Qaydası” nda dəyişikliklər edib. Dəyişikliklər xarici donorlar tərəfindən qrantların verilməsi prosedurunu xeyli sadələşdirib. Belə ki, bəzi qadağalar aradan qaldırılıb, QHT və donor tərəfindən müvafiq icra hakimiyyəti orqanlarına təqdim olunan sənədlərin sayı azaldılıb, sənədlərin təqdim edilməsi və müraciətlərə baxılması müddətləri onların xeyrinə dəyişdirilib”.

Ölkədə KİV-in fəaliyyətindən danışan Prezidentin köməkçisi qeyd edib ki, ötən əsrin 90-cı illərində dövlət müstəqilliyi əldə edildikdən sonra Azərbaycanda söz və məlumat azadlığının təmin olunması, demokratik, plüralist mətbuatın formalaşması, onun hüquqi-normativ bazasının qurulması, iqtisadi müstəqilliyinin təmin edilməsi dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edib:

“1993-cü ildə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyevin siyasi iradəsi və böyük səyləri nəticəsində plüralizmi, söz və məlumat azadlığını məhdudlaşdıran süni maneələr aradan qaldırılıb, kütləvi informasiya vasitələrinin fəaliyyətini tənzimləyən qanunvericilik bazası təkmilləşdirilərək beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycan Prezidentinin 6 avqust 1998-ci il tarixli fərmanı ilə Nazirlər Kabineti nəzdində mətbuatda və digər KİV-lərdə dövlət sirlərini mühafizə edən baş idarə və bununla da mətbuata tətbiq edilən senzura ləğv olunub. Bu siyasətin ardıcıllığını təmin etmək məqsədilə 2000-ci ildə Mətbuat və İnformasiya Nazirliyinin fəaliyyəti dayandırılıb və dövlətin mətbuat üzərində nəzarət funksiyasından imtina edilib. 2003-cü ildə Azərbaycan Jurnalistlərinin l Qurultayında mətbuatın özünütənzimləmə orqanı və dövlət qurumları ilə mətbuat arasında münasibətlərin nizamlanması funksiyalarını yerinə yetirən Mətbuat Şurası yaranıb”.

Ə.Həsənov bildirib ki, KİV-lərin maddi-texniki bazasının möhkəmləndirilməsi, jurnalistlərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində ardıcıl qərarlar qəbul edilib, müvafiq fərman və sərəncamlar imzalanıb:

“Hazırda Azərbaycanın istənilən vətəndaşı müvafiq quruma xəbərdarlıq edərək media fəaliyyətinə başlaya bilər. Elektron media sahəsində işləmək üçünsə yalnız domen almaq tələb olunur. Ölkədə internet istifadəçilərinin sayı 80%-i ötüb. 10 milyona yaxın əhalisi olan ölkədə 3 milyona qədər sosial şəbəkə istifadəçisi var. “Az.” domenində qeydiyyatdan keçmiş internet saytlarının sayı 20 mini ötüb. KİV-lərin ümumi sayı isə 5000 keçib. 2008-ci il iyulun 30-da Azərbaycan Prezidenti “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”nı təsdiq edib. 2009-cu il aprelin 3-də Konsepsiyanın tələblərinə uyğun olaraq Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb. Fondun əsas vəzifəsi söz və məlumat azadlığının, kütləvi informasiya vasitələrinin inkişafı üçün əlverişli şərait yaratmaq, KİV-lərin proqram, layihə və digər tədbirlərini maliyyələşdirməkdir. Bu günə kimi Fond vasitəsilə KİV-lərə 40 milyon manata yaxın vəsait ayrılıb. Son 10 ildə medianın inkişafına yönəldilmiş vəsaitin ümumi həcmi isə 60 milyon manata çatıb. Bundan başqa, Azərbaycan Prezidentinin sərəncamlarına əsasən jurnalistlər üçün 410 mənzildən ibarət iki yaşayış binası tikilib və KİV nümayəndələrinin istifadəsinə verilib. Hazırda 255 mənzildən ibarət 3-cü binanın tikintisi davam edir. Əlbəttə, qeyd edilənlər son hədd deyil. Azərbaycan Prezidenti cənab İlham Əliyev hesab edir ki, ölkədə siyasi islahatlar davam etdirilməli, vətəndaş cəmiyyəti quruculuğu istiqamətində həyata keçirilən tədbirlər daha da gücləndirilməlidir”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM