AŞPA nəzdində korrupsiya iddialarını araşdıran Müstəqil Kənar İstintaq Orqanının hesabatı Assambleyanın 26 aprel 2018-ci il iclasında qəbul edildi. İstintaq Orqanının hesabatı 217 səhifədən ibarətdir və 2008-ci ildən sonrakı dövrü əhatə edir.
Xatırlatmaq istərdim ki, Müstəqil Kənar İstintaq Orqanı AŞPA nəzdində korrupsiyaya dair iddiaları araşdırmaq məqsədi ilə Büronun 27 yanvar 2017-ci il tarixli iclasının qərarı ilə yaradılıb. İstintaq Orqanının mandatı AŞPA üzvlərinin və ya keçmiş üzvlərinin aktiv və passiv korrupsiya fəaliyyətini araşdırmaqdan ibarət olaraq Avropa Şurasına üzv ölkələrin hamısını əhatə etməli idi.
Lakin hesabatla yaxından tanış olduqda görünür ki, hesabatın yalnız bir səhifəsi digər üzv dövlətlərə, qalan hissəsi isə Azərbaycanla bağlı məsələlərə həsr edilmişdir. Beləliklə, İstintaq Orqanının üzvləri hesabatı hazırlayarkən öz mandatlarını Azərbaycanla məhdudlaşdırmış və Azərbaycan dövləti tərəfindən birbaşa və ya dolayı yolla təşkil edilməsi iddia edilən korrupsiya aktlarını “araşdırmışlar”. Digər dövlətləri əhatə edən korrupsiya halları hesabatda, forma naminə heç bir araşdırmalar olmadan qeyd olunur. Hesabatda digər dövlətləri nəzərdə tutan korrupsiya dosyeləri ilə bağlı əslində təhqiqat aparılmadan formal olaraq xatırlanıb.
İstintaq Orqanı Azərbaycanla bağlı məsələlərə gəldikdə qeyd edir ki, AŞPA nəzdində Azərbaycanın maraqları istiqamətində fəaliyyət göstərən bir qrup insan var. Lakin İstintaq Orqanı Qrup "onların birtərəfli qaydada fəaliyyət göstərən vahid strukturun tərkib hissəsi olduğunu kifayət qədər əminliklə təsdiq edə bilməyib”. Beləliklə, İstintaq Orqanı Assambleya nəzdində Azərbaycanın maraqları istiqamətində fəaliyyət göstərən və vahid struktura malik olan hər hansı qrup aşkar etməyib və heç bir faktlar göstərmədən həmin üzvlərin Assambleyanın etik normalarına zidd davrandıqlarını iddia etmişlər.
Gözlənildiyi kimi, hesabatda İstintaq Orqanı Azərbaycanla bağlı fəaliyyətlərlə əlaqədar təqdim edilən “hədiyyələrə” xüsusi yer ayırmışdır. Lakin heç bir əsas və ya fakt aşkarlamayan hesabat müəllifləri etiraf edirlər ki, hədiyyələrin "parlamentin və ya Katibliyin hər hansı bir üzvünün öhdəlikləri əvəzinə müəyyən tərzdə xüsusi fəaliyyət göstərmələri üçün verildiyi" sübut edilməmişdir.
Hesabatda AŞPA-da lobbiçilik fəaliyyətinin icra edilməsinə diqqət ayrılır və İstintaq Orqanı, AŞPA-nın bir sıra keçmiş parlamentarilərinin AŞPA-nın Davranış Kodeksinə zidd tərzdə belə fəaliyyətlər həyata keçirdikləri qənaətinə gəlir. Lakin İstintaq Orqanı hesabatda Azərbaycanın xeyrinə korrupsiya fəaliyyətlərinə gəldikdə, belə nəticə çıxarıb ki, “AŞPA-nın bəzi indiki və keçmiş üzvlərinin belə təbiətli fəaliyyət göstərdiklərinə dair çox şübhələr var". Beləliklə, hesabat müəlliflərinin təbirincə desək, İstintaq Orqanı “çox şübhələr” əsasında Azərbaycanla bağlı korrupsiya iddialarını araşdırır.
Diqqəti çəkən məqam ondan ibarətdir ki, İstintaq Orqanının əsaslandığı “çox şübhələr” şaiə xarakterli dolayısı mülahizələrdən ibarətdir. Belə ki, İstintaq Orqanı hesabatda Azərbaycanla əməkdaşlıq edən AŞPA üzvlərinə qarşı irəli sürdükləri korrupsiya şübhələrini heç bir faktla təsdiq etmirlər, onlar öz şübhələrini əsaslandırmaq üçün Azərbaycanın daxilində olan və xaricdə sığınacaq tapmış bir sıra radikal fikirli müxalifət nümayəndəsinin və xarici anti-Azərbaycan elementlərin müxtəlif KİV-lərdə səsləndirdikləri iddialara və İstintaq Orqanına verdikləri ifadələrinə istinad edirlər. Lakin İstintaq Orqanının bu iddiaları yoxlamaq üçün tədqiqat vasitəsi və ya kifayət qədər iradəsi olmamışdır. Göründüyü kimi, hesabatda korrupsiya iddiaları rəsmən öz təsdiqini tapmamışdır.
İstintaq Orqanının istinad etdiyi mənbələrdən biri Azərbaycana qarşı düşmən mövqedən çıxış edən və Azərbaycanla bağlı qondarma korrupsiya iddialarının müəlliflərindən biri Avropada fəaliyyət göstərən “Avropa Stabillik Təşəbbüsü” (ESİ) təşkilatının hesabatlarıdır. Martaqlıdır ki, bir müddət əvvəl Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzi (ESİSC) öz hesabatında ESİ-nin Corc Soros tərəfindən təşkil edilməsi və erməni məsələsinin xeyrinə Azərbaycanda qeyri-sabitlik yaratmaq məqsədi daşıdığını vurğulamışdı. Həmin hesabata cavab olaraq ESİ-nin rəhbəri Knaus 6 sentyabr 2017-ci ildə bildirdi ki, ESİ heç vaxt Ermənistandan pul almayıb və Ermənistan haqqında genosid məsələsi ilə bağlı yalnız bir dəfə hesabat hazırlayıb. Knausa görə Corc Soros Fondu ESİ-nin Albaniya haqqında Aİ-yə dair ümumi anlayış məsələləri və insan hüquqları ilə bağlı digər işlər üzrə nəzərdə tutulmuş ümumi büdcəsinin 16 faizini maliyyələşdirib. Knaus qeyd edib ki, Soros Fondu hələ də ESİ-nin indiki büdcəsinin təxminən 20 faizini maliyyələşdirir. Beləliklə, ESİ-nin əsas məqsədi AŞPA çərçivəsində Azərbaycana qarşı reaksiyaya başlamaq, eləcə də media və milli məhkəmə orqanlarının diqqətini cəlb etməkdən ibarət olmuşdur. Lakin Corc Soros tərəfindən təşkil edilmiş və erməni məsələsinin xeyrinə Azərbaycanda qeyri-sabitlik yaratmaq məqsədi daşıyan ESİ təşkilatının AŞPA-da lobbiçilik fəaliyyəti İstintaq Orqanının hesabatından kənarda qalmışdır. Əksinə, İstintaq Orqanı ESİ-nin qərəzli anti-Azərbaycan hesabatlarından mənbə kimi istifadə etmişdir. Bu isə hesabatın obyektiv olmadığını bir daha sübuta yetirir.
İstintaq Orqanının hesabatında “pulların verilməsi” iddiası ilə bağlı yeganə mənbə kimi Volonteyə qarşı qaldırılmış İtaliya cinayət işində açıqlanan sənədlərə istinad edir. Lakin tam tədqiqat səlahiyyətlərinin olmaması nəzərə alınmaqla, İstintaq Orqanı bununla bağlı digər sənədləşdirilmiş sübut elementləri müəyyən etmək iqtidarında olmayıb. Odur ki, hesabatda İstintaq Orqanının Volonteyə qarşı qaldırılmış İtaliya cinayət işində açıqlanan məlumatlardan başqa, Azərbaycana dair AŞPA-nın müxtəlif fəaliyyətləri çərçivəsində həyata keçirilmiş korrupsiya aktları və ya korrupsiyaya cəhdləri göstərən heç bir birbaşa və ya sənədləşdirilmiş sübutları yoxdur. Eyni zamanda qeyd edilməlidir ki, Volonte işi üzrə İtaliya məhkəməsinin araşdırmaları başa çatmayıb, hər hansı korrupsiya iddiaları hüquqi müstəvidə öz təsdiqini tapmayıb. Belə olan halda hesabatda Volonteyə qarşı qaldırılmış İtaliya cinayət işinə istinad edilməsi hüquqi baxımdan tam yalnışdır. Beləliklə, İstintaq Orqanının hesabatında korrupsiya iddialarını təsdiqləyən heç bir sübut elementi yoxdur.
AŞPA-nın Azərbaycan üzrə işləri ilə bağlı korrupsiya iddialarını təsdiqləyən heç bir sübut tapa bilməyən hesabat müəllifləri son əsas kimi əsas narahatlıqlarının Azərbaycan üzrə məruzəçilərin seçilməsi, yerli hakimiyyət orqanları və məruzəçilər arasında əlaqələr və ölkəyə səfərlərdən sonra məruzəçilərin davranışı ilə bağl olduğunu bildirirlər. İstintaq Orqanı əsas narahatlıqlardan birinin də bəzi dinlənilən şəxslərə görə bütün siyasi arenada Azərbaycan tərəfdarlarının əsas vəzifələrə təyin olunması "təəssürat"ı olduğunu bildirir və öz mövqelərini əsaslandırmaq üçün Savitskinin 5 sentyabr 2017-ci ildə verdiyi ifadədən iqtibas gətirirlər. Savitski qeyd edilən dinləmə zamanı bəyan edib ki, AŞPA-nın müxtəlif vəzifələrinə təyinatların xüsusilə ən problemli element olub.
Hesabatda Azərbaycan dövlətinə qarşı ittihamlar kontekstində qeyd edilir ki, Pedro Aqramunt və Debono Qrex tərəfindən Monitorinq Komitəsi üçün hazırlanmış və 2013-cü ilin yanvar sessiyası zamanı qəbul edilmiş hesabat çoxsaylı hücumlar mövzusu olmuşdur. İstintaq Orqanı yazır ki, Leyla Yunusun sözlərinə görə, hesabat yalandır və Yunus Bakıda təşkil edilən mətbuat konfransında, hətta onları hakimiyyət orqanları tərəfindən pulla alınmaqda günahlandırmışdı. Lakin İstintaq Orqanı hesabatda belə bir iddianı da dəlillərlə əsaslandıra bilmədiyini etiraf edir.
Hesabatda İstintaq Orqanı korrupsiya fəaliyyətinə dair bir sıra iddialara yer ayırır. Bu kontekstdə Azərbaycanın Avropa Şurasında keçmiş Səfiri Arif Məmmədovun məlumatlarını diqqətə çatdırır. Hesabatda göstərilir ki, Arif Məmmədovun verdiyi məlumata görə AŞPA-da “çirkli lobbiçilik” fəaliyyətinə Elxan Süleymanov rəhbərlik edirdi. Arif Məmmədov Azərbaycan nümayəndə heyətinin üzvlərindən “eşitdiyinə” əsasən “çirkli lobbiçilik” üçün 30 milyon avronun ayrıldığını bildirib. Bununla belə hesabatda vurğulanır ki, Arif Məmmədov heç vaxt hər hansı bir zərfin ələ ötürüldüyünü görməyib. Lakin o, mənim müxtəlif nümayəndə heyətlərinin üzvləri ilə dəhlizdə görüşdüyümü və axşam saatlarında onların otelinə gələcəyimi söylədiyimi eşidib. O, həmçinin mənim AŞPA-nın digər parlamentariləri ilə AŞ-nin restoranında nahar etdiyimi və Avropa Şurasının ərazisindən kənar yerlərdə görüşdüyümü gördüyünü söyləmişdir. Beləliklə, Arif Məmmədovun ifadəsi yalnız özünün eşitdiyi yoxlanılmamış məlumatlardır və ya AŞ-nın restoranında yemək və ya kənarda görüşlər kimi əhəmiyyətsiz hadisələrdir. Bu ifadədə heç bir sübutedici dəlil yoxdur.
Hesabatda AŞPA-da korrupsiya iddiaları ilə bağlı Leyla Yunusun da ifadəsinə yer verilib. Lakin məzmunundan görünür ki, onun ifadəsi zəifdir və əslində, onun özünün eşitdiyi söz-söhbət və iddiaları xatırladır. Öyündüyü bu elementlərdən heç biri yoxlanmamış və ya özü tərəfindən birbaşa təsdiqlənməmişdir (dövlət məmurlarnın, şəxsiyyətini bilmədiyi bir tələbənin iddiaları). Hesabatda Yunusun söylədiklərini təsdiq edən heç bir dəlil göstərilmir.
Hesabatda Katibliyin bir sıra üzvlərinin və bəzi AŞPA parlamentarilərinin ifadəsinə istinad edərək mənim (Elxan Süleymanov) AŞPA-da Azərbaycan nümayəndə heyətinin nəzdində Azərbaycanın maraqlarının təşviqində mühüm rol oynamağım ehtimal edilir. Hesabatda bildirilir ki, dinlənilənlər ifadələrində mənim AŞPA-nın plenar və komitə iclaslarında nadir hallarda iştirak etdiyimi, amma Azərbaycanla bağlı məsələlər müzakirə olunduqda, həmişə iştirak etdiyimi və xüsusilə də söz alaraq özüm danışdığımı təsdiqlədilər.
Məntiqi sual ortaya çıxır: doğrudanmı, mənim plenar və komitə iclaslarında maraq kəsb etməyən məsələlərin müzakirəsi zamanı iştirak etməməyim, lakin Azərbaycanla bağlı məsələlər müzakirə edilərkən mütləq iştirak etməyim və söz alaraq danışmağım korrupsiya fəaliyyəti iddiaları üçün vacib elementdir? Bir şəxsin yalnız AŞPA müzakirələrində iştirakına əsaslanaraq onun korrupsiya əməlləri törətməsi qənaətinə gələ bilərikmi?
Hesabatda İstintaq Orqanı Ştrasserin Azərbaycanda siyasi məhbusların izlənilməsinə dair məruzəsinin qəbul edilməməsi ilə bağlı araşdırma aparılır. Bu kontekstdə həmin vaxt AŞPA-da EPP qrupunun rəhbəri olmuş Volontenin 30 may 2012-ci ildə Avropa Parlamenti hüquq və ədliyyə mərkəzinə cənab Gregor Puppinck göndərdiyi məktub xatırladılır. Həmin məktubda Volonte yazır ki, “Azərbaycandan bəzi dostlarına görə "siyasi məhbuslar" anlayışına dair araşdırma aparılması lazımdır". Hesabata əsasən, Volonte düşünürdü ki, beynəlxalq instansiyalarda "siyasi məhbuslar"a dair ümumi anlayış yoxdur və AŞPA hüquq komitəsinin bu məsələ ilə məşğul olmalıdır.
Qeyd etməliyəm ki, Azərbaycan tərəfi uzun illər siyasi məhbusların müəyyənləşdirilməsi üçün AŞPA-da ümümqəbul edilmiş meyarlarının olmadığını bildirirdi. Əlbəttə, biz Assambleya üzvləri arasında təbliğat aparırdıq, onlara, o cümlədə siyasi qrup rəhbərlərinə e-poçt vasitəsilə məktublar göndərirdik, faktlarla meyarların olmadığına onları inandırmağa çalışırdıq. Uzun mübarizədən sonra AŞPA bu faktı etiraf etdi və Ştrasser 2 məruzə hazırlamalı oldu: “Siyasi məhbusların müəyyənləşdirilməsi” və “Azərbaycanda siyasi məhbusların izlənilməsi”.
İstintaq Orqanının hesabatının qısa təhlili hansı məqamlardan xəbər verir: Nə üçün hesabatda əsas hədəf kimi Azərbaycan seçilib? Hesabat hansı məqsədlərə xidmət edir və qarşıya qoyulan məqsədlərə nail olundumu?
Bu sualları cavablandırmaq üçün İstintaq Orqanının hesabatının xronoloji çərçivəsinə diqqət yetirmək lazımdır. Yuxarıda qeyd edildiyi kimi, hesabat 2008-ci ildən sonrakı dövrü əhatə edir. Məhz 2008-ci ildən sonra Azərbaycan AŞPA-da bir sıra nailiyyətlərə nail oldu:
Əlbəttə ki, anti-Azərbaycan və ermənipərəst mərkəzləri Azərbaycanın AŞPA ilə səmərəli əməkdaşlığının davam etməsinə göz yuma bilməzdi və bunun qarşısını hər vəchlə almalı idilər. Digər tərəfdən, siyasi məhbuslar meyarları ilə bağlı Avropa təşkilatının etirafı, müəyyən güclərin maraqlarına xidmət edən Ştrasserin məruzəsinin qəbul edilməsinin qarşısının alınması, Azərbaycan ərazilərinin Ermənistanın işğalı altında olması faktının daim Avropa təşkilatının gündəliyində olması, Azərbaycanın ona qarşı olan qərəzli təzyiqlərə əsaslı cavabları həmin anti-Azərbaycan mərkəzlərini rahat buraxmırdı. Odur ki, AŞPA-da Azərbaycanın fəaliyyətilə bağlı korrupsiya iddiaları gündəmə gətirildi. Göstərilən dövr ərzində Azərbaycan üzrə həmməruzəçilər və seçki missiyalarının rəhbərləri olmuş AŞPA üzvləri, Azərbaycanla əməkdaşlıq edən komitə sədrləri və siyasi qrupların rəhbərləri korrupsiya iddiaları ilə şübhəli bilindilər. Və, nəhayət, Avropa Şurasının Nizamnaməsinə zidd olaraq, AŞPA-da korrupsiya iddialarını araşdırmaq üçün Müstəqil Kənar İstintaq Orqanı yaradıldı. Bu İstintaq Orqanı “müstəqil” olsa da, faktiki olaraq, Azərbaycanın düşməni olan AŞPA Baş katibi Savitskinin iradəsinə tabe idi və onun diqtəsi altında fəaliyyət göstərirdi.
Məqsədə nail olundumu? Bu suala cavab üçün digər bir suala cavab vermək lazımdır: belə bir presedenti olmayan anti-Azərbaycan kampaniyasının məqsədi nədən ibarət idi?
Xüsusilə vurğulanmalıdır ki, bu kampaniya Azərbaycanı təkləmək, onun imicinə zərbə vurmaq və beynəlxalq arenadan təcrid etmək, Azərbaycanı daim tənqidlər və təzyiqlər altında saxlayaraq, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi faktını unutdurmaq və həmin ərazilərin işğal altında qalmasına nail olmaq, Azərbaycanla əməkdaşlıq etmək istəyən Avropa parlamentarilərində sanksiyalara məruz qalma qorxusu yaratmaq və onları bu istəklərindən çəkindirmək məqsədi daşıyırdı.
İstintaq Orqanının hesabatının gündəmə gəlməsi ilə anti-Azərbaycan qüvvələr müəyyən mənada öz məqsədlərinə çatdılar. Belə ki, heç bir dəlil və sübut göstərilməsə də 2008-ci ildən indiyədək AŞPA-da Azərbaycan üzrə məruzəçi, müşahidə missiyalarının rəhbərləri olmuş parlamentarilər korrupsiya iddialarında şübhəli bilindilər, onlara qarşı Assambleyanın Davranış Kodeksini pozmaları haqqında iddialar irəli sürüldü və fəaliyyətlərinin dondurulması ilə təhdid edildilər. Bunun nəticəsində AŞPA-da Azərbaycanın mövqeyinə ciddi zərbə vurulmuş, onun tərəfdarlarının sayı ciddi şəkildə azalmışdır. AŞPA üzvlərində Azərbaycanın mövqeyini dəstəkləyəcəkləri təqdirdə sanksiyalara məruz qalacaqlarına dair qorxu hissi formalaşmışdır.
İstintaq Orqanının hesabatının nəticələrindən biri də AŞPA-da idarəçilik sisteminə köklü zərbə vurulmasından ibarətdir. Hesabat sözün əsl mənasında AŞPA-ya kimin “sahib” olduğunu çılpaqlığı ilə ortaya çıxardı. Hazırda faktiki olaraq AŞPA-da siyasi qruplar, komitələr mövcud deyil, siyasi qrupların rəhbərləri, komitə sədrləri, AŞPA rəhbərliyi Baş katib Savitskinin iradəsinə tabe edilmişdir, AŞPA-da baş verən bütün proseslərə Savitski rəhbərlik edir və öz istədiyinə nail olur.
AŞPA-da korrupsiya iddialarının araşdırılmasına dair Müstəqi Kənar İstintaq Orqanının hesabatı məhz bu xoşagəlməz və uzun müddətə hesablanmış məqamlardan xəbər verir...
Elxan Süleymanov,
Şamaxının Millət vəkili
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM