Elmar Məmmədyarov BMT Baş Məclisinin prezidenti Miroslav Layçak ilə görüşüb

10:58 / 30.05.2018

29 mayda Nyu-York şəhərində Wall Street-də Xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycan Respublikasının bayrağının təntənəli qaldırılması mərasimi keçirilib.

Azərbaycan XİN-dən verilən məlumata görə, mərasimdə Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin başçısı səfir Yaşar Əliyev, Azərbaycanın Amerika Birləşmiş Ştatlarındakı səfiri Elin Süleymanov, Nyu-York şəhəri meriyasının rəsmiləri, ABŞ-da olan Azərbaycan diaspora və ictimaiyyət nümayəndələri iştirak edib.

Azərbaycan bayrağının qaldırılması mərasimində çıxış edən nazir Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və ölkəmizin bugünkü nailiyyətləri haqqında danışaraq bildirib ki, Cümhuriyyətin qurucuları sağ olsaydılar, müasir Azərbaycan Respublikası ilə fəxr edərdilər.

Səfər əsnasında nazir Elmar Məmmədyarov BMT Baş Məclisinin Prezidenti Miroslav Layçak ilə görüşüb. Görüşdə Azərbaycan ilə BMT arasında əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparılıb. Miroslav Layçak bu ilin aprelində Qoşulmama Hərəkatının Bakıda keçirilən xarici işlər nazirləri toplantısında iştirak etmək üçün Azərbaycana səfərini xatırlayaraq bu səfərdən və keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib.

BMT Baş Məclisinin gündəliyində duran məsələlərə toxunan Elmar Məmmədyarov Azərbaycanın 2019-2022-ci illərdə Qoşulmama Hərəkatına sədrliyi müddətində prioritetləri barəsində həmsöhbətə məlumat verib.

Söhbət zamanı Azərbaycan tərəfindən Dayanıqlı İnkişaf Məqsədlərinin milli səviyyədə uğurla həyata keçirilməsi məmnuniyyətlə qeyd olunub.

BMT Baş Məclisinin gündəliyində Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət adlı gündəlik maddəsinə istinad nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan münaqişəsinin həlli üzrə mövcud vəziyyət barədə danışaraq ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri tərəfindən də qeyd olunduğu kimi işğala əsaslanan status-kvonun qəbuledilməz və qeyri-davamlı olduğunu vurğulayıb. O, dövlətlərarası münasibətlərdə qanunun aliliyinin təmin olunması, bütün dövlətlər tərəfindən BMT Nizamnaməsi ilə öhdəliklərin yerinə yetirilməsi, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsi və ərazi əldə edilməsi cəhdlərinin qəbuledilməz olduğunu bildirib.

Həmin gün Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarovun iştirakı ilə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi və Respublika Günü münasibətilə qəbul keçirilib. Qəbulda BMT-nin rəhbərliyi, üzv dövlətlərin BMT yanında nümayəndəliklərinin başçıları-səfirlər, ictimai-siyasi xadimlər, Nyu-York şəhərinin meriyasının nümayəndələri, Azərbaycan diasporasının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin başçısı səfir Yaşar Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin yaranması dövrünə nəzər salaraq bu gün müstəqil və suveren Azərbaycanın BMT-nin layiqli və məsuliyyətli üzvü olduğunu diqqətə çatdırıb. Səfir Azərbaycan Xalq Cümhuriyyəti dövründə qəbul olunan dövlət himninin fövqəladə şah əsəri olduğunu deyərək himnin hər bir azərbaycanlının ruhunu oxşadığını, musiqi ahəngi və axarı ilə Azərbaycanın müstəqillik yolunu təcəssüm etdirdiyini qeyd edib və sözü xarici işlər naziri Elmar Məmmədyarova verib.

Nazir Elmar Məmmədyarov Azərbaycan Xalq Cümhuriyyətinin müsəlman şərqində ilk parlamentli respublikası olduğunu qeyd edərək AXC dövründə dövlət təsisatlarının yaradılması, Bakı Dövlət Universitetinin təsis olunması, gənclərin dövlət təqaüdü ilə təhsil almaq üçün dünyanın aparıcı universitetlərinə göndərilməsi, fundamental hüquq və azadlıqların təmin edilməsi, qadınlara seçki hüququnun verilməsi kimi həyata keçirilən mütərəqqi işlərdən danışıb. Nazir Paris Sülh konfransında AXC-nin yekdilliklə de-fakto tanınması və diplomatik səviyyədə görülən fəaliyyət barədə məlumat verərək AXC-nin layiqli varisi kimi Azərbaycan Respublikasının öz müstəqilliyini bərpa etməsi, qonşu Ermənistanın təcavüzünə və ərazilərimizin işğalına baxmayaraq Ümummilli Lider Heydər Əliyevin dövlətçilik irsi əsasında Prezident İlham Əliyevin rəhbərliyi altında uğurla inkişaf etdiyini diqqətə çatdırıb.

Tədbirdə çıxış edən BMT Baş Məclisinin Prezidenti Miroslav Layçak Azərbaycan xalqı və dövlətini Respublika günü və Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətli təbrik edib. O, Azərbaycanın bu gün beynəlxalq münasibətlərdə və BMT sistemində fəal rol oynadığını, sivilizasiyalararası dialoqun möhkəmləndirilməsi və multikulturalizmin təşviqinə əsaslı töhfələr verdiyini qeyd edib.

Tədbir Azərbaycan milli mətbəx və mədəniyyət nümunələrinin təqdimatı ilə davam edib.

Xarici işlər naziri Elmar Məmmədyarovun ABŞ-a işgüzar səfəri davam edir.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM