Hazırda Ermənistanda baş verən siyasi hadisələrə iki səviyyədə baxmaq olar. Birincisi, vassal, forpost dövlətin daxili sosial, siyasi və iqtisadi reallıqları aspektində. İkincisi, regional və qlobal geosiyasi proseslərin dinamikası kontekstində. Bu iki baxışı vahid məntiqi düzənə gətirmək mümkün olsa, onda Cənubi Qafqazın bu qondarma dövlətində nələrin baş verdiyinin həqiqi üzünü görə bilərik. Hətta qısa təhlil göstərir ki, erməni siyasi şüurunda heç bir dəyişiklik yoxdur. Demokratiyadan isə söhbət gedə bilməz. Çünki iqtisadiyyatı, siyasəti və təfəkkürü kölə vəziyyətində olan cəmiyyətin demokratikləşməsi imkansızdır. Erməni şüuru isə əsrlərdir ki, kənar ssenarilər üzrə siyasiləşib. Bu səbəbdən Paşinyan da erməni ssenarisi deyil. Ermənistana ağalıq edənlərin yeni bir oyunudur. Bunun üzərində bir qədər geniş dayanmaq istərdik.
Küçə məntiqinin idarəetməyə gətirilməsi: erməni demokratiyasının real siması
Ermənistan virtual və siyasi konyunktura olaraq uğurla keçən əsrin 90-cı illərinin əvvəllərinə yuvarlana bildi. Küçə zorakılığını "rəngli inqilab" kimi qələmə verməyə çalışan erməni "mütəxəssislər" və onların ağaları, əslində, növbəti dəfə erməni xalqını quyunun dibinə çəkirlər. Nikol Paşinyan adlı dissidentin "qəhrəmanlıq dastanı" kimi görünən kütlə üsyanının arxasında hansı məqamlar ola bilərdi?
Sualı ona görə bu formada qoya bilirik ki, Ermənistanda innovasion hərəkatı meydana çıxara biləcək heç bir siyasi, sosial, mədəni və geosiyasi şərait yoxdur. N.Paşinyan tamamilə süni bir faktordur və onu ortaya atanların əsl planları bir qədər sonra hətta ermənilərə belə aydın olacaq. Əslində, onun bir sıra əlamətləri elə indidən sezilir. Bu barədə Ermənistanda bir sıra KİV orqanları ehtiyatlı da olsa, yazılar dərc etməyə başlayıblar. Sualı əsasən "inqilabdan sonra Paşinyanın demokrat kimi fəaliyyət göstərməsi potensialı mövcuddurmu?" çərçivəsində qoyurlar. Cavab isə eynidir: bu potensial Paşinyan baş nazir kreslosuna əyləşəndən tükənib!
Hadisələrin daxili məntiqi və görüntü xronologiyasına kənar müşahidəçi mövqeyindən nəzər salaq. Öncə, innovasiya gətirə biləcək bir hərəkatın başında əvvəllər tanınmayan birisinin necə dayandığı maraqlıdır. Levon Ter-Petrosyan təcrübəli siyasətçi və Ermənistan miqyasında demokratik düşüncəli dövlət xadimidir, ancaq onun bu hərəkatda rolu yoxdur. N.Paşinyan isə həbsdə olmuş və müəmmalı şəkildə vaxtından xeyli əvvəl azadlığa buraxılmış, natamam ali təhsilli küçə üsyançısı! Ermənistanda korrupsiyaya qarşı təsirli mübarizə aparıb, ölkəni demokratikləşdirəcək adam budurmu?
N.Paşinyan küçədə olanda üzərinə düşən funksiyanı yerinə yetirə bilərdi. O, təzyiq etdi, Serj Sarkisyan istefa verdi. Sonra yenə təzyiqlə baş nazirlik üçün səs aldı. Bu siyasəti davam etdirərək, İrəvanın merini təzyiqlə dəyişdi. Ancaq sonuncu halda daha az insan kütlə liderinə arxa durdu. Deməli, sadə insanlar artıq düşünürlər ki, əgər hər şey seçki və institusional qurumların fəaliyyəti ilə deyil, küçədən olan təzyiqlərlə baş verəcəksə, bunun adı nədir? N.Paşinyan isə demokratik üsulla nəyisə yeniləməyin heç bir demokratik mexanizmini təklif edə bilmir. Bu sahədə o, keçən əsrin 90-cı illərinin əvvəllərindəki erməni siyasi şovinizmi, ultramillətçiliyi və antisivilliyindən bir addım belə irəli gedə bilməyib. Deməli, Ermənistan adlanan vassal dövlətin başı keçmişdə qalan və bədəni epileptik titrəyişlər edən orqanizmdir.
Yeni baş nazir ilk "səfəri"ni Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə edir və orada məntiqsiz mövqe ortaya qoyur. Deyir ki, ərazidən danışmayın, Azərbaycan Aprel döyüşlərində göstərdi ki, təcavüzkardır. Baxın, baş nazir olan biri çox ciddi beynəlxalq təsiri olan münaqişə barədə necə sadəlövh, küçə məntiqi və əxlaqsızca danışır. Münaqişə ilə əlaqəli BMT, Avropa Şurası, AŞPA, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədləri inkar edir və özünü psixopat varlıq kimi aparır. Bu adam hansı cəmiyyətdə hansı yenilikləri edə bilər? O da özündən əvvəlki erməni liderlər kimi Dağlıq Qarabağda tökdükləri günahsız insanların qanında boğulmağa məhkumdur. Ermənistanda münaqişəni beynəlxalq hüquq normaları çərçivəsində həll etməyin zəruriliyini dərk edən adam (əgər o, ümumiyyətlə, varsa) hakimiyyətə gəlməyənə qədər, bu ölkədə normal vəziyyət mövcud olmayacaq. Yəni N.Paşinyan da Ermənistanı təcrid mövqeyindən çıxara bilməyəcək.
Qapalı dairə: Paşinyana manevr məhdudiyyəti qoyanlar
Əksinə, siyasi proqnozlar başqa məqamlardan xəbər verir. Belə təəssürat yaranır ki, Ermənistanın havadarları qəsdən Nikol Paşinyana yol açdılar ki, siyasi populizmin gətirə biləcəyi faciələri əyani anlatsınlar. İndi N.Paşinyan deyir ki, korrupsiyaya qarşı ciddi mübarizə aparacaq, o cümlədən "Qazprom", "Rosneft" və başqa şirkətlərin Ermənistandakı monopoliyasına son qoyacaq. Bunlarla yanaşı, Qərbin böyük şirkətlərini də ölkəyə gətirəcək. Buna Moskvadan dərhal reaksiya verildi. "Qazprom"un vitse-prezidenti ifadə etdi ki, "ermənilər cəhənnəm olub getsinlər, onlar bizdən başqa kimlərə lazımdırlar ki?"
Aydındır ki, Rusiya şirkətinin rəhbərlərindən birinin bu cür danışması onu göstərir ki, Kreml Ermənistanı müstəqil dövlət kimi qəbul etmir, ona özünün əyalətlərindən biri kimi baxır. Hətta ən hörmətsiz əyalət kimi yanaşır. Bu birinci dəfə deyil ki, Rusiyanın yüksəkvəzifəli adamları erməniləri aşağılayan fikirlər söyləyirlər. Deməli, Ermənistanda Rusiyanın icazəsi olmadan bir quş belə uça bilməz. Bu baxımdan N.Paşinyan bir heçdir – Kreml onu milçək kimi əzər.
Digər tərəfdən, Rusiyadan açıq mesaj verilir – İrəvan Moskvanın qəbul etmədiyi bir addım belə ata bilməz. Həmin bağlılıqda N.Paşinyan Gürcüstanla münasibətlərin strateji məzmununu dəyişə bilməz. Baxmayaraq ki, Gürcüstanı o, çox vacib qonşu dövlət adlandırıb, yaxınlıqdan dəm vurub. Bu məsələ İrəvanla Tbilisinin iradəsini aşır. Qərbin Ermənistan naminə Rusiya ilə böyük toqquşmalara gedəcəyini düşünmək isə çox əsassız bir hal olardı. Çünki 2008-ci ildə rus tankları Gürcüstanı əzib keçəndə belə Vaşinqton, London, Paris və Brüssel heç nə edə bilmədilər. Qərb analitikləri açıq yazırlar ki, Gürcüstana görə Rusiya ilə ciddi qarşıdurmaya gedilməyəcək.
Belə çıxır ki, Ermənistanla bağlı da Qərb Rusiya ilə münasibətlərdə radikal dəyişiklikləri göz önünə ala bilməz. Cənubi Qafqaz bir yana, heç Yaxın Şərqdə bunu edə bilmirlər. Bunlar onu göstərir ki, N.Paşinyan istəsə belə Moskvanın çəkdiyi xətdən kənara addım ata bilməz. Əgər cəhd etsə, onda cəzasını alacaq.
Bunlar onu göstərir ki, Ermənistandakı "inqilab", birincisi, saxtadır. Orada real olaraq heç bir hərəkat yoxdur. Bir sıra dairələr S.Sarkisyanı ondan ağıllı olmayan başqası ilə əvəzlədilər.
İkincisi, Ermənistanda böyük mənada sosial, siyasi, mədəni və iqtisadi islahatlar baş tutmayacaq. Bunun yeganə yolu Azərbaycana qarşı olan təcavüzdən imtina etməkdən və işğal altındakı ərazilərdən qeyd-şərtsiz çıxmaqdan ibarətdir.
Üçüncüsü, Ermənistanın daxili siyasi vəziyyəti antidemokratik elementlərlə zəngindir. Əgər N.Paşinyan demokratik seçki təşkil etmək əvəzinə öz mövqeyini möhkəmlətmək xəttini seçsə (hələlik məhz bu tendensiya üstünlük təşkil edir), Ermənistan yaxın zamanlarda növbəti silkələnməyə məruz qalacaq. Ekspertlər hesab edirlər ki, N.Paşinyan "islahatlara" polis və təhlükəsizlik xidmətindən başlayırsa, deməli, özünə uyğun olmayan kəsimləri korrupsiya ilə mübarizə adı altında zərərsizləşdirmək kursunu seçib. Ölkədə sosial-iqtisadi vəziyyət çox ağırdır, ancaq N.Paşinyan güc strukturlarını möhkəmlədir.
Məsələ belədir ki, korrupsiya ilə real mübarizə bu mənfi halı doğuran idarəetmə fəlsəfəsini yeniləmək əsasında aparılmalıdır. Kimlərisə tutub həbsə atmaqla yalnız daxili vəziyyəti gərginləşdirməyə nail olmaq mümkündür. Bir zamanlar Mixeil Saakaşvilinin həbslərinə "ura" deyənlər indi başqa məqamlardan bəhs edirlər. Hətta M.Saakaşvilini qanunu pozmaqda, cəmiyyəti parçalamaqda ittiham edirlər. Eyni aqibət N.Paşinyanı da gözləyirmi?
Deməli, real islahatların demokratik qaydada aparılması tamamilə fərqli yanaşma tələb edir. Buna isə N.Paşinyanın siyasi iradəsi, nəzəri və praktiki hazırlığı qətiyyən cavab vermir. Baxın, o, siyasi demokratiyanı ifadə edən hansı ideyanı irəli sürüb? Hələlik yıxıb-dağıtmaqdan başqa heç nəyi nəzərdə tutmayan cümlələrdən, tələblərdən, absurd vədlərdən başqa heç bir fikir söyləməyib, yaxud təklif irəli sürə bilməyib. Onun haqqında yüksək pafosla deyilən sözlərə fikir vermək ağılsızlıq olardı, hansısa erməni "ekspert"in bütövlükdə Avrasiyada islahatların erməni variantından bəhs etməsi öz eqoizminə vurğunluqdan başqa bir şey deyildir.
Bunlardan bir məntiqi nəticə hasil etmək olar: Nikol Paşinyan real siyasi hərəkat deyil, növbəti ideoloji mirajdır. Bunun həm erməni xalqı, həm də region üçün hansı geosiyasi nəticələr verəcəyini isə zaman göstərəcək. Biz, bu məsələdə optimist deyilik.
Newtimes.az
Strategiya.az
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Bayden ABŞ Məxfi Xidmətinin direktorunun istefa verdiyini açıqlayıb
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM