Azərbaycanda avtomobil şirkətləri anbarda qalan avtomobilləri satmaq üçün satış şərtlərini dəyişirlər. Yəni, bəzi lizinq və kreditlə satılan avtomobillərdə ilkin ödənişi azaldılır, endirim və hədiyyələr təklif edilir. Bəzi satılmayan avtomobillər də əvvəlkindən daha ucuz təklif edilir. Avtomobil şirkətlərindən verilən məlumata görə, artıq 2016-cı ilə aid yeni modellər satışa çıxarılmağa başlayıb. Belə olan halda əldə olan 2014-2015-ci il model avtomobillərin tez satılması üçün satış şərtləri yumlaşdılır.
Çin maşınlarında ilkin ödəniş 10 %-ə kimi azaldılıb
Məsələn, çin avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Sirena Motors” avtomobilləri lizinqlə satışında dəyişikliklər edib. Belə ki, aprel ayından etibarən çin maşınları artıq 15 % ilkin ödənişlə deyil, 10 %-lə təklif edilir. Qalan ödəniş isə avtomobilin markasından aslı olaraq dəyişir. Məsələn, "Changan Benni Mini” avtomobilini lizinqlə almaq istəyənlər 2335 ilkin ödəniş edərək, qalan məbləği ayda 223 manat ödəməklə avtomobili əldə də bilərlər. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin 80-85%-I lizinqlə satılır. Ona görə, müştəri cəlb etmək üçün hazırda lizinq şərtləri yumlaşdılır.
3 aylıq krediti müştəriyə hədiyyə edir
Yapon avtomobillərinin satışını həyata keçirən "Group Motors” şirkəti də yeni kampaniyaya başlayıb. Belə ki, "Honda”, "Mitsubhishi”, "Subaru” və "Mazda” avtomobillərini alanlara 3 aylıq kredit ödənişi şirkət tərəfindən ödənilir. Məsələn, hazırda 2015-ci il model "Honda CRV” avtomobili 47850 manata satılır. Müştəri ödənişin yarısı- 23 925 manatı, 2 illik kasko xərci -2201 manat və bank xərci-239 manat olmaqla ümumilikdə 26 365 manatı əvvəlcə ödəyir. Qalan hissə isə illik 18 %-lə kreditlə ödənilir. 2 illik kredit üzrə aylıq ödəniş 1194 manat təyin edilir. Şirkət iyun,iyul, avqust ayları üzrə bank kreditini, yəni 3582 manatı hədiyyə etdiyini deyir. Şirkətin satış meneceri Rəşid Xəlilov fins.az-a bildirib ki, yeni kampaniya hazırda salonda ötən ilə aid avtomobillərin tez satılması üçün həyata keçirilir: ”Belə ki, artıq 2016-cı il model yeni avtmobillər gətirilir. Ona görə də, ötən ildən qalan avtmobillər daha tez satılmalıdır”.
3 illik kasko sığorta və 1 illik servisi hədiyyə edilir
"Nurgun Motors”da bəzi avtomobillərlə bağlı satış şərtlərini dəyişib. Şirkətdən fins.az-a verilən məlumata görə, əvvəl kreditlə satılan "Nissan Juke” modelini hazırda 4900 manat ilkin ödənişlə 3 illik lizinq şərtləri ilə almaq olar. Aylıq ödəniş 503 manat təşkil edir.Avtomobili alan müştərilərə 3 illik kasko sığorta və 1 illik servis hədiyyə edilir.
Bu modellər 2 min manat ucuzlaşdı
Bundan əlavə, 2014-2015-ci ilin "Nissan Sunny” modelləri 1000-2000 manat endirimlə satılır. Məsələn, əvvəl 16900 manata satılan əlavə təhcizatlı 2014-cü il modellər 14900 manata, 2015-ci il model "Nissan Sunny”lər isə 15900 manata təklif edilir.
Rus maşınlarının da lizinqlə satışına başlanılıb
Rus maşınları da aprel ayından etibarən lizinqlə satılmağa başlayıb. Rus avtomobillərinin Azərbaycanda rəsmi idxalçısı "Xəzər Lada” şirkətindən fins.az-a verilən məlumata görə, artıq "Granta”, "Kalina” və universal "Priora” modellərini lizinqlə də almaq mümkündür. Belə ki, 2500 manat ilkin ödənişlə 3 illik lizinq şərtilə bu avtomobillləri almaq olar. Aylıq ödəniş isə 313 manat təşkil edir.
"Reno”lar 1000 manat ucuzlaşdı
"Renault Azərbaycan”da həm satış şərtlərini dəyişib, həm də bəzi modelləri ucuzlaşdırıb. Şirkətdən fins.az-a verilən məlumata görə, avtomobillərin lizinqlə satışında müştərilərə güzəşt edilir. Belə ki, Reno avtomobillərini alanlar artıq 4000 manat deyil, 2500 ilkin ödəniş etməli olacaqlar. Aylıq ödənişlər 500 manatdan başlayır. Bundan əlavə avtomobil alanlara bir illik icbari sığorta, bank xərci və nömrə hədiyyə edilir. Bəzi modellərin nəğd satış qiymətləri 1000 manat azalıb. Məsələn, sadə komplektasiyalı "Reno Logan” modeli artıq 15500 manata deyil, 14500 manata təşkil edilir. Tam təhcizatlı 2015-ci il model avtomobil isə 18900 manatdan 17900 manata kimi ucuzlaşıb.
"Jeep”lər 17 min manat ucuzlaşdı
Hazırda iri mühərrikli avtomobillərin bazarının "ölməsi” şirkətləri də qiymətləri aşağı salmağa vadar edib. Məsələn, "Auto Azerbaijan” şirkəti isə kreditlə satışda dəyişiklik etməsə də, bəzi avtmobilləri xeyli ucuzlaşdırıb. Söhbət iri mühərrikli "Jeep” və "Dodge” avtomobillərindən gedir. Şirkətin satış nümayəndəsi Emin Dadaşov fins.az-a bildirib ki, aprel ayından etibarən "Jeep” modelləri 7-17 min manat ucuzlaşıb. Məsələn, 3.6 l mühərrikli 2015-ci il model tam təhcizatlı "Grand Cherokee” avtomobili 7 min manat ucuzlaşıb. Belə ki, bir ay əvvəl 78 min manata satılan avtmobil indi 71 manata təklif edilir. Ən böyük ucuzlaşma isə 2015-ci il model "Wrangler” avtomobilində müşahidə edilir. Sadə təhcizatlı avtmobil nə az nə çox 17 min manat endirimlə satılır. 66 min manatlıq avtomobil 49 manata kimi ucuzlaşıb. 3.6 l mühərrikli "Dodge Durango” isə 4 min manat ucuzlaşıb. 78 min manata satılan avtmobil indi 74 min manata təklif edilir.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM