Azərbaycan daima yüksəlməkdə Ermənistan isə enməkdədir- BİZİM PLANET

09:51 / 08.05.2018

 

AzTv-nin maraqla izlənilən “Bizim Planet” verilişlərindən bu dəfə qonşu və işğalçı dövlət Ermənistanda son zamanlar baş verən ictimai-siyasi hadisələr müzakirə edilib. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdimatında dünyada və ölkədə cərəyan edən mühüm siyasi hadisələrin geniş şərh olunduğu “Bizim Palnet” bu dəfə də yadda qalan diskussiyalarla yayımını davam etdirib. Həftənin şənbə günü  öz tamaşaçı auditoriyası ilə görüşən analitik verilişin bu dəfəki qonaqları millət vəkili, siyasi elmlər doktoru Hikmət Məmmədov və siyasi şərhçi, Trend İnformasiya Agentliyinin direktorunun müavini Arzu Nağıyev olub.

Bildiyimiz kimi Ermənistanda hökumətə qarşı uzun müddətdir davam edən etiraz dalğası bütün dünya ictimaiətinin diqqət mərkəzindədir. “Bizim Planet” verilişinin bu dəfəki buraxılışında da məhz bu mövzu ətrafında yaddaqalan müzakirələr aparılıb. Verilişdə çıxış edən siyasi şərhçilər Ermənistan müxalifətinin lideri Nikol Paşinyanın rəhbərliyi ilə hökm sürən etirazlarda hökumət-xalq qarşıdurmasının başlama, davam etmə səbəbləri və nə ilə nəticələnə biləcəyi ilə bağlı fikirlər bildiriblər.

Politoloq Rufiz Qonaqov qeyd edib ki, bu proseslər onu göstərir ki, Ermənistanda indiyə qədər mövcud olan vəziyyət  son dərəcə acınacaqlı idi. Buna görə də həmin vəziyyət artıq tamamilə nəzarətdən çıxıb və bu günkü hökumət böhranı yaranıb. Ermənistanda keçirilən saxta seçkilərin nəticələri belə bu ölkədəki cinayətkar rejimi xilas edə bilmədi. Aclıq və səfalət içində olan ölkə nümayəndələrinin (hətta tələbələr, hərbiçilər və s.) qoşulduğu bu geniş miqiyasılı tətillər bir daha sübut etdi ki, xalqın hökumətə heç bir inamı qalmayıb. Bir-birinin ardınca istehfa verən nazirlərin və Serj Sarkisyanın öz postunu tərk etməsi Ermənistanda qurulan bəsit siyasi sturkturu açıq şəkildə bəlli edir.

Millət vəkili, siyasi elmlər doktoru Hikmət Məmmədov bildirib ki, Ermənisanın daxilindəki bu ictimai-siyasi münasibətlərin zəruri sifarişi məsələsini nəzərdən keçirtmək azdır. Orada nəyin və niyə məhz indi baş verdiyini aydınlaşdırmaq üçün hadisələrə kompleks yanaşmaq lazımdır. Hikmət Məmmədov qeyd edib ki, burada daxili ictimai-siyasi proseslərin məntiqindən daha çox Ermənistan cəmiyyətinə diktə olunan xarici faktorlar üzərində də dayanmalıyıq. Millət vəkili prosesləri geniş şərh edərək bunu Ermənistanın anti-demokratik imicini sağlamlaşdırmağa yönəldilmiş bir hərəkat kimi qiymətləndirib.

Bildirilib ki, müəyyən vaxtlarda gah konstitusiya, gah baş nazir postu, gah da parlament islahatları fonunda baş verən bu siyasi etirazlar cinayətkar rejimin iflası və dağılması faktlarını sübut edir.

Trend İnformasiya Agentliyinin direktorunun müavini Arzu Nağıyev qeyd edib ki, bu idarə edilən bir prosesdir. Ermənistan xalqının Sarkisyanın yaratdığı klandan cana doyması artıq ondan imtina edilməsinə səbəb oldu. Lakin bu o demək deyil ki, N.Paşinyan qəbul olunacaq çünki o, özü kütləyə oynamaq üçün nəzərdə tutulub.

Vurğulanıb ki, Ermənistan belə bir vəziyyətdə də Qarabağ kartını əlində tutur. Müzakirələr zamanı siyasi ekspertlər bildiriblər ki, Ermənistan işğalçı bir dövlət kimi Azərbaycan torpaqlarının 20 %-dən çoxunu zəbt edib və daima özünün terrorçu mövqeyindədir. Lakin belə bir vəziyyətdə Azərbaycandan hərbi təxribat gözləyən Ermənistan hakimiyyətinin dövlətimizə qarşı növbəti  provakasiyası da öz əksini tapa bilmədi. Çünki Ermənistan-Azərbaycan münaqişəsi, Dağlıq Qarabağ məsələsində Azərbaycan özünün və beynəlxalq təşkilatların prinsiplərindən kənara çıxmır. Dünyada və beynəlxalq təşkilatlarda Dağlıq Qarabağın Azərbaycan ərazisi kimi tanınması Ermənistanın işğalçı dövlət kimi əsil mahiyyətini ortaya qoyub. Zorakılıq və terror gücünə yaranmış bir dövlətin biabırçı vəziyyətdə zəifləməsi sonda öz xalqının ona qarşı çıxması ilə nəticələndi. Ölkəsində davam edən və gərginləşən sosial-iqtisasi böhrandan təngə gəlmiş ermənilər rejim qurucularının istənilən hərbi siyasətini bu gün qətiyyətlə rədd edir.

 “Bizim Planet” verilişində Dağlıq Qarabağ probleminin həllinin uzadılması Ermənistan dövlətinin daxili iğtişaşlarının başlıca səbəbi kimi qiymətləndirilib.  Vurğulanıb ki, Ermənistan aprel döyüşlərindən nəticə çıxartmayıb və Azərbaycan torpaqları hələ də işğal altındadır. Lakin Azərbaycan hələ də səbrlə gözləyir. Ermənistanda baş vermiş bu vəziyyətdən öz məqsədləri üçün isitifadə edərək hiyləgər dövlətin təxribatçı siyasətinə məhəl qoymaq niyyətində belə deyil. Ermənistanda kimin hakimiyyətdə olub-olmamasından asılı olmayaraq dövlətimizin əsas mövqeyi ondan ibarətdir ki, bu münaqişə ən qısa zamanda Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilsin.

“Bzim Planet” verilişində qeyd olunub ki, ölkəmizdə aparılan islahatlar, regionlarda gedən inkişaf, sosial-iqtisadi infrastruktur layihələri uğurla icra edilir. Beynəlxlaq əhəmiyyətli layihələr həyata keçirilir ki, bu da Azərbaycan iqtisadiyyatı, mədəniyyəti, idmanı və digər sahələrinin inkişaf etdirilməsi üçün əlverişli şərait yaradır. Bildirilib ki, Azərbaycan regionda həyata keçirilən və qısa zamanda reallaşdırılan TANAP, TAP və başqa mühüm layihələrin başında dayanmaqla öz nüfuzunu və inancını getdikcə daha artırır. Bunun əksinə isə Ermənistan bu layihələrdən kənarda qalaraq bütün inkanlarında məhrum olmuş vəziyyətdədir. Demək olar ki, ölkəsində baş verən sosial-iqtisadi böhranları açıq-aydın görən ermənistan xalqı haqlı olaraq dövləti ilə barışmayaraq hökumətə qarşı etirazlarını hələ də davam etdirir. 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM