Dəyərsizlik inancını doğuran səbəblər

17:20 / 14.07.2014

Bu hissdən qurtulmaq mümkün deyil
Hər insanın şüuraltında dəyərsizlik inancı müxtəlif səviyyədədir. Bu, ömür boyu insan şüurunda qalır. Dəyərsizlik inancı təməl bir inancdır. Bu hissdən qurtulmaq mümkün deyil. Dəyərsizlik inancı insanda müəyyən güclərinə inamsızlıq hissi yaradır. Çatışmazlıq, gücsüzlük, bacarıqsızlıq kimi inanclar insanın həyata olan marağını öldürür.

Dəyərsizlik inancı fərdi xüsusiyyət daşıyır. Çox zaman psixoloqlar bunu müxtəlif xəstəliklərlə izah edir, əlaqələndirirlər. Psixoloq Aynur Əlibəylinin sözlərinə görə, dəyərsizlik hissi çox əzabverici bir hissdir. Hamının əlçatmaz hesab etdiyi, gözəl, yaraşıqlı, bacarıqlı biri belə bu hissi daxilində daşıya bilər: "Bir adam çox tənqid edirsə, başqalarının tənqidlərindən, başqalarını qırmaqdan, incitməkdən qorxursa, başqalarının onu anlamasına, özünü başqalarına bəyəndirməyə, sevdirməyə çalışırsa, təqdirə ehtiyacı olduğunu düşünürsə, çox təqdir görməkdən qorxursa, o adamın daxilində dəyərsizlik inancı yer alıb".

Müsahibimiz bildirir ki, dəyərsizlik inancı uşaq yaşlarından formalaşır. Uşağın öyrənmə səylərinə hörmət etməmək, ona bağırmaq, vurmaq uşaqda dəyərsizlik hisslərini əmələ gətirir. Uşaqların daxilində "Mən də edə bilərəm" hazır proqram var. Uşağa kömək edəndə və ya "edə bilməzsən" deyəndə uşaqda özünə olan inam azalır. Məsələn, öz səyi ilə kresloya dırmaşmağa çalışan uşağı arxadan itələyərək yardım etmək uşaqda "mən tək edə bilmərəm" fikrini formalaşdırır. Və yaxud tək yemək yeməyə çalışan uşağın əlindən qaşığı almaq "sən bacarmazsan" mesajını verir.

Uşağın təbii inkişafına hörmət etməmək, uşağın bir sıra tələblərini özünün həyata keçirməsinin lazım olduğuna inandırmamaq, yaxşı bir hərəkət etdiyi zaman mükafatlandırıb, digər zamanlarda maraqlanmamaq, bir şeyi bacardığı zaman mükafatlandırılacağına inandırmaq uşaqda dəyərsizlik inancını formalaşdırır.

Ailədə uşağı saymamaq, ailə fərdlərindən birinin uşağı tərk etməsi, uşağın özünə olan inamını sarsıdır. Əsasən ailədə ata uşağı tərk etdiyi zaman uşaq başqalarından atası olmadığı üçün utanır. Uşaq utandığı üçün dəyərsiz olduğunu düşünür. Dəyərsiz olduğuna inandıqca daha çox utanır. "Valideynlər uşaqla çox az maraqlanır, sevgi və şəfqət göstərmirsə, uşaq sevmənin və sevilmənin nə demək olduğunu bilmədən böyüyürsə, cinsi zorakılığa məruz qalırsa, uşaqda dəyərsizlik inancı formalaşacaq".

Özünüzdə dəyərsizlik inancının olub-olmadığını bilmək üçün özünüzü test edə bilərsiniz. Sevdiyiniz insanı itirmək qorxunuz varsa, özünüzü yaxşı və gözəl şeylərə layiq bilmirsinizsə, özünüzə heç bir mövzuda güvənmirsinizsə, çatışmazlıq duyğularınız varsa, hər zaman qurban oduğunuzu düşünürsünüzsə, həyatınızda sizə dəyər verməyən insanlarla biryerdəsinizsə və onlarsız yaşaya bilməyəcəyinizi düşnürsünüzsə, deməli, sizdə bu dəyərsizlik inancı formalaşıb. "Bu yaxınlarda yanıma bir qadın gəlmişdi. Maddi imkanı çox yaxşı olan qadının bütün dişləri çürük idi. Niyə düzəltdirmədiyi ilə maraqlandım. O cavabında "bu yaşdan sonra kimə lazımam ki..." deyə cavab verdi. Mən ona başa salmağa çalışdım ki, insan özünü sevməli, özü özünü bəyənməlidir. Amma o yenə başa düşmək istəmədi. Çünki dəyərsizlik inancı tam idi".

A.Əlibəylinin dediyinə görə, dəyərsizlik inancını aradan qaldırmaq mümkün olmasa da azaltmaq olar. Bunun üçün özünüzü müəyyən fikirlərə, məsələn, "Mən hər zaman fərqli və gözələm", "Mən hər halım və bütün xüsusiyyətlərimlə dəyərliyəm", "Keçmişdəki səhvlərimi qəbul edirəm" və s. kimi fikirlərə inandırmağa çalışın. İnsan özü ilə üzləşə bilsə, gücsüz tərəflərinin, qorxularının üzərinə getsə, gerçək gücə sahib ola bilər. 

Ekspress.az

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM