Bunu Milli Məclis sədrinin müavini Bahar Muraova öz facebook səhifəsində yazıb. Onun sözlərinə görə, yalnız milli və bəşəri idealları vəhdətdə götürməyi bacaranlar çərçivələri yara və proseslərin fövqünə qalxa bilərlər:
“Həyat göstərdi ki, yalnız heç bir əndazəyə sığmayan hərəkətləri və sensasion açıqlamaları ilə "məşhurluq" qazanmaqla öz konyuktur maraqlarını doğma xalqının və insanlığın mənafeyinə xidmətdən üstün tutanlar mütləq şəkildə "bizim kinosenarist" Rustəm İbrahimbəyovun aqibəti ilə üzləşəcəklər. İxtiyar yaşında öz günahı üzündən soydaşları arasında olub-qalan hörmət və nüfuzunu itirənlər başqalarnın sevgisini qazana bilməzlər. Həm də ki, artıq buna vaxt qalmayıb. Daha heç kimə belə sonluq arzulamazdım”.