Cavanşir Feyziyev: “1 milyon qaçqın və məcburi köçkün öz evlərinə qayıtmaq istəyir”

08:34 / 16.05.2018

 

Böyük Britaniyalı seçki müşahidəçisi və məşhur “The London Post”un Baş Redaktoru Dr.Şahid Qureşi prezident seçkilərindən sonra Azərbaycan Parlamentinə dəvət alıb. Parlamentlə və onun fəaliyyəti ilə yaxından tanış olan Britaniyalı jurnalist Aİ-Azərbaycan Parlament Əməkdaşlığı Komitəsinin həmsədri, millət vəkili Cavanşir Feyziyevlə görüşüb və aldığı eksklüziv müsahibəni EU Tribune saytında dərc edib.

Həmin müsahibənin tərcüməsini oxucularımıza təqdim edirik.

EUtribune.com

29 aprel 2018

Ş. Qureşi: Bu yaxınlarda həm Azərbaycan, həm də Ermənistan öz yeni prezidentlərini seçdilər. Sizcə, hər iki prezident hansı işləri görməlidir?

C. Feyziyev: Hər iki prezident yenidir və demək olar ki, eyni vaxtda seçiliblər. Hər ikisinin öz ölkəsi üçün edəcəyi kifayət qədər çox işlər vardır. Lakin Dağlıq Qarabağ münaqişəsi hər iki ölkənin birgə həll edəcəyi ən vacib, ən təcili və ümumi problemdir. Prezidentlər münaqişənin sülh yolu ilə həll edilməsi üçün dərhal danışıqlara başlamalıdırlar. Bu, hər iki tərəfin, ümumilikdə həm də regionun marağındadır.

Dr Şahid Kureşi millət vəkili Cavanşir Feyziyevlə Azərbaycan Parlamentində. 13 aprel 2018-ci il.


Ş. Qureşi: Dağlıq Qarabağ münaqişəsinin 25 illik “pat” vəziyyətindən sonra Sizcə bu məsələ hansı istiqamətdə inkişaf edir? Dağlıq Qarabağın tarixi mövqeyi nədir?

C. Feyziyev: Dağlıq Qarabağ məsələsi hər iki ölkəni öz təsiri altında saxlamaq məqsədilə hər iki tərəfin öz iradəsindən asılı olmayaraq supergüclər tərəfindən yaradılmış bir münaqişədir. Təəssüf ki, “Parçala və idarə et” yanaşması hələ də işləyir. Bu münaqişə hər iki ölkənin milli maraqlarına ziddir. Bir məsələ də var ki, tərəflərdən biri – Ermənistan öz milli maraqlarını nəzərə almağa və Azərbaycanla birbaşa danışıqlar aparmağa qadir deyil. Çünki, bu ölkə bunu etmək üçün hələ kifayət qədər müstəqil ola bilməyib.

Dağlıq Qarabağın tarixi mövqeyinə gəldikdə isə, bura min illiklər boyunca həmişə Azərbaycan torpağı olub. Əvvəla, ermənilər Dağlıq Qarabağa 1828-ci ildə imzalanan Rusiya-İran Sazişindən sonra köçürülüblər. Rus Çarının xüsusi fərmanı ilə həmin vaxtda İran və Əfqanıstan sərhədində yaşayan ermənilər Azərbaycana, əsasən də Qarabağa köçürülüblər. Ermənilərin kütləvi olaraq Azərbaycana köçünün ikinci dalğası I Dünya Müharibəsindən sonra baş verdi. Azərbaycan o zaman xeyirxahlıq göstərərək Osmanlı və Suriyadan gələn erməni qaçqınlarını mərhəmətlə qəbul etdi və onları Yerevanda və Dağlıq Qarabağda yerləşdirdi. Həmin dövrdə Yerevan regionunda yalnız azərbaycanlılar yaşayırdılar. Hər iki köç zamanı azərbaycanlılar erməniləri ləyaqətlə və hörmətlə qəbul ediblər, bir çoxlarını öz evlərində yerləşdirdilər, yeni torpaqda yeni həyat qurmağa yardım etdilər. 1978-ci ildə ermənilər bu torpağa qədəm qoymalarının 150 illiyi münasibətilə Qağlıq Qarabağda nəhəng heykəl ucaltdılar və bu hadisəni təntənəli qeyd etdilər. Heykəl hələ də yerində qalır, lakin üzərindəki yazılar son münaqişələr zamanı artıq silinib.

Ş. Qureşi: Hər iki tərəfin qəbul edə biləcəyi həlli nədə görürsünüz? Bu münaqişə ilə bağlı BMT-nin hansı qətnamələri var və onlar nə üçün yerinə yetirilmir?

C. Feyziyev: Münaqişə baş verdiyi gündən Azərbaycan problemin sülh və beynəlxalq qanunvericilik çərçivəsində həll olunmasını istəyir. Azərbaycanın tələbi ilə BMT-nin Təhlükəsizlik Şurasının iclasları keçirib və 1993-cü ildə bu Şura, Ermənistan hərbi qüvvələrini işğal edilmiş torpaqlardan dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən 4 qətnamə qəbul edib. Bu qətnamələr hələ də yerinə yetirilməmiş qalır. Nəticədə 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün indiyə qədər öz doğma evlərinə qayıtmaq imkanını gözləyir. Status-kvonu qəbuledilməz saymağına baxmayaraq, münaqişənin sülh yolu ilə həll olunmasına məsul olan ATƏT-in Minsk Qrupu da ötən 25 il ərzində vəziyyəti dəyişə bilməyib. Bir çox beynəlxalq təşkilatlar Ermənistanı işğala son qoymağa inandırmağa cəhd göstəriblər. Lakin Ermənistan bütün həll yollarından imtina edir. Hər dəfə beynəlxalq təşkilatlar yeni sülh təklifləri irəli sürdükdə Ermənistan cəbhədə vəziyyəti gərginləşdirir və problemin sülh yolu ilə həllini təxirə salmaq üçün bu vəziyyətdən sui-istifadə edir.

Ş. Qureşi: Dağlıq Qarabağ münaqişəsinin həll edilməsində Böyük Britaniya və Avropa Birliyindən gözləntiləriniz nədir? Bu günə Dağlıq Qarabağın hüquqi statusu nədir?

C. Feyziyev: Hüquqi baxımdan bu region Azərbaycanın tərkib hissəsidir və təəssüf ki, hal-hazırda Ermənistanın işğalı altındadır. Azərbaycanın gözləntisi – münaqişə aparan tərəflərlə ədalətli rəftar edilməsi və münaqişənin hər iki xalqın marağına uyğun tez bir zamanda həll olunmasına töhfə verilməsidir. İşğal faktı BMT, AB, AP, AŞPA daxil olmaqla bir çox beynəlxalq təşkilatların qətnamələri ilə təsdiqlənib. Biz, Böyük Britaniyanın ədalətli yanaşmasını da yüksək qiymətləndiririk. Nüfuzlu beynəlxalq təşkilatların və dövlətlərin bütün hüquqi vasitələrdən istifadə edəcəyini və bu kiçik, lakin strateji əhəmiyyətli regiona yubanmış sülhün gətirilməsi üçün səy göstərəcəyini gözləyirik.

Hər şeydən əvvəl, bu, doğma torpaqlarına qayıtmaq həsrətində olan 1 milyon qaçqın və məcburi köçkün üçün həyati vacib məsələdir. İkincisi, Avropa və Asiyanı birləşdirən qədim İpək Yolunun üzərində yerləşən Qafqaz, bütün dünyanın marağında olan çox əhəmiyyətli coğrafi regiondur. Uzun sürən bu münaqişənin

həlli regiona sülh, sabitlik və təhlükəsizlik gətirər, həmçinin bu həll oxşar münaqişələrə məruz qalmış digər ölkələr, məsələn, Gürcüstan, Moldova və Ukrayna üçün də bir örnək ola bilər.

Ş. Qureşi: Dağlıq Qarabağ bölgəsində minlərlə insan öldürülüb və doğma yurdundan didərgin düşüb. Dinc əhaliyə - kişilərə, qadınlara və uşaqlara qarşı bu vəhşiliyi sifariş edən və həyata keçirənlərin əleyhinə yerli məhkəmələrdə hər hansı cinayət işi açılıbmı?

C. Feyziyev: Münaqişənin ilk mərhələsində - 1988-ci ildə 250 minə yaxın azərbaycanlı Ermənistandan deportasiya edildi. Bundan dərhal sonra, Dağlıq Qarabağda yaşayan 80 min azərbaycanlı regiondan çıxarıldı. Bu hadisələr zamanı insanlar alçaldıldı, vəhşicəsinə öldürüldü və yaralandı. Onların Dağlıq Qarabağdakı kəndləri tamamilə dağıdılıb və yandırılıb. Müharibə dövründə törədilmiş vəhşiliklərin sayı-hesabı yoxdur. Bu cinayətlərin ən dəhşətlisi isə 1992-ci ilin fevralında törədilən Xocalı soyqırımı oldu. Erməni ordusu bir neçə ay onsuz da mühasirədə qalan və 7 min əhalisi olan şəhərə hücum etdi. 613 mülki vətəndaş, o cümlədən 300-ə qədər uşaq, qadın və yaşlı insan qəddarcasına qətlə yetirildi. Bu amansız hücum sadəcə müharibədən doğan təsadüf deyildi. Bu, Ermənistanın məqsədəyönlü şəkildə və qəsdən törətdiyi terror siyasəti idi. Bu siyasətin məqsədi insanları qorxudaraq regiondan qaçmağa məcbur etmək və Dağlıq Qarabağı, eləcə də onun ətrafındakı digər bölgələri işğal etmək üçün Ermənistan ordusuna şərait yaratmaq idi. Xocalıya hücum, sonralar Ermənistanın prezidenti olmuş səhra komandiri Serj Sarqsyanın birbaşa rəhbərliyi altında həyata keçirilmişdi. Nəticədə, Dağlıq Qarabağın ətrafındakı 7 rayon da etnik təmizliyə uğradı və bu rayonlardan olan 700 mindən çox azərbaycanlı evlərindən didərgin düşdülər. Bütövlükdə, 1 milyona yaxın insan qaçqın və məcburi köçkünə çevrildi, ölkənin müxtəlif bölgələrində müvəqqəti olaraq yerləşdirildi. Ümumilikdə isə 870-ə yaxın kənd və şəhər işğal altında qaldı, 24 mindən çox insan döyüş əməliyyatlarında öldürüldü, 4500 mülki vətəndaş - əsasən yaşlılar, qadınlar və uşaqlar əsir götürüldü, 4965 nəfər isə itkin düşdü.

Ş. Qureşi: Xocalıda mülki vətəndaşları qətlə yetirən əsgər və ya komandirlərə qarşı hər hansı cinayət və ya hərbi məhkəmə işi olubmu?

C. Feyziyev: Azərbaycanın hüquq-mühafizə orqanları bir çox cinayət işi qaldırıblar, bir çox işlər tam araşdırılıb, müharibə cinayətləri və insanlığa qarşı cinayət törədənlər müəyyən ediliblər. Onların əksəriyyəti indi Ermənistanda və digər ölkələrdə yaşayırlar. Bundan da əlavə, Robert Koçaryan, Serj Sarqsyan və onlar kimi bir çox tanınmış səhra komandirləri Ermənistan hökumətində yüksək vəzifə tutmağa da nail olublar. Hətta prezident belə ola biliblər. Odur ki, onların Azərbaycana təhvil verilməsi indiki halda mümkün deyil. Lakin biz inanırıq ki, Ədalət bir gün zəfər çalacaq və onların hamısı məhkəmə qarşısında cavab verməli olacaqlar.

Ş. Qureşi: Təşəkkür edirəm.

Strategiya.az


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM