Ulu öndər Heydər Əliyevin 95 illik yubileyi münasibətilə mayın 16-da Astanada, Qazaxıstanın Birinci Prezidenti Kitabxanasında qazax dilində “Vətəninə yol açmış” adlı kitabın təqdimatı olub.
Lomonosov adına Moskva Dövlət Universitetinin tarixçi alimlərinin kollektiv əsəri olan bu kitab rus dilindən Beynəlxalq Türk Akademiyası tərəfindən qazax dilinə tərcümə edilib. Kitaba ön sözü vaxtilə ümummilli lider Heydər Əliyevin çox yaxın dostu olmuş Qazaxıstan Respublikasının Prezidenti Nursultan Nazarbayev yazıb.
Qazaxıstan Prezidenti Administrasiyası Dəftərxanasının rəhbəri, Qazaxıstan Respublikası Birinci Prezidenti Kitabxanasının direktor əvəzi Мahmud Kasımbekov tədbiri açaraq bildirib ki, ulu öndər Heydər Əliyevin bütün mənalı ömrü məhz Azərbaycan dövlətçiliyinin təşəkkül tarixi, Azərbaycan xalqının taleyi ilə bağlıdır. Dağların hündürlüyü uzaqdan yaxşı görünür, amma görkəmli şəxsiyyətlərin böyüklüyü zaman keçdikcə daha çox anlaşılır. Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütün türk dünyasının fəxr etdiyi həmin qeyri-adi liderlərdən biridir. Ulu öndər Heydər Əliyev ötən əsrin 90-cı illərinin əvvəllərində siyasi və iqtisadi böhrana məruz qalan Azərbaycan Respublikasını inkişaf yoluna çıxardı. Ölkənin müstəqilliyini dönməz və əbədi etdi. Azərbaycan xalqının Ümummilli Lideri haqqında kitabın qazax dilinə tərcümə edilməsi və məhz elbası Nursultan Nazarbayevin bu kitaba ön söz yazması qardaş xalqlarımız arasında dostluğun əyani təsdiqidir. Ön sözdə ümummilli lider Heydər Əliyevin fəaliyyətinə yüksək qiymət verilir, Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında bu dahi şəxsiyyətin mühüm rolu qeyd edilir.
Azərbaycan Respublikası Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovçıxışında Ulu Öndər haqqında çox qiymətli bir kitabın qazax dilinə tərcümə edilməsində əməyi olanlara minnətdarlığını bildirərək deyib ki, bu kitab Heydər Əliyevin uşaqlıq illərindən başlamış siyasi Olimpin zirvəsinə qədər keçdiyi yolu izləməyə, həm də bu böyük şəxsiyyətin nə qədər hərtərəfli olduğunu görməyə imkan verir. Bu tarixi-bioqrafik əsər həm də onunla əlamətdardır ki, burada ulu öndər Heydər Əliyevi şəxsən tanıyan dövlət və hökumət başçıları, görkəmli siyasi xadimlər bu dahi şəxsiyyətin böyüklüyünü və müdrikliyini xüsusi vurğulayırlar. Bu kitab təkcə beynəlxalq məsələlər üzrə mütəxəssislər üçün deyil, həm də geniş oxucu auditoriyasında maraq doğuracaq. Əsər bu il 95 illik yubileyi qeyd edilən Azərbaycan liderinin zəngin tarixi irsi ilə təmasda olmağa imkan verəcək.
Ulu öndər Heydər Əliyevin fenomenal şəxsiyyət olduğunu vurğulayan Əli Həsənov deyib ki, bu gün müasir Azərbaycanı onsuz təsəvvür etmək çətindir. Bu görkəmli siyasi xadim təkcə öz xalqının və Azərbaycan dövlətçiliyinin tarixində deyil, həm də bütün postsovet məkanında silinməz izlər qoyub. O, dünyada danılmaz nüfuz və dərin hörmət qazanıb.
Heydər Əliyevin iki epoxanın, iki sosial-siyasi sistemin lideri olduğunu qeyd edən Prezidentin köməkçisi bildirib ki, sovet dönəmində o, Azərbaycanda yüksək vəzifələr tutub. Respublikanın rəhbəri kimi Heydər Əliyev Azərbaycanı yeni inkişaf mərhələsinə çıxarıb. Onun modernləşmə yönümlü siyasəti sayəsində Azərbaycan keçmiş SSRİ-də aparıcı mövqelər tuta bilib. 1980-ci illərin əvvəlində Heydər Əliyev sovet dövlət maşınının sükanı arxasında dayananlardan biri idi. Sov. İKP MK Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi o, sosial-iqtisadi kompleksin ən mühüm sahələrinə rəhbərlik edir, sənayedən, nəqliyyatdan başlamış mədəniyyətə qədər çoxsaylı sahələrə görə cavabdehlik daşıyırdı. Bundan əlavə, o, sovet məktəbinin islahatı üzrə komissiyaya, Nazirlər Sovetinin operativ məsələləri üzrə komissiyaya rəhbərlik edirdi. Qeyri-adi xarizmaya malik olan bu dahi insan vəziyyəti hiss etməyi bacarırdı, qərarlar qəbul etmək və bunun bütün nəticələrini öncədən görmək qabiliyyətinə malik idi. O, heç kəsin edə bilməyəcəyi riskli addımlar atmağı, öz fikrini açıq söyləməyi və qətiyyətlə o fikir üstündə dayanmağı bacarırdı. 1986-cı ili xatırlamaq kifayətdir. Almatı hadisələri ərəfəsində Heydər Əliyev Sov. İKP MK Siyasi Bürosunun rəhbərləri arasında yeganə şəxsiyyət idi ki, o, pensiyaya gedən Kunayevin yerinə Sov. İKP Ulyanovsk Vilayət Komitəsinin birinci katibi Kolbinin təyin edilməsinin əleyhinə olduğunu bildirmişdi. O deyirdi ki, nə üçün həmin dövrdə Qazaxıstan SSR Nazirlər Sovetinin sədri olan, böyük nüfuz sahibi Nursultan Nazarbayev ola-ola respublikaya heç bir aidiyyəti olmayan bir insan rəhbərlik etməlidir. Ulu öndər Heydər Əliyevin uzaqgörənliyi çox keçmədi ki, öz təsdiqini tapdı və üç ildən sonra Nursultan Abişeviç Qazaxıstanın rəhbəri təyin olundu, ölkəni bacarıqla idarə edərək onun qarşısında duran ən mühüm məsələləri həll edə bildi.
Əli Həsənov vurğulayıb ki, təqdimatına toplaşdığımız bu kitabı vərəqləyərkən ulu öndər Heydər Əliyevin müstəqillik illərində Azərbaycanın xilası naminə gördüyü əzəmətli işlərin də şahidi oluruq. Çox mürəkkəb dövrdə yenidən hakimiyyətə qayıdan Heydər Əliyev dövləti məhv olmaq təhlükəsindən xilas etdi, milli birliyi dirçəltdi, azərbaycançılıq ideyasını dövlət siyasəti səviyyəsinə qaldırdı, əsl siyasi-iqtisadi müstəqilliyin təməlini qoydu. Bir sözlə, o, yeni dövlət yarada bildi, ən başlıcası – öz xalqına müstəqillik və azadlıq verməyə nail oldu. Prezident Heydər Əliyev fəaliyyəti dövründə tarazlaşdırılmış və çoxvektorlu xarici siyasət yürüdür, ölkələr və xalqlar arasında, o cümlədən Qazaxıstanla qarşılıqlı anlaşmanın inkişafına və dostluq əlaqələrinin möhkəmləndirilməsinə çalışırdı. Bu da aydın idi. Axı bizi ortaq tarix, etnik və mədəni köklər, dillərimizin oxşarlığı birləşdirir. Bundan əlavə, Heydər Əliyev və Nursultan Nazarbayev hələ sovet dövründə birgə iş üzrə bir-birini tanıyırdılar, mehriban münasibətləri qiymətləndirirdilər. Bizim Ümummilli Liderimiz deyirdi ki, onlar çoxdankı dostlardır. Nursultan Abişeviç də Heydər Əliyevi açıqürəkli və səmimi insan hesab edərək xatırlayırdı ki, ona güvənə, ondan dəstək ala bilirdi. O deyirdi: “Heydər Əliyev mənim yaxın dostum və çox dərin hörmət bəslədiyim siyasətçi idi. Heydər Əliyevin istər MDB ölkələri üçün, istərsə də öz xalqı üçün çox işlər görməsi bizim hamımıza məlumdur”.
Prezidentin köməkçisi deyib ki, Azərbaycan ilə Qazaxıstan arasında iki qardaş lider tərəfindən yaradılmış bərabərhüquqlu, etimada əsaslanan tərəfdaşlıq münasibətlərini bu gün Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev uğurla davam etdirirlər. Əminəm ki, qardaş xalqlarımız arasında dostluq münasibətləri daim yaşayacaq və möhkəmlənəcək.
L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin rektoru Yerlan Sıdıkov qeyd edib ki, Heydər Əliyevin 95 illik yubileyi münasibətilə qazax dilinə tərcümə olunan kitab bizim üçün çox əhəmiyyətli hadisədir. Bu kitab Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin tarixi xidmətlərinin tərənnümüdür. Heydər Əliyev bütün türk dünyasının liderlərindən biridir. O, dünya səviyyəli görkəmli dövlət xadimi və siyasi xadimdir. Bu kitabı vərəqləyərkən bir daha şahidi oluruq ki, o, dəfələrlə müxtəlif məsələlərdə Qazaxıstanı dəstəkləyib. Dahi şəxsiyyət barədə qazax dilində çap olunan bu kitabdan əminəm ki, universitetimizdə beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alan tələbələr dərs vəsaiti kimi istifadə edəcəklər.
Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Adil Əliyev bildirib ki, ulu öndər Heydər Əliyev haqqında qazax dilində kitabın təqdimatının Astanada keçirilməsinin böyük rəmzi mənası var. Çünki qardaş Azərbaycan və qazax xalqları eyni köklərə, eyni dinə, oxşar dilə malikdir. Azərbaycan ilə Qazaxıstanı sıx qardaşlıq telləri bağlayır. Bu qardaşlığımızı Azərbaycan və Qazaxıstan prezidentləri öz müdrik siyasətləri ilə daha da möhkəmləndirirlər. Siz Ulu Öndər haqqında qazax dilində bu kitabı oxuyarkən bir daha yəqin edəcəksiniz ki, Heydər Əliyev Azərbaycan xalqının xilaskarıdır, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndər xalqlarımızın dostluğunun, rifahının möhkəmlənməsi naminə çox böyük işlər görüb. Bu siyasəti Azərbaycan Prezidenti İlham Əliyev və Qazaxıstan Prezidenti Nursultan Nazarbayev uğurla davam etdirirlər.
Beynəlxalq Türk Akademiyasının prezidenti Darxan Kıdırəli deyib ki, Azərbaycan xalqının tarixində müstəsna xidmətləri olan şəxsiyyətlər və görkəmli siyasət, dövlət adamları çox olub. Onlar zaman-zaman gördükləri böyük işlərlə iz buraxıblar. Amma bu tarixi şəxsiyyətlər arasında dünya miqyaslı siyasi xadim Heydər Əliyevin əvəzolunmaz yeri var. Sovet dönəmində Azərbaycanda ciddi islahatlar və quruculuq işləri həyata keçirən, müstəqillik illərində bu işləri böyük əzmlə davam etdirən Heydər Əliyev Azərbaycanın xilaskarı olub. Təsadüfi deyil ki, Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Heydər Əliyevin tarixi xidmətləri haqqında danışanda deyirdi: “Heydər Əliyev öz ölkəsinin və xalqının vətənpərvəri, Azərbaycanda qan tökülməsinə son qoymuş, müstəqil Azərbaycanın əsasını yaratmış qeyri-adi, böyük insan idi”. Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti sayəsində Azərbaycan bu gün beynəlxalq birliyin nüfuzlu üzvü kimi etibarını gücləndirməkdə davam edir. Heydər Əliyev həm də Azərbaycanın bugünkü uğurlu və tarazlaşdırılmış xarici siyasətinin memarıdır. Heydər Əliyev türk dövlətlərinin inteqrasiyasına önəm verirdi. O, türkdilli dövlətlərin başçılarının 1998-ci ildə Astanada keçirilən beşinci Zirvə toplantısının əhəmiyyətini xüsusi qiymətləndirirdi.
Milli Məclisin deputatı, Azərbaycan-Qazaxıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Nizami Cəfərov bildirib ki, ulu öndər Heydər Əliyev haqqında qazax dilində bu kitabın təqdimatı tarixi hadisədir. Ulu öndər Heydər Əliyevin və Prezident Nursultan Nazarbayevin əsərləri onların qurduqları dövlətin, yürütdükləri siyasətin tarixi salnaməsidir. Azərbaycan və Qazaxıstan bu gün uğurla inkişaf edir. Bizim xalqlarımızın ortaq tarixi var. Böyük mədəniyyətimiz, zəngin adət-ənənələrimiz var. Qazax Xanlığının 550 illiyi Azərbaycanda qeyd edildi. Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi Qazaxıstanda qeyd olunur. Bu baxımdan, qardaş ölkələrimizdə yürüdülən siyasət, dövlət quruculuğu yenilik deyil, ata-babalarımızın müəyyənləşdirdiyi inkişaf yoludur ki, bu gün də uğurla davam etdirilir. Mən təqdimatına toplaşdığımız kitabın bir vacib cəhətini də qeyd etmək istəyirəm. Bu cür kitablar qardaş ölkələrimiz arasında dil mədəniyyətini və əlaqələrini zənginləşdirir. Məhz Qazaxıstan və Azərbaycan dilinin qarşılaşması türk dünyasının rəmzidir. Əminəm ki, belə layihələr davamlı olacaq.
Kitabda ölkə rəhbərlərinin, dünya şöhrətli siyasətçilərin, elm və mədəniyyət xadimlərinin xatirələri ilə yanaşı, bəzi səkillər də ilk dəfə dərc olunub.
Tədbir zamanı Heydər Əliyev haqqında sənədli film nümayiş etdirilib.
Qazaxıstan mətbuatının nümayəndələrinə müsahibə verən Prezidentin köməkçisi Əli Həsənov tədbirin işıqlandırılmasına görə onlara minnətdarlığını bildirib.
İlahə Əhmədova
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM