Qonşu Gürcüstanın paytaxtı Tbilisi tarixən siyasi hadisələrin qaynar mərkəzi olub. Bu hadisələrin bəziləri Azərbaycan tarixi ilə bağlıdır. Rusiyada Romanovlar sülaləsinin devrilməsindən sonra Cənubi Qafqazda milli azadlıq hərəkatlarının daha da güclənməsi Azərbaycanda və Gürcüstanda ilk dəfə müstəqil respublikaların yaradılması ilə nəticələndi. Hər iki xalqın müstəqillik bəyannaməsi də məhz Tbilisidə elan olunub.
Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin müstəqillik bəyannaməsinə şahidlik etmiş tarixi bina Tbilisinin ən gözəl küçə və prospektlərindən birində - Şota Rustaveli prospektindədir (Şota Rustaveli, 6).
Azərbaycanın müstəqilliyinin elan olunduğu bina hazırda “Gənclər evi” kimi fəaliyyət göstərir. Amma çar Rusiyası dövründə bu binada Qafqaz canişinliyi yerləşirdi. 1918-ci il fevralın 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistan nümayəndələrindən ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə Gürcüstandan sosial demokratlar, Azərbaycandan “Müsavat” partiyasının üzvləri və bitərəflər, Ermənistandan isə “Daşnaksütyun” partiyası təmsil olunub. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil ediblər. Həmin dövrdə müsəlman fraksiyasının 50 üzvü olub. Sosial demokratların 32, ermənilərin isə 27 üzvü Seymdə yer alıblar. Seymdə azərbaycanlılar əksəriyyət təşkil etdiyindən verilən qərarlarda Azərbaycanın söz üstünlüyü ola bilərdi. Bu isə “Daşnaksütyun”a və Azərbaycanı sevməyən digərlərini qane etmədiyindən Seymdə ixtilaf əmələ gəlib.
Gürcüstan 1918-ci il mayın 26-da Zaqafqaziya Seymindən ayrıldığını bəyan edib və bununla da Seym buraxılıb. Mayın 27-də isə Seymin Azərbaycan nümayəndəliyi özünü müvəqqəti Milli Şura elan edib. Şuraya sədrlik Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra isə Milli Şuranın 26 nəfərlik ilk iclasında 24 səslə İstiqlal Bəyannaməsi qəbul edilib. Beləliklə, Azərbaycan Xalq Cümhuriyyətinin 1918-ci il mayın 28-də Tbilisinin mərkəzindəki bu binada yaradıldığı rəsmən elan olunub. Yeni yaranmış hökumət və Milli Şura iyunun 16-dək, yəni Gəncəyə köçürülənədək bu binada fəaliyyət göstərib.
Bina ilə tanış olarkən tarixin həmin şanlı səhifəsinin şahidi olursan. Binanın əsas zalının girişində divarlarda Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini bildirən məlumat lövhələri yerləşdirilib.
Divarlarda Ermənistana aid belə lövhəyə rast gəlinmir.
Binanın salonlarını gəzdikcə sanki həmin dövr insanın gözləri önündə canlanır. Buradakı Güzgülü, Ağ və Qırmızı zallar qədim tarixdən xəbər verir.
Hər tərəfdən xırda güzgülərlə əhatə olunmuş Güzgülü zalda əsasən, müzakirələr aparılıb. Ona görə də bu zala həm də məşvərət zalı deyirlər.
Mühüm sənədlər isə qonşu otaqda qızılı lövhələrlə əhatə olunmuş, hündür tavanlı Ağ zalda imzalanıb. Zalda qədim dövrə aid masa və piano var. Azərbaycanın və Gürcüstanın ilk müstəqillik bəyannamələri də məhz bu zalda imzalanıb. Zaqafqaziya Seymi də məhz bu zalda çağırılıb.
Gərgin müzakirələrdən sonra qəbul olunmuş qərarlar isə öz köhnə ənənəsinə uyğun bəzədilmiş Qırmızı zalda elan olunub. Bir növ mədəniyyət evi və konsert salonunu xatırladan bu zalda səhnə və oturacaq yerləri ayrıdır. Qəbul olunmuş qərarlar da məhz həmin səhnədən səsləndirilib.
Binanın əhəmiyyəti bununla bitmir. Qafqaz canişinliyinin xidməti məkanı olmuş bu binada həmin dövrdə bir çox görkəmli şəxsiyyətlər, o cümlədən Azərbaycan mədəniyyəti, ədəbiyyatı, fəlsəfi fikrinin banilərindən olan Mirzə Fətəli Axundov və Abbasqulu ağa Bakıxanov da çalışıblar.
Bu möhtəşəm bina 1921-ci ildə Gürcüstan Konstitusiyasının qəbul olunmasına da şahidlik edib. Sovet dövründə Pionerlər evi kimi fəaliyyət göstərmiş binada indi məktəblilər və gənclər üçün müxtəlif dil, musiqi, rəqs dərnəkləri fəaliyyət göstərir. Binanın əsas zallarında beynəlxalq tədbirlər, böyük konsertlər və digər mühüm dövlət tədbirləri keçirilir. Bu binanın sağ girişindəki bağça da son dövrlər bərpa edilib, şəhər sakinlərinin və qonaqların sevimli istirahət məkanına çevrilib.
Binanı ziyarət edənlərə onun tarixi, burada qəbul olunmuş mühüm qərarlar barədə ətraflı məlumat verilir.
Xətayi Əzizov
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM