Azərbaycan Prezidenti İlham Əliyev: “Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür”

23:30 / 12.07.2014

İtaliyanın nüfuzlu "IL GIORNALE" qəzetində dərc edilmiş məqalə Azərbaycan Prezidenti İlham Əliyevin ATƏT Parlament Assambleyasının Bakıda keçirilən iyirmi üçüncü illik sessiyasının plenar iclasındakı çıxışından götürülmüş bu sitatla başlayır: "Verdiyimiz vədlər həmişə gördüyümüz işlərlə üst-üstə düşür".

AzərTAc-ın verdiyi xəbərə görə, məqalədə qeyd edilir ki, ötən ayın son həftəsində Azərbaycan iki böyük tədbirə cəlb olunub - Strasburqda Avropa Şurası Parlament Assambleyasının yay sessiyası və Bakının ev sahibliyi etdiyi ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyası. Hər iki tədbirdə Azərbaycan Prezidenti İlham Əliyev çıxış edib. Bu tədbirlər Azərbaycanın Avropanın siyasi və iqtisadi həyatında iştirakının vacibliyini bir daha təsdiq edir.

Qəzet yazır: "Prezident İlham Əliyev ATƏT Parlament Assambleyasının iyirmi üçüncü illik sessiyasının plenar iclasındakı çıxışında həm forma, həm də məzmun baxımından dəqiq şəkildə vurğulayıb ki, Azərbaycan hazırda etibarlı tərəfdaş sayılır və beynəlxalq birliyə üzv dövlətlərin əksəriyyəti, həmçinin əlbəttə ki, Avropa dövlətləri ilə fəal ikitərəfli əlaqələr onun hökumətinin əsas prioritetlərindəndir. Nəzərə alsaq ki, Azərbaycan TAP layihəsi ilə Avropa dövlətlərinin enerji təhlükəsizliyində mühüm rol oynayacaqdır, bu, Avropa üçün çox vacib mesajdır".

Müəllif bildirir ki, Azərbaycan İtaliyanın birinci ticarət tərəfdaşıdır və bu gün ölkəmizin neftə olan tələbatının 16 faizini ödəyir. Prezident İlham Əliyev Strasburqda olduğu kimi, Bakıda da öz ölkəsinin 23 illik müstəqilliyi dövründə əldə etdiyi nailiyyətlərdən, həmçinin problemlərdən və gələcək planlardan danışıb. Prezident deyib: "Siyasi və iqtisadi islahatların eyni zamanda həyata keçirilməsi bizi böyük çətinliklərdən sığortaladı, sabit ölkə qurmağa imkan yaratdı və davamlı inkişafı mümkün etdi". Həqiqətən də, sərt iqtisadi böhranın beynəlxalq bazarı sarsıtmasına və ərazisinin 20 faizinin 20 ildən artıqdır ki, erməni işğalı altında olmasına baxmayaraq, Azərbaycan iqtisadiyyatı 2014-cü ildə dünyanın əsas reytinq agentlikləri tərəfindən sabit kimi qiymətləndirilmişdir.

Yazıda deyilir ki, Prezident İlham Əliyev beynəlxalq hüquqda nəzərdə tutulan meyarları birləşdirməyin əhəmiyyətinə diqqət çəkərək beynəlxalq təşkilatlara müraciət edib: "BMT Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə saat ərzində icra olunur. Digər qətnamələr isə sadəcə kağız üzərində qalır. Azərbaycana gəldikdə, bu, artıq 20 ildir ki, davam edir". Prezident İlham Əliyev Ermənistanın öz qoşunlarını işğal olunmuş ərazilərdən dərhal və qeyd-şərtsiz çıxarmasını nəzərdə tutan BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinə bu günədək məhəl qoyulmadığını, Ermənistanın ATƏT-in, Avropa Parlamentinin, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının, hətta Fransa, Rusiya və ABŞ-ın həmsədr olduğu ATƏT-in Minsk qrupunun qərarlarının heç birinə əməl etmədiyini, bununla da bütün beynəlxalq normaları pozduğunu və sadalanan təşkilatlara inamı təhlükə altında qoyduğunu xatırladıb.

"Bir milyon azərbaycanlı öz doğma ölkəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Biz etnik təmizləməyə məruz qalmışıq. Ermənilər Xocalı şəhərində azərbaycanlılara qarşı soyqırımı törədiblər. Bu soyqırımı artıq dünyanın 10 ölkəsi tərəfindən tanınıb", - bu sözlərlə Prezident İlham Əliyev öz xalqının ağrı-acılarından danışıb və bütövlükdə regionun təhlükəsizliyi naminə bir daha beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda həlli yolunun tapılmasının zəruriliyinə yönəldib.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM