Moskvada Rusiya Ağır Atletika Federasiyasının (RAAF) təşkilatçılığı ilə beynəlxalq antidopinq seminarı keçirilib. Tədbirdə bir sıra mühüm məsələlər müzakirə edilib. Seminarda ölkəmizi Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov təmsil edib.
R.Rəsulov seminara 11 ölkənin milli federasiyalarının nümayəndələrinin qatıldığını diqqətə çatdıraraq deyib: “Seminar olduqca səmərəli keçdi. Əsas məqsəd ağır atletika idman növündə yaranan dopinq problemlərindən qaçmaq və gələcəkdə təmiz idman rəqabəti mühitinin yaradılması üçün səmərəli vasitə və metodların tətbiqi məsələlərinin müzakirəsi idi. Əsas məsələlərdən biri kimi ağır atletikada qeyri-dopinq hesab edilən yeni bitki preparatlarının tətbiqinin perspektiv və uğurları mövzusunda maraqlı mühazirələrin olması idi”.
Dopinqin idmanda ümumi problem olduğunu vurğulayan R.Rəsulov qeyd edib ki, xüsusilə müvəqqəti cəza almış ölkələr üçün bu, daha böyük əhəmiyyət daşıyır. Tətbiq olunan cəzanın aradan qaldırılması üçün müəyyən qərarlar qəbul edilir. Bu qərarların icrasını tam yerinə yetirən ölkələr də var, çətinlik çəkənlər, pozuntulara yol verənlər də. AAAF götürdüyü öhdəliklərə, qərarlarda göstərilən bütün bəndlərə tam riayət edir. Bunu seminarda da qeyd etdilər. Biz çalışırıq ki, ən yaxın zamanda yeniyetmələrimiz, sonra isə gənclərimiz və böyüklərimiz yarışlara qatılma hüququ əldə edə bilsinlər.
Baş katib vurğulayıb ki, işlərimiz müəyyən olunan plan üzrə davam etdirilməlidir. Biz götürdüyümüz öhdəliyi layiqincə yerinə yetirməyə çalışırıq. Bu məqsədə nə qədər nail olacağımızı zaman göstərəcək. Biz ilk olaraq kütləviliyə nail olunması istiqamətində addımlar atmışıq. Əsas da yeniyetmələrin yaxşı hazırlıq prosesi keçməsi, onların müəyyən səviyyəyə çatması üçün daha çox işlər aparılır. Çünki dopinqin qarşısının alınması, birdəfəlik yox edilməsi üçün kiçik yaşlardan aparılan işlər xüsusi əhəmiyyət daşıyır. İyunda verilən qadağanın səkkiz ayı başa çatır. Biz Milanda keçiriləcək 15 və 17 yaşlı oğlanlar və qızlar arasında Avropa birinciliyində iştirak etmək istəyirik. Çünki orada 17 yaşlı qızlar arasında yarış bizim üçün böyük əhəmiyyət daşıyır. Biz bu yarış vasitəsilə qızlar arasında Buenos-Ayres Yay Olimpiya Oyunlarına daha bir lisenziya əldə edə bilərik. Tokio Olimpiadası ilə bağlı isə durum fərqlidir. Çünki lisenziya əldə edilməsi sistemi dəyişib. Əvvəllər Olimpiadaya komanda hesabında toplanılan xallar vasitəsilə vəsiqə qazanılırdısa, indi bu hüququ fərdi qaydada əldə etmək lazımdır. Bunun üçün idmançılarımız şəxsi reytinqlərini yüksəltməli və 2018-2020-ci illərdə keçirilən lisenziya yarışlarında iştirak edərək mümkün qədər çox xal toplamalalıdırlar. Bu dövr üçün idmançının iştirak edəcəyi 6 yarışdan 4-də göstərdiyi ən yaxşı nəticə qeydə alınacaq. Bu ilin noyabrında Türkmənistanda dünya çempionatı keçiriləcək. İlk lisenziya xalları da elə bu yarışda qazanılmağa başlayacaq. Ona görə builki dünya çempionatı xüsusi əhəmiyyət kəsb edəcək. Beynəlxalq Olimpiya Komitəsinin qərarına görə, 2008-ci ildən indiyədək 20-dən çox dopinq hadisəsi qeydə alınan federasiyalar (buraya Azərbaycan da daxildir) Tokioda cəmi 2 ağır atletlə - bir kişi və bir qadın idmançı ilə təmsil oluna biləcəklər.
“Maddi-texniki bazanın gücləndirilməsi və idman növünün coğrafiyasının genişləndirilməsi istiqamətində Azərbaycan Ağır Atletika Federasiyası hazırda ciddi islahatlara start verib. İxtiyarımızda olan ağır atletika avadanlığının yerlərə paylanmasını təşkil edir, idman zallarını təmir edir, yeni ağır atletika zalları istifadəyə veririk. Hazırlıq istiqamətində isə keçən ilin dekabrından etibarən fasiləsiz təlim-məşq toplanışlarına start vermişik. Düzgün qidalanma, tibbi-bioloji təminat və əsasən də texniki, fiziki və psixoloji hazırlıqları qarşımıza əsas vəzifə qoymuşuq. Sıralarımıza əsasən yeniyetmə idmançıları dəvət etmişik. Milli yığma üçün ehtiyat qüvvələri hazırlamaq istiqamətində kompleks tədbirlər həyata keçiririk”, - deyə R.Rəsulov bildirib.
Strategiya.az
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM