Strategiya.az-a verilən məlumata görə, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin "Gənc Liderlər" Gənc Siyasətçilər üçün "Yay məktəbi" layihəsinin birinci turu başa çatdı. İyulun 6-dan 11-dək davam edən məktəb çərçivəsində hər birində 100-ə yaxın fəal gənc olan qruplar Lerik və Oğuz rayonlarında oldu, keçirilən seminar-diskussiyalara, təlimlərə qatılaraq bilik və bacarıqlarının artırılmasına nail oldular. Ümumilikdə avqustun birinci on günlüyünə qədər davam edəcək "Yay məktəbi"ndə 1000-ə yaxın gənc iştirak edəcək.
Birinci turun bağlanış mərasimindən öncə gənclərin regiona səfəri oldu. Səfər çərçivəsində onlar bölgənin maraqlı yerləri ilə tanış oldular.
Sonra bu il hərbi çağırışda olan 8 gəncin təbrik mərasimi keçirildi. Qrup rəhbəri «İki sahil» qəzetinin baş redaktoru, YAP Siyasi Şurasının üzvü Vüqar Rəhimzadə onlara torpaqlarımızın müdafiəsi yolunda uğurlar arzuladı. Bildirildi ki, dövlət başçısı İlham Əliyevin orduya diqqət və qayğısı gənclərdə vətənpərvərlik hissinin daha da artmasına stimul verir. Ulu öndər Heydər Əliyevin "Hərbi xidmət insanları daha da mətinləşdirir, daha cəsarətli, dözümlü edir, çətinlikləri aradan qadırmaq keyfiyyəti aşılayır" fikirlərini önə çəkən V.Rəhimzadə bildirdi ki, Azərbaycanın işğal altında olan torpaqlarını azad etməyə qadir güclü ordusu var. Ordu ölkəmizin, millətimizin, dövlətimizin müstəqilliyinin dayağıdır.
Təntənəli mərasimdə üzərində Yeni Azərbaycan Partiyasının loqosu əksini tapan tort kəsildi.
Bağlanış mərasimində YAP Siyasi Şurasının üzvü, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə gənclərə yaradılan bu kimi şəraitə görə ölkə Prezidenti cənab İlham Əliyevə, Yeni Azərbaycan Partiyasının İcra Katibliyinə, Lerik Rayon İcra Hakimiyyətinə, "Relax" istirahət mərkəzinin rəhbərliyinə minnətdarlığını bildirdi. Qeyd olundu ki, Azərbaycanın gələcəyi olan gənclərin malik olduqları potensialın ortaya çıxarılmasında bu kimi layihələrin böyük əhəmiyyəti vardır. Gənclər bu layihələr çərçivəsində bir daha biliklərini sınayır, təcrübə mübadiləsi fonunda bilik xəzinələrini zənginləşdirir, əlaqələr qurmaq və möhkəmləndirmək imkanı əldə edirlər.
V.Rəhimzadə onu da bildirdi ki, bu gün Azərbaycan gənci ölkə Prezidenti İlham Əliyevin ətrafında sıx birləşir, onun həyata keçirdiyi siyasəti dəstəkləyir, gələcəyə böyük inamla addımlayır. 2013-cü il prezident seçkiləri bunun bir daha bariz nümunəsi kimi qeyd olundu. Partiyanın sıralarında birləşən 600 mindən artıq üzvün 40 faizini təşkil edən gənclər seçki kampaniyasında fəal iştirakları ilə cənab İlham Əliyevə dəstək olduqlarını təsdiqlədilər.
Bağlanış mərasimində bir qrup fəal gəncə Fəxri fərmanlar təqdim olundu. Gənclər onlara yaradılan şəraitə görə dövlət başçısı İlham Əliyevə, YAP-ın İcra Katibliyinə təşəkkürlərini bildirdilər. Bu fikir xüsusi vurğulandı ki, göstərilən etimadı əməli işləri ilə doğrultmağa çalışacaqlar. Günbəgün qüdrətlənən, zənginləşən Azərbaycanın uğurlarına töhfə vermək hər bir Azərbaycan gəncinin ən böyük arzusudur.
Sonda xatirə şəkli çəkdirildi.
Ceyhun Piriyev
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM