“The Jerusalem Post”: Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi, parlamentli respublikadır

22:36 / 29.05.2018

Azərbaycan Xalq Cümhuriyyəti (AXC) düz yüz il əvvəl ilk dəfə müsəlman Şərqində yaradılan demokratik respublikadır. Bu hadisənin çox böyük tarixi əhəmiyyəti var. Regionda demokratik respublikanın yaradılması Azərbaycan xalqının böyük nailiyyətidir. İslam dünyası tarixində ilk dəfə burada milli dövlət quruculuğunda Avropa modeli tətbiq edilib. AXC parlamentli demokratik respublikanın klassik modelinə uyğun olaraq siyasi plüralizm və çoxpartiyalılıq əsasında yaradılıb.

Beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu barədə İsraildə çıxan ingilisdilli ”The Jerusalem Post” qəzetində dərc olunmuş “Azərbaycan Xalq Cümhuriyyəti İslam dünyasında ilk dünyəvi, parlamentli respublikadır” sərlövhəli məqaləsində yazıb.

https://www.jpost.com/Blogs/News-from-Arye-Gut/Azerbaijan-is-first-secular-parliamentary-state-in-the-Islamic-world-558465

Məqalə müəllifi yazır ki, iştirak etmək və dialoq aparmaq, bir-birini dinləmək və başa düşmək bacarığı əsrlərboyu inkişaf etdirilir və uşaqlıqdan tərbiyə olunur. Azərbaycan yeganə ölkədir ki, orada heç vaxt dini fanatizm, ksenofobiya və antisemitizm olmayıb. Müxtəlif dini konfessiyaların nümayəndələri əsrlərboyu burada dinc yanaşı yaşayıb, ölkədə yaşayan xalqların dilləri, ənənələri və mədəniyyəti yaşayıb və inkişaf edib. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti etnik və dini problemləri həll etmək üçün müstəsna və etibarlı vasitə tapa bilib.

Milli Şuranın sədri Məmməd Əmin Rəsulzadə millətindən, dinindən, dilindən və hansı dövrdə ölkədə yaşamasından asılı olmayaraq bütün Azərbaycan vətəndaşlarına müraciət edərək, onları yeni demokratik dövlət quruculuğu prosesində fəal iştirak etməyə çağırıb: “Tarix hamımıza bir yerdə yaşamaq məcburiyyətində qoyub. Yeni başlayan həyatın təbii məşəqqətlərini asanlıqla çəkmək üçün yaşayışımızı aqil və insani əsaslar üzərində quraq, bir-birimizi sevək, ehtiram edək. Milli və məzhəb fərqlərinə baxmayaraq, bütün Azərbaycan vətəndaşları bir vətənin övladlarıdır. Ümumi vətəndə müştərək həyatlarını qurmaq və öz səadətlərinə birlikdə yetişmək üçün onlar bir-birinə əl uzatmalı və yardım etməlidirlər”.

A.Qut Azərbaycan dövlətçiliyinin təşəkkül tapdığı bu çətin dövrdə yəhudi icmasının rolundan yazır. Onun sözlərinə görə, Azərbaycanın hüdudlarından kənarda və dünya yəhudiləri arasında az sayda insanın yəhudi icmasının Azərbaycanda necə əhəmiyyətli və böyük rol oynadığı barədə məlumatı var. O yazır: “Azərbaycan alimi, doktor Moisey Bekker bu yaxınlarda «IRS HERITAGE» jurnalında yazıb: “Yəhudi milli şurası 1917-ci il dekabrın 3-də yaradılıb. Bu təşkilatın sədri doktor Moisey Quxman seçilib”.

“Bu inanılmaz fakta bənzəyir, amma yəhudi icmasının iki nümayəndəsi Azərbaycanın birinci hökumətində nazir olub”, - deyə A.Qut məqaləsində vurğulayır.

Məqalə müəllifi erməni daşnaklarının 1918-ci ildə Qubada törətdikləri qanlı hadisələr üzərində ətraflı dayanaraq yazır: “O illərdə baş vermiş hadisələrin mənzərəsi hazırda bərpa edilib və Quba şəhərində yəhudi əhalinin kütləvi şəkildə qırılması barədə indiyədək ictimaiyyətə məlum olmayan faktlar aşkarlanıb. Sinaqoqun arxivləri açılıb və faciə qurbanlarının qohumlarının çoxsaylı ifadələri toplanıb. Amazaspın başkəsənləri təkcə 1918-ci ilin may ayının ilk iki günü ərzində Quba şəhərində və ətraf kəndlərdə 1700 Azərbaycan türkünü, 1200 ləzgini və 300-dən çox tatı vəhşicəsinə öldürüblər. Yəhudilərin kütləvi qətlə yetirildiyi yerdə Amazaspın quldur dəstələri tərəfindən insanlara görünməmiş işgəncələr verilib, qadınlar və uşaqlar zorlanıb, qocaların və yeniyetmələrin burunları və qulaqları kəsilib və sonra da qətlə yetirilib. Meyitləri Şimi dərəsindəki çalaya atılıb. Sənədlərə və şahid ifadələrinə görə, o dövrdə daşnaklar tərəfindən 50 min azərbaycanlı ilə birlikdə təqribən 3 min yəhudi də öldürülüb”.

Doktor Moisey Quxman 1918-ci il dekabrın 7-də yəhudi icması adından çıxış edərək deyib: “Hörmətli deputatlar! Azərbaycan üçün bu əlamətdar günlərdə, onun müstəqil dövlət quruculuğunun başlandığı günlərdə mən Bakıdakı 20 min yəhudi tərəfindən seçilmiş bir insan kimi, Azərbaycan Cümhuriyyətinin qanunvericilik hakimiyyətini alqışlamağa gəlmişəm.

Azərbaycan türklərinin xalqların təyini-müqəddəratı şüarı altında, xalqın həqiqi maraqları əsasında bütün ictimai həyatını öz əlinə almağa çalışması Azərbaycan yəhudilərinin ürəyində ən hərarətli əks-səda doğuracaq. Azərbaycan yəhudiləri hesab edirlər ki, onların, xüsusən də AXC-nin müxtəlif bölgələrinə səpələnərək ayrı-ayrı yuvalarda yaşayan qardaşlarımın – dağ yəhudilərinin hüquqları gənc parlamentin damı altında daim etibarlı şəkildə qorunacaq, hər hansı insanın bizim hüquqlarımızı və maraqlarımızı pozmağa yönələn hər hansı cəhdinin qarşısı alınacaq”.

Milli Şuranın 120 nəfərdən ibarət parlament formalaşdırmaq qərarına toxunan A.Qut yazır: “Parlamentdə 80 azərbaycanlı, 21 erməni, 10 rus, 1 alman, 1 yəhudi, 1 gürcü və 1 polyak deputat təmsil olunmuşdu. Ancaq Azərbaycanın müstəqilliyini istəməyən ermənilər parlamentin fəaliyyətində iştirak etmirdilər.

Fəaliyyət göstərdiyi qısa müddət ərzində parlament müzakirə etdiyi 270-dən çox qanun layihəsinin 230-nu qəbul etdi. Parlamentdə 11 fraksiya vardı. Fasiləsiz fəaliyyət göstərdiyi 17 ay ərzində parlament Azərbaycan dövlətçiliyi tarixində silinməz izlər qoydu. Parlamentin Bakı Dövlət Universitetinin təsis edilməsi haqqında 1919-cu il sentyabrın 1-də qəbul etdiyi qanun bu baxımdan daha diqqətəlayiqdir. Milli universitetin yaradılması Cümhuriyyətin böyük tarixi nailiyyəti oldu”.

İsrailli ekspert öz məqaləsində vurğulayır ki, Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi Azərbaycan nümayəndə heyəti Paris Sülh Konfransında iştirak etmək üçün 1919-cu il mayın 8-də Fransanın paytaxtına gəldi. Azərbaycan nümayəndə heyəti gələn kimi ABŞ prezidenti Vudro Vilsona aşağıdakı xahişlərlə müraciət etdi:

-Azərbaycanın müstəqilliyini tanımaq;

-Vilson prinsiplərini Azərbaycana tətbiq etmək;

-Paris Sülh Konfransında Azərbaycan nümayəndə heyətini qəbul etmək;

-Azərbaycanı Millətlər Liqasına qəbul etmək;

-ABŞ Azərbaycana hərbi yardım göstərsin;

-ABŞ ilə AXC arasında diplomatik münasibətlər qurulsun.

Prezident V.Vilson Azərbaycan nümayəndə heyəti ilə görüşsə də, onları soyuq qarşıladı. O bildirdi ki, Paris Sülh Konfransı dünyanı xırda parçalara ayırmağa can atmır. ABŞ prezidenti Azərbaycan nümayəndə heyətinə konfederasiya ruhunu inkişaf etdirməyi məsləhət gördü. Çünki Rusiya ilə məsələ ümumi şəkildə nizamlanmayana qədər Azərbaycan məsələsi həll oluna bilməz. Ancaq V.Vilsonun münasibətinə baxmayaraq, müttəfiqlərin Ali Şurası 1920-ci il yanvarın 12-də Azərbaycan, Gürcüstan və Ermənistanı de-fakto tanıdı.

Əslində, müttəfiqlər bolşevizmdən qorxduqları üçün Zaqafqaziya respublikalarını tanıdılar. AXC-nin beynəlxalq aləmdə nüfuzu getdikcə artmağa başladı. Bakıda Böyük Britaniya, Yunanıstan, İtaliya, Litva, Gürcüstan, Danimarka, İran, Ukrayna, Finlandiya, İsveç, ABŞ və İsveçrənin səfirlikləri fəaliyyətə başladı.

İsrailli ekspert vurğulayır ki, Azərbaycanın 11-ci Qızıl Ordu tərəfindən işğal edilməsinə baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti milli azadlıq hərəkatı tarixində dərin və silinməz izlər qoydu. Azərbaycan Xalq Cümhuriyyəti mövcud olduğu 23 ay ərzində sübut etdi ki, hətta ən amansız və zülmkar müstəmləkə rejimi də Azərbaycan xalqının azadlıq və müstəqillik ideyalarını məhv edə bilməyib. AXC Azərbaycan tarixində ilk parlamentli respublika kimi bütün İslam dünyasında hüququn aliliyinə əsaslanan demokratik dünyəvi dövlətin ilk modeli oldu.

A.Qut fikrini bu sözlərlə tamamlayır: “Bu gün müstəqil və güclü Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin layiqli varisidir. 1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan xalqı ACX dövlətçiliyinin zəngin ənənələrindən bəhrələnərək, bu sanballı tarixi irs üzərində müstəqil və güclü Azərbaycan dövləti yaratdı”.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM