“Azərbaycan Xalq Cümhuriyyəti – tariximizin şanlı səhifəsi” mövzusunda respublika konfransı keçirilib

08:39 / 16.05.2018

15 may 2018-ci il tarixdə Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti – tariximizin şanlı səhifəsi” mövzusunda respublika konfransı keçirilmişdir.

 

Konfransda Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra AXC-nin fəaliyyətini əks et-dirən videoçarx nümayiş etdirilmişdir. Konfransı Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının rektoru sosiologiya üzrə elmlər doktoru, professor Hüseyn Qaraşov açaraq AXC-nin yaranmasının 100 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamının əhəmiyyətindən, Şərqin ilk demokratik respublikasının ictimai-siyasi və diplomatik fəaliyyətindən, 23 ay ərzində ölkədə aparılan islahatlardan danışdı, demokratik hüquq və azadlıqların təmin edilməsi, etnik, dini və siyasi mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşların bərabər hüquqlara malik olması sahəsində əldə edilən uğurlar barədə məlumat verdi. Sonra söz alan AMEA Tarix İnstitutunun aparıcı elmi işçisi, dosent Kamran İsmayılov “Azərbaycançılıq və Azərbaycan Cümhuriyyəti” mövzusunda çıxış edərək milli oyanış, azərbaycançılıq məfkurəsi, milli-azadlıq hərəkatının genişlənməsində milli ideoloqlardan olan Məhəmməd Əmin Rəsulzadə, Fətəlixan Xoyski, Əlimərdanbəy Topçubaşov, Nəsib bəy Yusifbəyli və başqalarının xalqın azadlığı uğrunda mübarizəsini geniş təhlil etdi.

Tarixçi alimə görə, mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan AXC bütün ölkə vətəndaşlarına eyni hüquqlar verdi, sinfi bərabərsizliyi ortadan qaldırdı, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi. AMEA Fəlsəfə İnstitutunun aparıcı elmi işçisi, dosent Faiq Ələkbərli “Milli maarifçilikdən milli istiqlala gedən yol: Azərbaycan Cümhuriyyəti” adlı məruzəsində bildirdi ki, maarifçilik ideyalarının yayılması ilə Azərbaycanda baş vermiş köklü ictimai-siyasi və mədəni dəyişikliklər yeni tipli məktəbin və mətbuatın yaranmasını təmin etməklə milli özünüdərkin gerçəkləşməsi üçün zəmin hazırladı.

Filosof alimə görə, A.A.Bakıxanovun “Gülüstani-irəm”lə başlayan milli tarixçilik yolunu daha sonra H.Zərdabi, Ə.Hüseynzadə, C.Əfqani və digər görkəmli şəxsiyyətlər davam etdirərək milli məfkurənin təşəkkülü və inkişafına mühüm təsir göstərdilər. F.Ələkbərliyə görə, Zərdabinin və Əfqaninin ortaya qoyduğu türklük, islamlıq və çağdaşlıq yolunu M.Ə.Rəsulzadə uğurla davam etdirərək Cümhuriyyətin milli ideyası kimi gerçəkləşdirə bilmişdir. AƏSMA-nın əməkdaşı, dosent Zeynəddin Şabanov “Azərbaycan Xalq Cümhuriyyəti dövründə həmkarlar ittifaqının fəaliyyəti” adlı məruzəsində həmin dövrün problemlə bağlı əsas xüsusiyyətlərindən bəhs edib. O bildirdi ki, bu dövrdə xırda burjua liderlərinin rəhbərlik etdiyi Bakı Fəhlə Konfransının (BFK) hökumətlə barışmaz müxalifətdə olması AXC-nin fəaliyyətinə çətinliklər yaradırdı. 1918-ci il dekabrın 24-də liderləri bolşeviklərdən ibarət olan BFK təxribatçı tətil keçirdi. Bolşeviklər fəhlələri Azərbaycanın sovet Rusiyasına birləşməsi uğrunda mübarizəyə təhrik edirdilər. BFK-nın iclasında iştirak edən M.Ə. Rəsulzadə konfransın liderlərinin separatçı mövqeyini qəti pisləmiş və xüsusilə vurğulamışdı ki, fəhlələrin iqtisadi maraqları ilə bağlı problemin həllində öz parlamentinə söykənən Azərbaycan hökuməti ətraflı iş aparır. Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasının tələbəsi Xəlil Babayev “Əlimərdan bəy Topçubaşov – ictimai-siyasi xadim kimi” mövzusundakı məruzəsində Ə.Topçubaşovun ictimai-siyasi fəalliyətinə işıq saldı. Konfrans digər məruzələrlə davam etdi.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM