Sağikən özlərinə məzar qazdıranların sayı getdikcə artır. Belə hallara paytaxtın əksər qəbiristanlıqlarında rast gəlmək mümkündür.
İctimayət isə bu məsələyə birmənalı yanaşmır.
Məhəmməd Zuftarov - sakin: “Ölməzdən öncə qəbir düzəltdirməyə normal baxmıram. Bu düzgün deyil”.
Fərrux Əmirov – sakin: “Kiminsə pulu var, eləyir. Yaxınının, qohumlarının pulu olmaya bilər əvvəlcədən eləyir. Yaxşı bir şeydi əslində”.
Ceyhun Abışov – sakin: “Bir nəfər ölməzdən öncə özünə kəfən ala bilər. Amma qəbir daşıdı, bu kimi şeylərə mən düzgün baxmıram”.
Yasamal qəbiristanlığında dəbdəbəli görünüşü olan qəbirin sahibi də diriikən özünə məzar qazdıranlardandır. Baş daşına doğum tarixini, yəni 1934-cü il yazdıran qadın ölüm tarixinin yerini boş saxlayıb. Ondan 5-10 metr kənarda daha bir məzar sahibinin yolunu gözləyir. Lakin diqqət çəkməmək üçün məzar parçayla bükülüb. Görəsən, belə hallar şəriətdə necə qəbul olunur?
Hacı Ağasəid Yaqubov – QMİ-NİN əməkdaşı: “İnsanların ölümlərindən əvvəl hər hansı bir yerdə yer seşmələri qəbul olunmur. Təbii ki, bu bir neçə insan tərəfindən həyata keçirilir, digərləri də buna təşviq olunur. Amma İslam baxımından bu bir adət deyil. İnsanların öz adətidir bu”.
Qafqaz Müsəlmanları İdarəsinin əməkdaşı bildirdi ki, diriikən insanın özünə torpaq götürüb qəbir qazdırması şəriətdə ona görə haram sayılır ki, insanın harada ölüb, harada dəfn edildiyini əvvəldən müəyyən etmək mümkün deyil. Digər tərəfdən isə insan yalnız dünyasını dəyişəndən sonra onun adına yer götürülə bilər. Çünki insan haqq dünyasına qovuşduqdan sonra onun torpaqda dəfn edilməyə haqqı çatır. Bildirir ki, diri insanın özünə qəbir qazdırmasını dəfn və kəfən pulları ilə qarışıq salmaq olmaz. Çünki şəriətdə bu, qəbul edilir və buyrulur ki, belə xərclər ölən şəxsin öz mirasından ayrılmalıdır.
Paytaxtda dəbdəbəli qəbirlər də az deyil...
Ekspertlər deyir ki, təcrübədə belə məzarları yalnız tarixi şəxsiyyətlər üçün ucaldırdılar. Bunu sıravi insanlara şamil etmək isə doğru deyil.
Aydınxan Əbilov – kulturoloq: “Azərbaycanda qəbirlərlə bağlı çox böyük problemlərimiz var. Heç bir tarixi dəyəri olmayan şəxsiyyətlər üçün övladları mavzaleylər tikirlər. Bəlkə də bu övladlar onlara sağlığında baxmır, xəstə olanda dərman almır. Bu dini cəhətdən qadağandır, eyni zamanda sivil cəhətdən də düzgün deyil”.
Hətta bu, şəriətdə də qəbul edilmir. Qəbirin bir neçə mərtəbədən ibarət olması həm əlavə xərc, həm də ayrıseçkilik deməkdir. Yerdən fərqlənmək üçün qəbirin maksimum 4 barmaq hündürlükdə olması normal hesab edilir.
Hacı Ağasəid Yaqubov – QMİ-NİN əməkdaşı: “Qəbiri 4 barmaq hündürlüyündə etməkdənsə üzərində bina tikir. Onun dinə, Allaha aidiyyatı yoxdur. Onun savabı yoxdur!”
Mütəxəssilər məzarlıqlarla bağlı konkret addımların atılmasını vacib hesab edirlər. Reallıq göstərir ki, bu istiqamətdə konkret standartların qəbul olunmasına ehtiyac var.
Aydınxan Əbilov – kulturoloq: “Misal gətirə bilərəm Naxçıvan Muxtar Respublikasını. Orda qəbir daşları və məzar yerləri standartlaşdırılıb və varlı, nazir ya da kasıb olmağından asılı olmayaraq rəhmətə gedən üçün məhz o standartlara uyğun məzar hazırlayırlar”.
Artıq Azərbaycanda bir neçə il bundan əvvəl nümunəvi qəbiristanlıqların yaradılması ilə bağlı qərar qəbul edilib. Məzar daşlarının, qəbirüstü abidələrin Naxçıvandakı kimi olması təklif olunur. Yəni məzarlar görünüşünə görə standart olacaq. Bu, insanlar üçün həm maddi, həm də mənəvi baxımdan da əlverişli sayılacaq. Ən əsası isə qiymətlərə təsir göstərəcək. “Əl yandıran fantastik qiymətlər” standart qiymətlərlə əvəzələnəcək.
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM