Tramp özündən asılı olmadan Moskva ilə Berlini yaxınlaşdırıb

16:04 / 12.05.2018

Hazırda Rusiya ilə Almaniyanın qarşılıqlı yaxınlaşması, demək olar ki, labüddür. Lakin bu, Almaniya XİN rəhbərinin Moskvada mübahisəli mövzulara da toxunmasına mane olmayıb.
 
İcmalçı Kristian Trippenin DW agentliyinin saytında dərc olunmuş məqaləsi bu barədədir.
 
ABŞ bunu çox güman ki, bilərəkdən etməyib, lakin o, Rusiyanın siyasi nüfuzunu xeyli artırıb. Amerika Prezidenti Donald Tramp tərəfindən İranın nüvə proqramına dair sazişin birtərəfli şəkildə pozulmasının nəticələrindən biri bundan ibarətdir. Moskvada bu sazişi nəyin bahasına olursa olsun, saxlamaq istəyirlər. Kreml bu məsələdə özünü Qərbi avropalılarla eyni tərəfdə görür. Parisdə, Berlində və Londonda çox yaxşı bilirlər ki, Tehranda Moskvanın çox sıx əlaqələr şəbəkəsi var. İran və Rusiya müttəfiqlərdir, onlar Suriya müharibəsində eyni tərəfdə vuruşurlar.
 
Müəllif yazır: "Trampın eqosentrik siyasəti İranda sərt xətt tərəfdarlarının hakimiyyətə gəlməsi ilə nəticələnə bilər. Tehrana isə ilk növbədə Kreml təsir göstərə bilər. Beləliklə, Moskvanın baş diplomatı, sərt mövqedən danışıqlar aparmağa adət etmiş Sergey Lavrov yenidən belə bir imkan qazanılmasına görə rahat ola bilər”.
 
Almaniyanın xarici işlər naziri Hayko Mas mayın 10-da yeni vəzifəsində Rusiyaya ilk rəsmi səfərə gələndə dünya siyasətinin bu kompozisiyası ona yaxşı məlum idi, lakin bu, naziri narahat edən yeganə məsələ deyildi. Bu vəzifədə Masın əvvəlki iki sələfi də onun kimi, Almaniya Sosial-Demokrat Partiyasına (ASDP) mənsub idi və Moskva onları Rusiyaya dostcasına münasibət bəsləyən siyasətçilər hesab edilirdi. Lakin onlardan fərqli olaraq Mas Moskva ilə münasibətlərə yeni mövqedən yanaşır. O, müsahibələrindən birində deyib ki, Rusiya getdikcə düşməncəsinə hərəkət edir. Nazirin bu sözləri, ilk növbədə özünün mənsub olduğu ASDP tərəfindən ona ciddi irad tutulub.
 
Digər tərəfdən, sabiq federal kansler Herhard Şröder Rusiyanın energetika nəhəngi sayılan "Qazprom”da xidmət edir. Bu siyasətçi Vladimir Putin ilə dost olmasını çox sərbəst şəkildə nümayiş etdirir. O, Putinin inauqurasiya mərasimində birinci sırada patriarx Kiril ilə baş nazir Medvedevin arasında dayanmışdı. Kreml rəhbərliyinə bundan artıq yaxınlıq ola bilməz.
 
İndi də Mas məsafə saxlayır. Kremlə dostcasına münasibət bəsləyən və təkcə sosial-demokratlardan ibarət olmayan alman siyasətçilərinin bir qismi nazirdən Rusiya ilə dialoqu dərhal bərpa etməsini tələb ediblər. Mas Moskvada açıq deyib: O, təkcə dialoq aparılmasını deyil, dialoqun namuslu aparılmasını istəyir.
 
Almaniyanın xarici işlər naziri bütün bunları Moskvada açıq söyləyib. Bununla belə, o, vəziyyəti bir qədər yaxşılaşdırmağa nail olub. Məsələn, ali məktəblər arasında əməkdaşlıq, təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi sahəsində bir neçə Almaniya-Rusiya layihəsinin reallaşdırılmasına təkan verib. Əlbəttə, münasibətlərin bu yeni başlanğıcı çox fərəhləndirici deyil, lakin hər halda ümumi maraqlar axtarışıdır.
 
Kristian Trippenin fikrincə, hər halda lap yaxın vaxtlarda Rusiya-Almaniya münasibətlərində yeni mərhələlinin başlanğıcı müşahidə olunacaq.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM