“BİZİM PLANET” də Prezident İlham Əliyevin Naxçıvana səfəri müzakirə olundu

12:17 / 21.05.2018

 

Əgər 1990-ci illlərdə Naxçıvan çox ağır vəziyyətdə və gərgin bir şəraitdə idisə məhz ulu öndər Heydər Əliyevin Naxçıvana qayıtmasından sonra bu qədim diyar yenidən inkişaf etməyə və təhlükəsiz yaşamağa başladı. Bu fikirlər “Bizim Planet” verilişində aparılan müzakirələr zamanı səsləndirilib.

AzTv-də yayımlanan “Bizim Planet” verilişi bu həftə də mühüm müzakirələrlə öz tamaşaçı auditoriyası ilə görüşüb. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbəri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişi bu dəfə millət vəkili Aydın Mirzəzadə və iqtisadçı alim Vüqar Bayramovun diskussiyaları ilə davam etdirilib.

Politoloq Rufiz Qonaqov müzakirəyə ilk növbədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Naxçıvan Muxtar Respublikasına səfəri ilə başlayıb. Rufiz Qonaqov bildirib ki, İlham Əliyev prezidentliyi dövründə Naxçıvana 14-cü dəfə səfər edib. Bu səfər çərçivəsində cənab Prezident bir sıra vacib açılışlarda iştirak etmiş,  çıxış etdiyi tədbirlərdə Naxçıvanla bağlı görülən işlər və qarşıda duran mühüm vəzifələr ətrafında fikirlərini bildirib.  Politoloq qeyd edib ki, bu bir daha sübut edir ki, qədim Naxçıvan diyarı blokada şəraitində olmasına baxmayaraq dövlət miqyasında göstərilən diqqət nəticəsində bu gün bütün sahələrdə uğurla inkişaf etdirilir.

Mövzu ilə bağlı çıxış edən millət vəkili Aydın Mirzəzadə qeyd edib ki, Naxçıvanın bu gün ayaq üstə durmasında və yaxşı mənada inkişafında həm ulu öndər Heydər Əliyevin, həm də cənab prezident İlham Əliyevin böyük xidmətləri var. Heydər Əliyev Naxçıvan məsələsini çox uğurla həll etdi və Naxçıvanın ərazi bütövlüyü bir mənalı şəkildə böyük dövlətlər tərəfindən qəbul edildi. Sonralar da Naxçıvanın sosial səviyyədə inkişafı və təhlükəsizliyi daima İlham Əliyevin diqqətində oldu. Aydın Mirzəzadə bu dəfəki səfərdə dövlət başçısının Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi və strateji bir bölgəsi kimi təhlükəsizliyinin təmin edilməsi üçün hərbi məsələlərə də ciddi diqqət göstərməsinin və burada səsləndirdiyi bəyanatların əhəmiyyətliyini vuğulayıb.

“Bizim Planet” də aparılan müzakirələrdə qeyd olunub ki, Naxçıvanın hərbi potensialının gücləndirilməsində  böyük işlər görülüb. Naxçıvan bu gün istənilən formada Ermənistanın təxribatının qarşısını almağa tam qadirdir.  Bildirilib ki, Naxçıvanda iqtisadi sahədə mühüm irəliləyişlər var. İqtisadiyyatın istənilən sahələrində uğurla davam etdirilən islahatlar burada sosial rifahın yaxşılaşdırılmasına təkan verib.

İqtisadi baxımdan Naxçıvandakı mövcud vəziyyəti qiymətləndirən iqtisadçı alim Vüqar Bayramov qeyd edib ki, Naxçıvan MR iqtisadiyyatının inkişafı ilk növbədə özünün təbii resurslarının hesabına, ikinici isə dövlətimizin dəstəyi ilə davam etdirilir. Vüqar Bayramov Naxçıvanda iqtisadi artım tempinin hər zaman qorunub- saxlanıldığını vurğulayıb. İqtiadçı alim bildirib ki, istər sənaye, istərsə də aqrar sahələrdə Naxçıvan öz məhsullarını yüksək rəqəmlər göstəricisində xarici bazarlara ixrac edən bir istehsalata sahibdir. Naxçıvanın sosial və iqtisadi inkişafında əldə olunan naliyyətlərdən danışan ekspert bildirib ki, məhz İlham Əliyevin prezidentliyi dövründə Naxçıvanda sənaye istehsalı 35 dəfə artıb.

“Bizim Planet” verilişində müzakir edilən mövzulardan biri də prezident İlham Əliyevin XXIV Azərbaycan Beynəlxalq Qida Sənayesi “World Food Azerbaijan 2018” və XII Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro 2018” sərgilərində iştirakı ilə bağlı olub. Bildirilib ki, ölkəmizdə bu tip sərgi və tədbirlərin tez-tez təşkil edilməsi onu göstərir ki, Azərbaycanda bütün sahələrdə, o cümlədən kənd təsərrüfatı və qida sənayesi sahələrində yüksək səviyyədə inkişaf var. Qeyd olunub ki, ənənəvi kənd təsərrüfatı ölkəsi olan Azərbaycan bu gün sözü gedən sahədə dövlət tərəfindən həyata keçirilən islahatlar nəticəsində daha da inkişaf etdirilir.  Hazır qida məhsullarının emalı ilə də tanınan Azərbaycanda qida sənayesi sahənin əsasən səmərəli inkişafına diqqət yetirildiyi vurğulanıb. Bu dövlət səviyyəsində həyata keçirilən qeyri-neft sektorunun inkişafı üçün yürüdülən siyasətin uğurlu nəticəsi kimi qiymətləndirilib. Bildirilib ki, Azərbaycan bununla da dünyaya sübut edir ki, inkişaf edən bir ölkə kimi istənilən potensiala sahibdir.

Mayın 18-də Parisdə UNESCO-nun baş qərargahında təşkilatın sabiq baş direktoru Koişiro Matsuuranın anadan olmasının 80 illiyi münasibətilə keçirilən konfransda Birinci vitse-prezident, UNESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın iştirakı və buradakı çıxışı da verilişdə müzakirə olunan mühüm mövzulardan idi. Müakirələr zamanı bildirilib ki, Birinci vitse-prezident Mehriban Əliyevanın burada insan kapitalı ilə bağlı fikirləri xüsusi əhəmiyyət kəsb edir. “Bizim Planet” də Azərbaycan-UNESCO münasibətlərinin inkişafında Birinci vitse-prezident Mehriban Əliyevanın mühüm xidmətlərindən geniş danışılıb.

Verilişin bu dəfəki yayımı Ermənistandakı son ictimai-siyasi vəziyyət, orada cərəyan edən hadisələrin əksinə Azərbaycanda mövcud olan sabitlik və Ermənistanın düşdüyü bu vəziyyətdən çıxış yolu kimi işğalçılıq siyasətinə son qoyması ilə bağlı müzakirələrlə yekunlaşdırılıb.

 

 

 

 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM