Yeni "sərin müharibə" başlanıb

21:30 / 11.07.2014

Dünya birliyi bir-birinə qarşı dayanan bloklara parçalanmaq ərəfəsindədir 
1989-cu ilin yazında az tirajla dərc olunan neomühafizəkar "National Interest" jurnalında ABŞ Dövlət Departamentinin ciddi məmurlarından olan Frensis Fukuyamanın "Tarixin sonu?" başlıqlı məqalə dərc olunmuşdu. Məqalə ziyalı dairələri arasında ciddi debatlara yol açmışdı. O, Berlin divarlarının sökülməsinin, sosialist düşərgəsi və SSRİ-nin, o cümlədən 35 il ərzində NATO-nun əsas opponenti olmuş hərbi-siyasi blok - Varşava Müqaviləsi Təşkilatının dağılmasının müjdəçisi idi. Bütün bunlardan sonra dünya səviyyəsində məşhurluq qazanan F. Fukuyama "Tarixin sonu və sonuncu insan" adlı kitabını yazmağa başladı. Kitab düz 1992-ci ildə, yəni, Avrasiya məkanındakı ciddi geosiyasi dəyişikliklərdən və "soyuq müharibə"nin başa çatmasından sonra çap edildi. İqtisadi mənada bu əsərlərin əsas pastulatı liberal demokratiyanın alternativinin olmadığına dair iddia idi. Fukuyama hesab edir ki, SSRİ-nin "soyuq müharibə"də məğlub olması və parçalanması nəticəsində sonuncu irrosional dövlət də yoxa çıxdı və bundan sonra dünyada inkişaf azad bazar və demokratiya dəyərlərinə əsaslanacaq. Sovet ideologiyasının məğlub olması ilə 2 siyasi-iqtisadi sistem arasındakı qarşıdurma da aradan qalxmışdı. 

"Milli dövlətlər" və "milli maraqlar" anlayışları yoxa çıxır, millətlərüstü qurumların əhəmiyyəti kəskin şəkildə artır, Qərb liberal demokratiyasının universallığı dövrü başlayırdı. F.Fukuyamanın iddialarının geosiyasi baxımdan mənası mondializmin zəfərilə bağlı idi. Yəni, artıq dünyada birqütblü düzən yaranır və qlobal miqyasda qərarlar indi yalnız Vaşinqton tərəfindən qəbul olunacaq. Başqa sözlə, F.Fukuyama əsərlərində ABŞ-ın dünyaya hökmranlıq uğrunda uzun illər apardığı üçpilləli mübarizənin konseptual əsasını ortaya qoyub. Dövlət suverenliyinə əsaslanan Vestfal sülhünün (1648-ci il) əldə edilməsindən İkinci Dünya müharibəsinin bitməsinədək beynəlxalq münasibətlər sistemində çoxqütblü dünya düzəni mövcud idi. Üstəlik, Birinci Dünya müharibəsinin bitiminədək Vaşinqton qərarların qəbulunda ümumiyyətlə, güc mərkəzlərindən biri kimi tanınmırdı. Birinci Dünya müharibəsinə qoşulan ABŞ artıq 1917-ci ilin martında ikiqütblü, hətta mümkündüsə, özünün himayəçilik edəcəyi birqütblü dünya düzəninin formalaşdırılması üçün Monro doktrinasından imtina istiqamətində ciddi addımlar atmağa başlayıb. Birləşmiş Ştatların o zamankı prezidenti Vilson tərəfindən hazırlanmış və Versal sülh müqaviləsinə əsaslanan 14 maddədən ibarət proqramın məqsədi, prinsipcə, məhz bu idi. Amma o zamanın geosiyasi reallıqları bu layihənin tam həyata keçirilməsinə mane oldu. 

Vaşinqton çoxdankı arzusuna 1945-ci ildə Podstam müqavilələr sistemini imzalamaqla çatdı. Bu sənəd anti-Hitler koalisiyasının Almaniya və müttəfiqləri üzərindəki qələbəsindən sonra yalnız Avropada deyil, bütünlükdə dünyada yeni qüvvələr balansını müəyyənləşdirdi. Geosiyasi qüvvələrin yeni sərhədlərini və mövqelərini müəyyən edən bu sistem çoxqütblü dünya düzənindən ikiqütblü düzənə keçidi nəzərdə tuturdu. SSRİ və ABŞ faktiki olaraq dünyanı öz geosiyasi nüfuz dairələrinə aid iki hissəyə bölməklə, bir-birinə qarşı dayanan iki blokun yaradıcılarına çevrildilər: kontinental qüvvə (SSRİ və müttəfiqləri) və dəniz qüvvəsi (ABŞ və müttəfiqləri). Şübhəsiz ki, bu bloklardan hər hansının daxilində taleyüklü qərarların qəbulunda həlledici söz Moskva və Vaşinqtonda idi. Potsdam geosiyasi dövrünün xarakterik cəhətlərindən biri bu bloqların qarşıdurması, "soyuq" və nüvə müharibələri arasında balanslaşdırma idi. ABŞ-ın dünyaya hökmranlıq etmək uğrunda uzun illər apardığı mübarizənin zəfər anı isə 1991-ci ildə yaşandı: Sovet İttifaqının rəsmən parçalandığını özündə əks etdirən Belovej sazişi ilə ikiqütblü dünya düzəni də sona çatdı. Həmin andan ABŞ yeganə super fövqəldövlətə və qlobal qərarların qəbul olunduğu vahid mərkəzə çevrildi. Bunu Amerikanın müstəsna olduğunu deyən rəsmi Vaşinqton hər zaman açıq şəkildə bəyan edib və edir. 

Belə fikirlər var ki, dünyada yeni çağırışların peyda olması ilə əksər ölkələr birqütblü dünyanın formalaşmasını məmnunluqla qəbul edir və bununla razılaşırdılar. Onlar düşünürdülər ki, vahid fövqəldövlət bütünlükdə planetdə sabitlik və təhlükəsizliyin qarantı kimi çıxış edəcək. Amma təbii ki, onun qəbul etdiyi qərarlar beynəlxalq hüquq normalarına uyğun olmalı idi. Amma bütün bunlar "devrilmiş" sosialist düşərgəsindən olan bütün dövlətlərin belə vəziyyətlə barışdığını, zaman keçdikcə onların yenidən itirilmiş mövqelərini geri qaytarmağa çalışmayacaqlarını göstərmirdi. Məsələn, Rusiya və Çin (BMT TŞ-nin daimi üzvləri) sözügedən vəziyyəti məcburiyyət qarşısında qəbul etmişdilər. Son 20 ildə istər Moskva, istərsə də Pekin Vaşinqtonu dəfələrlə bu və ya digər qlobal qərarın qəbulunda onların mövqeyini, milli maraqlarını nəzərə almağa çağırıb. Superfövqəldövlət statusu, əlbəttə ki, ABŞ-ın üzərində dünya miqyasında superöhdəliklər də qoydu: hamı ondan ən çətin məqamlarda qərəzsiz moderatorluq gözləyirdi. Problem isə ondadır ki, aparıcı dövlətlərin geosiyasi mübarizəsinin hökm sürdüyü dünyada obyektiv hakim olmaq elə də asan məsələ deyil. Çünki rəqabət və münaqişə tərəflərinin mövqeləri, adətən, bir-birindən kəskin şəkildə fərqlənir. 

Son hadisələr göstərdi ki, Vaşinqton qərarların qəbul olunduğu yeganə mərkəz rolunun öhdəsindən gəlməkdə xeyli çətinlik çəkir. Bu mənada əsas fikir ondan ibarətdir ki, ABŞ liberal dəyərlərin yayılması adı altında əksər vaxtlarda yalnız öz milli maraqlarının təminilə məşğul olub. Bu konteksdə ABŞ ilə post Yeltsin Rusiyası arasında münasibətlərin kəskin şəkildə pisləşməsi ən parlaq nümunə sayıla bilər. Rusiya prezidenti Vladimir Putin 2007-ci ilin fevralında Münhendə keçirilən beynəlxalq təhlükəsizlik konfransında Vaşinqtona açıq mesaj ünvanlamışdı: Rusiya üçün prioritet hədəf güclü fövqəldövlətlər klubuna qayıtmaq idi və o, bundan sonra birqütblü dünya düzəni ilə barışmaq niyyətində deyil. Doğrudur, bundan cəmi 2 il sonra ABŞ-la Rusiya böyük təntənə ilə münasibətlərdə "yenilənmə"yə başladıqlarını elan etdilər. Amma Moskvanın postsovet məkanında dərindən inteqrasiya layihəsini işə salması və Ukraynada yaşanan son hadisələr iki ölkə arasında geosiyasi qarşıdurmanı daha da gərginləşdirdi. V. Putinin son 2 ayda birqütblü dünyanın "tutarsız" olduğunu 2 dəfə bəyan etdiyini də nəzərə alsaq, Moskva-Vaşinqton münasibətlərindəki gərginliyin yaxın perspektivdə azalacağını gözləmək çətindir. 

Bu reallıqdara əsaslanaraq, bir çox analitiklər artıq, ən azı, "sərin müharibə" dövrünün başlandığına əmindirlər. Məntiqə əsaslanaraq demək olar ki, dünya birliyi tezliklə yenidən bir-birinə qarşı duran bloklara bölünəcək. Üstəlik o, ikiqütblü deyil, çoxqütblü sistemə qayıdacaq. Bu mənada məşhur norveçli mondialist alim Yohan Qaltunqun "Soyuq müharibə"dən sonra geosiyasət: sualın nəzəriyyəsinə dair" adlı işində ortaya qoyduğu fikirlər diqqətə layiqdir. Onun fikrincə, "soyuq müharibə" 3 bloku təmsil edən 3 supergücün qarşıdurmasının yaşandığı dünya düzəninə səbəb olub: 1. ABŞ-ın idarə etdiyi Qərb bloku bütün sahələrdə hərbi hökmranlığa çalışır, demokratiya və bazar iqtisadiyyatı sisteminə əsaslanırdı; 2. SSRİ tərəfindən idarə olunan Şərq bloku hərbi paritet siyasəti yürüdür, bunun üçün birpartiyalı idarəçilik sisteminə əsaslanır, planlı iqtisadiyyata üstünlük verirdi; 3. Birləşməmiş Üçüncü Dünya - heç bir bloka qoşulmayan, hər hansı supergücün "müştərisi" olmayan inkişaf etməkdə olan ölkələr. Bu Üçüncü Dünya ölkələri çox tez-tez iki supergücü bir-birinə qarşı qaldırırdı və bu, kifayət qədər mübahisəli tezisdir. 

Ən maraqlısı odur ki, Y. Qaltunqun iddiasına görə, "soyuq müharibə"nin bitməsindən və Şərq blokunun dağılmasından sonra beynəlxalq münasibətlər sistemi daha qeyri-sabit olub. Çünki "devrilmiş" sosialist düşərgəsinin əvəzinə meydana Qərblə qarşıdurmaya 2 ciddi namizəd çıxıb. Birincisi, Üçüncü dünya - inkişaf etməkdə olan Latın Amerikası, ərəb dünyası, Qərbi Asiya, Cənubi Asiya. İkincisi isə Dördüncü dünya - Cənub-Şərqi və Şərqi Asiya. Buraya başqaları ilə yanaşı, Çin, iki Koreya, Vyetnam və Yaponiya kimi nəhəng güclər də daxildir. Üstəlik, müasir dünyada qlobal və ya regional hegemonluğa iddia edən 7 mərkəz var və onlar dünya düzəninin öz geosiyasi iddiaları da nəzərə alınaraq, yenidən qurulmasının əleyhinə deyillər.
Bütün bu reallıqları nəzərə alsaq, güman etmək olar ki, geriyə sayım artıq başlayıb.
 
"Region Plyus"

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM