Avropanın media nəhəngləri "Facebook"a qarşı - İcmal

13:47 / 19.05.2018

Avropanın aparıcı onlayn və çap mediasının nümayəndələri "Facebook”un fəaliyyətinin tənzimlənməsini tələb edirlər.

Bu günlərdə Avropa Qəzetçilər Konqresinin (European Newspaper Congress) Vyanada keçirilən toplantısında da bu məsələ əsas müzakirə mövzusu olub. Avropa media kapitanları xüsusilə "Facebook” istifadəçilərinin məlumatlarından istifadə edilməsi ilə bağlı "Cambridge Analytica" şirkəti ətrafında yaranan qalmaqalla bağlı narahatlıqlarını ifadə ediblər.

"Facebook” cəmiyyətdə sosial uçurum yaradır

Avropa Qəzetçilər Konqresinin təsisçisi Yohan Oberauer (Johann Oberauer) çıxışında əsas diqqəti "Facebook”un tənzimlənməsinin vacibliyinə yönəldib: "Bu sosial şəbəkə də media nümayəndəsi kimi fəaliyyət göstərir. Bu gün rəqəmsal dünya bir çoxlarını qadağalardan azad edir. Onlayn, çap mediası, həmçinin radio və televiziya gündəlik sosial şəbəkələrdə yayılan təhqirlərin işıq üzü görməsinə yol vermirlər. "Cambridge Analitica" ətrafında baş verən olay isə kütləvi informasiya vasitələrinin uzun illərdir sübuta yetirməyə çalışdığı bir şeyi təsdiqlədi - "Facebook” cəmiyyət və dəyərlər sistemi üçün təhlükədir, təhqirlərin yayılmasına şərait yaradır”. O, Mark Sukerberqi yalnız gəlir əldə etməyi düşünməkdə, insanlardan faydalanmaqda ittiham edib: "Əslində, sosial şəbəkələrin vəzifəsi insanları birləşdirmək olmalıdır. Ancaq onlar sosial uçurum yaradırlar və hər gün daha çox insanı bu uçuruma sürükləyirlər”.

 

Johann Oberauer

Bu şəbəkə sosial gərginlik yaradır

Almaniyanın Siyasi Təhsil üzrə Federal Agentliyinin prezidenti Tomas Krüger (Thomas Krüger) isə "Facebook” alqoritmlərinin şəffaflığına toxunub: "Facebook” insanların kommunikasiyasını təmin edən bir dünya vəd edir, lakin orada hər kəs özünün haqlı olduğunu bəyan edərək sosial gərginlik yaradır. Ona görə də bu məsələlərin tənzimlənməsi vacibdir. Digər tərəfdən, bu sosial şəbəkənin qlobal layihə olduğunu bəyan etsələr də, nəticə etibarilə ABŞ-ın layihəsidir və bu səbəbdən bu ölkənin icra orqanlarının bütün bazaya çıxış əldə etməsi təəccüblü gəlməməlidir”.

 

European Newspaper Congress

Siyasətçilərin günümüzə hesablanmış məlumatlar üzərində işləməsi təəssüf doğurur

Almaniyanın "Bayer” şirkətinin Direktorlar Şurasının sədri Verner Baumann (Werner Baumann) çıxışında böyük şirkətlərin fəaliyyətində cəmiyyətin rifahı üçün uzunmüddətli strategiya dayandığını, lakin sosial şəbəkələrdə yalnız gündəlik mövzuların sürətli şəkildə yayıldığını bildirib: "Sosial şəbəkələrin yaratdığı xaos mühitində istənilən mövzu ilə bağlı hər kəs daha uca səslə qışqırmaq istəyir, insanlar da peşəkarların deyil, daha bərk səs ucaldanların fikirlərinin arxasınca gedirlər. Təəssüf ki, artıq siyasətçilər də media və sosial şəbəkələrin qaldırdığı və bu günə hesablanmış məlumatlar üzərində işləyirlər, insanların rifahı naminə uzunmüddətli strategiya qurmaqdan imtina edirlər".

"Facebook” və "Google” - media gəlirlərinin qənimi

İsveçrənin "Tamedia” şirkətinin baş redaktoru Artur Rutisauzer (Arthur Rutishauser) isə vurğulayıb ki, sosial şəbəkələrin inkişaf etməsi ilə rəhbərlik etdiyi şirkətin reklam bazarı 35 faiz aşağı düşüb.

"Burda” Media Holdinqinin baş direktoru Filip Uelt (Philipp Welte) ümumi medianın reklam bazarının araşdırılması nəticəsində "Google” və "Facebook”un Avropanın media bazarının 40 faizinə nəzarət etdiyini bildirib.

 

Media reklam bazarı uğrunda mübarizəyə başlamalıdır

Puls4 TV-nin rəhbəri, avstriyalı politoloq və jurnalist Korina Milborn (Corinna Milborn) isə medianı "Facebook"la mübarizədə birləşməyə çağırıb: "Bu sosial şəbəkə monopoliya quraraq kütləvi informasiya vasitələrinə verdiyindən çox alır. Ona görə də ümumi reklam bazarı uğrunda mübarizəyə başlamaq lazımdır. "Facebook” ənənəvi media qurumlarının çörəyini əlindən almaqla məşğuldur”. O qeyd edib ki, Avropa media qurumları reklam bazarı uğrunda bir-biri ilə mübarizə aparırlar, lakin asanlıqla öz kontentlərini "Facebook”a pulsuz şəkildə təqdim edirlər.

Almaniyanın "DvH Medien GmbH” Media Holdinqi və "Die Zeit” həftəlik qəzetinin icraçı direktoru Rayner Esser (Rainer Esser) çıxışı zamanı "Facebook"a dəstək nümayiş etdirib və sözügedən sosial şəbəkənin qanunlar çərçivəsində fəaliyyət göstərərək yaxşı biznes model nəticəsində maliyyə baxımdan sıçrayışa nail olduğunu vurğulayıb: "İnsanların bizim xəbər portallarında deyil, "Facebook”da daha çox vaxt keçirməsi bizim problemimizdir. Onlardan bizim öyrənəcəyimiz bir çox şey var və daha yaxşı işləməliyik ki, "Facebook”un əldə etdiyi gəlirlərin bir hissəsini qaytaraq”. O, "Facebook”un telekanalların reklam büdcəsinə şərik olduğunu şərh edərkən vaxtilə TV-lərin də çap mediasından daha böyük həcmdə reklam büdcəsini öz əllərinə keçirdiklərini bildirib. R.Esser qeyd edib ki, "Facebook” və "Google” internet-trafikin 30%-ə qədərini təmin edir, bu səbəbdən onlarla əməkdaşlıq vacibdir.

Qeyd edək ki, Azərbaycan media təmsilçilərinin "European Newspaper Congress – 2018”də iştirakı "Japan Tobacco International” (JTI) şirkətinin tərəfdaşlığı ilə həyata keçirilib. Ümumilikdə, 500-dək media təmsilçisini bir araya gətirən Konqressdə aparıcı media qurumlarından 47 nəfər 31 mövzuda məruzə ilə çıxış ediblər.(report)


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM