Talemiz qara pişiklə güzgü ümidinə qalıb?

09:05 / 15.07.2014

 
Tarixdə, tanınmış insanların həyatlarında da taleni qabaqcadan xəbər verən hadisələr olub. Böyük rus şairi Aleksandr Puşkinin nikah mərasimində ikona düşüb sınıb. Məlum olduğu kimi, bu nikah Puşkinə həyatı bahasına başa gəlib. Nikolay Qoqolun isə həyatı başdan-başa mistika ilə dolu olub. Belə misallar çox çəkmək olar.
 
Yaxın tarixdə isə Ukrayna prezidenti Viktor Yanukoviçin tez-tez rastlaşdığı kuryozlar, andiçmə zamanı qapının üzünə bağlanması, üstəlik yeni prezident Petro Poroşenkonun da andiçməsində yanından keçdiyi əsgərin özündən getməsi maraqlı görünür. Bunlar taleni qabaqcadan xəbər verən əlamətlər ola bilərmi? Ümumiyyətlə, əlamətlərə inanmaq, işlərini əlamətlər üzərində qurmaq nə dərəcədə düzgündür? Mütəxəssislər necə düşünürlər?
 
Ekstrasens Firudin Qurbansoy Milli.Az-a açıqlamasında bunları dedi: “Hər bir xalqın öz adət-ənənələri olduğu kimi öz sınamaları da var. Bunlar həmin xalqın folklorunun, mədəniyyətinin bir hissəsidir və onları inkar etmək olmaz. İnsanlar bu hadisələri uzun illər, əsrlər boyu izləyib, sınayıb, müəyyən qənaətə gəliblər. Yəni bu bir, ya iki dəfə baş verən hadisəyə formalaşmış inanclar deyil. Əgər bir insanın qarşısına hansısa əlamət çıxırsa və onun inanıb-inanmamasından asılı olmayaraq, bu əlamətə uyğun hadisə baş verirsə, sınamaları necə inkar etmək olar?”
 
Firudin Qurbansoy hesab edir ki, insanların öz işlərini əlamətlərə əsasən qurması da təbiidir. Xüsusən də həyatdan hansısa zərbə alan insanların özünü qoruma instinkti ilə əlamətlərə diqqət etməsi anlaşılandır. “Həyatında hansısa pis hadisələr baş vermiş insanlar həssas olurlar. Daha bir pisliklə üzləşəcəklərindən qorxurlar, diqqətli olmağa çalışırlar. Bu da başa düşüləndir”.
 
Qurbansoy deyir ki, Quran əlamətlərə inanmağı tam qadağan etmir: “Əksinə, orada “yerlərdə və göydə, sizin özünüzdə də Allahın varlığını sübut edən əlamətlər vardır” deyən ayələr var. İslamın əlamətlərə inanmağı yasaq etdiyini söyləyən dindarlar dini dərindən bilməyənlərdir".
 
Psixoloq Taryel Faziloğlu da Milli.Az-a açıqlamasında əlamətlərə inandığını deyir. “O hadisələr ki, təbiətlə bağlıdır, onların hansısa hadisəni qabaqcadan xəbər verməsini güman etmək olar. Amma elə hadisələr də var ki, bunlar kiməsə qarşı qəsdən törədilir və psixoloji təzyiq kimi istifadə olunur. Məsələn, Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin tez-tez qarşılaşdığı kuryozlar ona qarşı aparılan qara piarın tərkib hissəsi idi”.
 
Psixoloq hesab edir ki, ucdantutma bütün hadisələrdə məna axtarmaq, onları əlamət kimi qiymətləndirmək düzgün deyil: “Daha çox böyük təbiət hadisələrini əlamət saymaq olar. Amma o hadisələri ki, insan törədə bilər onları əlamət saymaq düzgün deyil”.
 
Taryel Faziloğlu deyir ki, insanların özlərini əlamətlərdən asılı hala salması halları da olur: “Bu, çox zaman zəif iradəli, çətinliklərdən qorxan insanlarda olur. Əlbəttə, hamı istəyir ki, həyatında hər şey düz xətt boyunca getsin, xoşagəlməzliklər olmasın. Amma başa düşmək lazımdır ki, bu həyatdır. Onu qorxa-qorxa yox, olduğu kimi yaşamaq lazımdır”.
 
Dini ekspert Elşən Mustafaoğlu isə bu qənaətdədir: “Əlamətlərə, nişanələrə inanmağın nə elmi, nə də dini əsası var. Bu, sadəcə keçmişlərin xürafatıdır. Din insanı həyatını məhdudlaşdıran belə puç və əsassız inanclardan çəkindirir. İnsan əqlinə və mənəviyyatına söykənib, asudə həyat sürməlidir və nişanələrdən asılılıq kimi xürafatçılıqdan uzaq durmalıdır”.

Dindar bildirir ki, insanın həyatı etdiyi əməllərə uyğun qurulur. “Hansısa batil inanclara yox, Allaha sığınmaq lazımdır...” /milli.az/
 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM