Rüstəm İbrahimbəyovun fəxri adlardan məhrum edilməsi istənilir - "Xalqına nifrət edən, fəxri ad daşıya bilməz" - VİDEO

22:29 / 25.05.2018

Rüstəm İbrahimbəyova qarşı ciddi tədbirlər görülməlidir. Onun "Qafqaz üçlüyü" filminə ziyalıların kəskin reaksiyası artmağa davam edir.

 

 Azərbaycanın tanınmış aktyorları və kinorejissorları Rüstəm İbrahimbəyovun bütün fəxri adlardan məhrum edilməsini təklif edirlər. Onlar Azərbaycan xalqına xəyanət, nifrət edən bir şəxsin xalq artisti, xalq yazıçısı adına layiq olmadığını bildirirlər.

 

Tarixi yaxşı bilən və iki yüz ildir ki, ermənilərin Azərbaycana qarşı soyqırımı həyata keçirdiyinin şahidi olan Rüstəm İbrahimbəyov "Qafqaz üçlüyü" filmi ilə hər şeyi bir kənara qoyub "mən xainəm" sözünü hayqırmağa üstünlük verdi. Çünki ermənilərin etdikləri vəhşilikləri bilə-bilə onları məzlum xalq, azərbaycanlıları isə vəhşi kimi qələmə verməyin başqa açıqlaması ola bilməzdi.

 

Hətta bir səhnədə deyil, "Qafqaz üçlüyü" filminin demək olar başdan sona bütün süjet xəttində dəfələrlə azərbaycanlılar vəhşi, mədəniyyətsiz, ümumbəşəri dəyərlərdən uzaq bir xalq kimi göstərilir.

 

Azərbaycanın xalq artisti, tanınmış aktyor Nurəddin Mehdixanlı bildirir ki, bir zaman Azərbaycanın rəhbəri olmaq üçün namizəd olan bir şəxsin həmin xalqa qarşı xəyanəti ancaq bu insanın xislətində olan dönüklük ruhu ilə izah oluna bilər.

 

Xalq artisti bildirir ki, Rüstəm İbrahimbəyovun 2015-ci ildə çəkdiyi bir filmi indi geniş yaymaq cəhdləri səbəbsiz deyil və bu, Azərbaycanda Xalq Cumhuriyyətinin 100 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərinə ləkə yaxmaq məqsədi daşıyır.

 

Nurəddin Mehdixanlı xatırladır ki, Rüstəm İbrahimbəyovun azərbaycanlılara nifrət ruhu çoxdan özünü biruzə verib. Çünki onun yazdığı əsərlərdə azərbaycanlılar həmişə bir sıra keyfiyyətlərdən yoxsun, tənqidi ruhda əks olunub.

 

Azərbaycan Kinomatoqrafçılar İttifaqının üzvü, əməkdar incəsənət xadimi Ənvər Əbluç da bildirir ki, Rüstəm İbrahimbəyov "Bir Cənub şəhəri" filmini çəkəndə orda azərbaycanlıları bir-birini bıçaqlayan obrazda vermişdi. Halbuki, həmin zamanlar gürcü rejissorları "Əsgər atası" filmi ilə özlərini qəhrəman kimi göstərirdilər. Ancaq bütün bunlara baxmayaraq Rüstəm İbrahimbəyov yaradıcılıqla məşğul olduğuna görə Azərbaycan xalqı onu dəyərləndirmiş və ona xalq yazıçısı, xalq artisti kimi fəxri adlar, fərdi təqaüd təyin edilmişdi. İndi isə Rüstəm İbrahimbəyov etdiyi açıq-aşkar xəyanətə görə bu fəxri adlardan məhrum edilməlidir. Çünki xalqına nifrət edən, o xalqın fəxri adını daşıya bilməz. Ona qarşı cəza tədbirləri həyata keçirilməlidir.

 

Ənvər Əbluç onu da xatırladır ki, zamanında prezidentlik iddiasında olanda da Azərbaycan xalqı haqlı olaraq ona meydan vermədi. Çünki hər an xarici dairələrə satılmağa hazır olan belə bir şəxs heç vaxt Azərbaycan xalqına layiq biri ola bilməzdi. Onun "Qafqaz üçlüyü" filmindəki xəyanətkar mövqeyi də bunu bir daha əyanı şəkildə hər kəsə göstərdi.

 



 

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM