Bu günlərdə Avropa mətbuatının ən geniş xəbər şəbəkələrindən biri olan Euractiv saytının müxbiri Bencamin Foks Milli Məclisin üzvü, Aİ-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin həmsədri Cavanşir Feyziyevlə görüşüb və ondan müsahibə alıb. London Euractiv xəbərlər şəbəkəsində dərc olunmuş müsahibənin tərcüməsini oxucularımızın diqqətinə təqdim edirik.
Bencamin Foks: 2015 - 2016-cı illərdə Aİ-Azərbaycan əlaqələri xüsusilə mürəkkəb idi. Amma bu gün sizin Parlament Əməkdaşlıq Komitəsi ilə və onun həmsədri Səccad Kərimlə münasibətlərinizin doğrudan da isti olduğu görünür. Belə demək olarmı ki, Aİ-Azərbaycan əlaqələri tamamilə bərpa olunub və əgər belədirsə, bu necə mümkün oldu?
Cavanşir Feyziyev: Doğrudan da, bizim münasibətlərimiz 2014-2016-cı illərdə ən çətin dövrünü yaşayıb. Lakin biz dialoq yolu ilə bu çətin sınaqdan keçə bildik. Bu gün əminliklə deyə bilərik ki, parlamentlər səviyyəsində Aİ-Azərbaycan əlaqələri doğrudan da qənaətbəxşdir və münasibətlərimiz tam bərpa olunub. Apardığımız açıq və səmimi fikir mübadiləsi qısa bir zamanda bu problemin aradan qalxmasına gətirib çıxardı. O zaman münasibətlərin gərginləşməsinə əsas səbəb Azərbaycandakı siyasi vəziyyətin Avropa Parlamentində yanlış şərh olunması idi. Mən dialoq mühitinin bərpa olunması və Milli Məclislə Avropa Parlamenti arasında əlaqələrin sonrakı inkişafı üçün Avropa Parlamentindən olan həmkarlarıma o zaman göstərdikləri səmimi, konstruktiv və praqmatik yanaşmaya görə bir daha minnətdaram.
Bencamin Foks: Bu dəfəki iclaslarınız necə keçdi və ümumiyyətlə yeni tərəfdaşlıq müqaviləsi üzrə aparılan danışıqlar kontekstində Parlament Əməkdaşlıq Komitəsinin rolu nədən ibarətdir?
Cavanşir Feyziyev: Parlament Əməkdaşlıq Komitəsi bizim üçün Aİ ilə Azərbaycan arasında ikitərəfli parlamentlərarası əlaqələri müzakirə etmək və eləcə də hökümətlərarası əməkdaşlığın səviyyəsini dəyərləndirmək baxımından yeganə ikitərəfli formatdır. Bir qayda olaraq, hər iki tərəfdən icra strukturlarının təmsilçiləri bizim iclaslara dəvət olunurlar. Xüsusilə, hər iki tərəfdən Aİ və Azərbaycan arasında yeni hərtərəfli əməkdaşlıq müqaviləsi üzrə danışıqları aparan hökümət nümayəndələri Parlament Əməkdaşlıq Komitəsinin bütün iclaslarında iştirak edir və danışıqların gedişi barədə bizi məlumatlandırırlar.
Bencamin Foks: Yeri gəlmişkən, yeni ikitərəfli Aİ-Azərbaycan Müqaviləsi üzrə danışıqlar necə gedir? Razılıq əldə edilməsi üçün hər hansı vaxt çərçivəsi müəyyən edilibmi?
Cavanşir Feyziyev: Aİ-Azərbaycan arasında yeni ikitərəfli müqavilə gələcək əməkdaşlığımızın bütün sferalarını, o cümlədən, ticarət və investisiyaları, insan haqları və qanunun aliliyini, təhsil, ətraf mühit, enerji və nəqliyyat məsələləri də daxil olmaqla siyasi, iqtisadi, social və mədəni əməkdaşlığın bütün aspektlərini özündə ehtiva etməlidir. Danışıqların aparılması və bütün razılıqların əldə olunması üçün heç bir vaxt məhdudiyyəti yoxdur, amma onu deyə bilərəm ki, danışıq tərəfləri prosesi sürətləndirmək üçün əllərindən gələni edirlər. Biz inanırıq ki, bu ilin sonunadək hökümətlərimiz bütün danışıqları yekunlaşdıra biləcəklər və yeni müqavilə 2019-cu ilin birinci yarısında imzalanmağa hazır olacaq.
Bencamin Foks: Azərbaycan Aİ-na nə vəd edə bilər və ya əksinə Aİ Azərbaycana nə verə bilər ?
Cavanşir Feyziyev: Azərbaycan Cənubi Qafqaz iqtisadiyyatının 80 %-ə sahib olmaqla regionun ən böyük ölkəsidir. Bura tarixi İpək yolu üzərində yeləşən və Qərblə Şərqi bir-birinə bağlayan geostrateji bi məkandır.
Sonuncu 3 onillikdə Azərbaycan regional və continental əməkdaşlığı asanlaşdıran nəhəng infrastruktur layihələri həyata keçirib. Bakı-Tbilisi-Ceyhan neft kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Qərb-Şərq və Şimal-Cənub nəqliyyat dəhlizləri və nəhayət, Cənub Qaz Dəhlizi qitənin ən böyük iqtisadi layihələridir ki, bütün bunların da təşəbbüskarı və icraçısı Azərbaycandır. Cənub Qaz Dəhlizi Aİ üçün Xəzər dənizi hövzəsinin və Mərkəzi Asiya ölkələrinin enerji resurslarını Avropa bazarına gətirmək və Aİ enerji təchizatını şaxələndirmək üçün yeganə alternativ mənbədir. Bütün bu layihələr qitənin bütün ölkələri arasında çoxtərəfli əməkdaşlığın dərinləşdirilməsinə xidmət edir və əminəm ki, Aİ da bunda maraqlı olmalıdır. Azərbaycan da öz növbəsində ən böyük ticarət tərəfdaşı və müasir elmi-texnoloji yeniliklərin təminatçısı kimi Avropa Birliyi ilə əməkdaşlıqda maraqlıdır.
Bencamin Foks: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın Avropa İttifaqından gözləntiləri nədir?
Cavanşir Feyziyev: Dağlıq Qarabağ münaqişəsi regionun iki müstəqil və suveren dövlətinin təhrik və cəlb olunduqları uzun müddət davam edən bir münaqişədir. Münaqişənin yaradılmasına səbəb bu ölkələri Avropa ailəsinə inteqrasiya proseslərindən kənarda saxlamaq və buna imkan verməməkdir. Bu münaqişə bütövlükdə regionu inkişafdan və müstəqil siyasət yeritmək imkanlarından məhrum edir. Qitənin ən böyük siyasi güc mərkəzi kimi Aİ münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməlidir. Azərbaycan Aİ-dən hadisələrə ədalətli, şəffaf və vicdanlı münasibət sərgiləməklə münaqişənin beynəlxalq norma və prinsiplərə uyğun, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək verməsini gözləyir.
Bencamin Foks: Aİ-Azərbaycan əlaqələri üçün əsas risklər nədən ibarətdir? Regionda qeyri-sabitlik, o cümlədən Rusiyanın rolu?
Cavanşir Feyziyev: Cənubi Qafqaz Avropanın bütün qitədə sabitliyin və təhlükəsizliyin təmin olunması baxımından çox vacib geostrateji bölgəsidir. Sovetlər dönəmində bu bölgə Avropa və Asiyanı bir-birindən ayırmaq üçün istifadə olunurdu. Öz müstəqilliyini bərpa etdikdən sonra Azərbaycan sivil dünyaya inteqrasiya olunmaq və Avropa iləı Asiya arasında birləşdirici körpü olmaq yolunu seçdi. Lakin regionda müstəqil siyasət yeritməyin hələ də o qədər asan olmadığı üzə çıxdı. Nəticədə biz ədalətsiz bir müharibəyə cəlb olunduq və müvəqqəti olaraq torpaqlarımızın 20 %-ni itirdik. SSRİ-nin varisi kimi Rusiyanın regionda təsiri hələ də böyükdür. Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna kimi keçmiş sovet ölkələrinin hər biri eyni ssenari üzrə eyni problemlə üzləşib. Ancaq mən inanıram ki, qloballaşma qarşısıalınmaz bir prosesdir və heç bir qüvvə xalqları əmin-aman və xoşbəxt gələcək uğrunda öz səylərindən döndərə bilməz. Mən əminəm ki, beynəlxalq birliklə sıx əməkdaşlıqda biz öz ərazi bütövlüyümüzü bərpa edəcəyik və bütün regionun sülh şəraitində inkişafını təmin edəcəyik. Bu isə öz növbəsində bütövlükdə Avropada sabitliyə və təhlükəsizliyə xidmət edəcək.
Bencamin Foks: Təşəkkür edirəm.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM