“Bizim Planet” də Azərbaycan Xalq Cümhuriyyətinin şanlı tarixi müzakirə edilib

09:54 / 30.05.2018

 

Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri, politoloq Rufiz Qonaqovun təqdim etdiyi "Bizim Planet" verilişində Azərbaycan tarixinin ən mühüm hadisələrindən biri, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illik tarixi səlnaməsi başlıca müzakirə mövzusu olub. AzTv-nin analitik verilişinin  yayımı bu dəfə millət vəkili, AMEA-nın müxbir üzvü Musa Qasımlı, BDU-nun professoru, tarix elmləri doktoru Anar İsgəndərov və fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimovun diskussiyaları ilə davam etdirilib. 

Politoloq Rufiz Qonaqov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı prezident İlham Əliyevin sərəncam imzalaması xüsusi əhəmiyyət kəsb  edir. Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri bunun xalqımız və millətimiz, eləcə də dövlətimiz üçün mühüm tarixi hadisə olduğunu vurğulayıb. Rufiz Qonaqov iyirmi üç ay yaşayan Azərbaycan Xalq Cümhuriyyətini bu günkü müstəqil Azərbaycanın və dövlətçiliyimizin yüz illiyi kimi dəyərələndirib.

Mövzu ilə bağlı çıxış edən millət vəkili Musa Qasımlı qeyd edib ki, müsəlman şərqinin ilk parlamentli respublikası olan Xalq Cümhuriyyətinin 100 illiyi ilə bağlı cənab prezidentin imzaladığı sərəncam milli dövlətçilik tariximizə böyük ehtiramın nümunəsi olmaqla bərabər, tarixi, ictimai-siyasi, mənəvi və psixoloji əhəmiyyət daşıyır. Bu sərəncam müstəqil dövləti yaşatmağın, onu qorumağın, mühafizə edib inkişaf etdirməyin istiqamətlərini göstərən mühüm bir sənəd kimi əhəmiyyətlidir deyə Musa Qasımlı vurğulayıb. O, bildirib ki, bu sənəd tarixi tədqiqatlar  üçün yeni imkanlar yaradır, çünki Cümhuriyyət dövrünün öyrənilməyən çoxlu vacib məsələləri var.

Tarix elmləri doktoru Anar İsgəndərov bildirib ki, Azərbaycan Xalq Cümhuriyyəti təkcə xalqımızın deyil, müsəlman şərqinin şərəfli bir tarixidir. Qısa zaman kəsiyində yaşayan bu dövlət 350 dəfə ilk dəfə sözünə imza atıb. Coğrafi məfhum olan Azərbaycan sözünü siyasi məfhuma çevirən də elə ilk dəfə Azərbaycan Xalq Cümhuriyyəti olub. BDU-nun professoru vurğulayıb ki, həmin dövrdə Azərbaycan dili, dövlət rəmzləri, parlamenti və s. haqqında mühüm qanunlar yaradıldı. Anar İsgəndərov qeyd edib ki, Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi Parlamentin içərisində bu gün də Qərb dövlətləri üçün təəccüb doğuran qanunlara imza atılıb.

Müzakirələr zamanı çıxış edən fəlsəfə üzrə fəlsəfə doktoru Hüseyn İbrahimov bildirib ki, müstəqillik tariximizin 100 illik yubileyi ilə bağlı dövlət başçımıza ünvanlanan təbriklərdə xarici dövlətlərin demokratiyamıza olan etiraflarının və hörmətlərinin şahidi olduq. Müstəqilliyimizin tarixi dövrü ilə müasir dövrünü müqayisə edən fəlsəfə üzrə fəlsəfə doktoru maraqlı fikirlərlə çıxış edib. 

“Bizim Plant” də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin təntənəli şəkildə dövlət səviyyəsində qeyd olunmasının əhəmiyyətindən danışılıb. Bildirilib ki, bu tarixi hadisə gənclərimizdə milli ruhun gücləndirilməsinə təsir edir. Onlara müstəqil dövlətçilik hislərini aşılayır, özünə güvən və Vətənə sevgini daha da gücləndirir. Cümhuriyyət tariximizə dövlət səviyyəsində göstərilən bu diqqət harada yaşamasından asılı olmayaq hər bir azərbaycanlıya müstəqilliyimizi qoruyub-saxlamaq hissini təlqin edir. Verilişdə qeyd edilib ki, çox təəssüf ki, bu gənc dövlət həm daxildən, həm xaricdən göstərilən təzyiq nəticəsində iyirmi üç ay yaşaya bildi. Lakin Azərbaycan ikinci dəfə öz müstəqilliyini elan etdikdən sonra qısa zaman kəsiyində xalqın iradəsi ilə hakimiyyət başına keçən Heydər Əliyevin rəhbərliyi ilə bu dövlətçilik ənənələrimiz yenidən inkişaf etdirildi. Artıq Azərbaycan dünya səviyyəsində sayılan-seçilən bir dövlətə çevrilib ki, beynəlxalq aləmdə öz sözünü deyən bir siyasətə sahibdir.

Verilişdə müzakirə olunan mühüm mövzulardan biri də bu gün Azərbaycan dövlətçiliyinə qısqanclıq edən islamofob və ermənipərəst dairələrin təsiri altına düşən müəyyən qüvvələrin müxtəlif məqamlardakı çıxışları olub. Belə ki, kino-rejissor və ssenarist Rüstəm İbrahimbəyovun müəllifi olduğu “Qafqaz üçlüyü” filmində tutduğu mövqeyi “Bizim Planet” də tənqid edilib. Vurğulanıb ki, Azərbaycan xalqına və dövlətçiliyinə qarşı bü cür əsassız və qərəzli yanaşma cəmiyyətin ziyalısı hesab olunan bir azərbaycanlıya qəti şəkildə yaraşmır. Bildirilib ki, sapı özümüzdən olan bu baltaların öz xalqına və millətinə qarşı nümayiş etdirdiyi xəyanətkar mövqeyi onun satqın ruhunun və xislətinin zəifliyinin göstəricisidir.

Vurğulanıb ki, Cümhuriyyətin qurucuları olan tarixi şəxsiyyətlərimiz bütün ömürlərini Azərbaycan xalqına həsr etmişdir. Lakin son zamanlar baş verən bu cür hadisələr xalqından və milli ruhundan uzaq düşüb, yad təsirlərin altında əzilən bu “ziyalılar”ın taleyi isə gələcək nəsillərin nəzərində sadəcə təəssüf doğura bilər. Qeyd edilib ki, Rüstən İbrahimbəyov və başqalarının öz xalqına qarşı düşmənçilik möveyinin siyasi sifarişlə həyata keçirildiyinə heç bir şübhə ola bilməz. Bildirilib ki, belə xəyanətkarlıq və satqınlıq nə qədər şəxsi və maddi maraqlara söykənməsinə baxmayaraq, heç bir tarixi dövrdə Azərbayxan xalıqı tərəfindən bağışlana bilməz.

 

 

BMAM mətbuat katibi Aysel Abbasova

 

 

 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM