İndoneziyalı jurnalistlər Cocuq Mərcanlıya səfər ediblər - FOTO

18:44 / 30.05.2018

İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının dəvəti ilə Azərbaycana gəlmiş indoneziyalı jurnalistlər mayın 30-da Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndində olublar.
 
Strategiya.az AZƏRTAC-a istinadən xəbər verir ki, Horadizdəki "Aprel şəhidlərinə xatirə” abidəsini ziyarət etdikdən sonra qonaqlar Cocuq Mərcanlı kənd tam orta məktəbinə gəliblər. Media nümayəndələrinə ermənilərin işğal olunmuş ərazilərdə törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı həyata keçirilən tədbirlər barədə məlumat verib. Bildirilib ki, Cəbrayıl rayonunun digər yaşayış məntəqələri kimi Cocuq Mərcanlı kəndi də 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilərək yandırılmış və dağıdılmışdı. Azərbaycan ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad edilib. Lakin həmin ərazidəki Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan sakinlər Cocuq Mərcanlı kəndinə qayıda bilməyiblər.
 
2016-cı ilin aprel döyüşləri zamanı Azərbaycan Silahlı Qüvvələri Lələtəpə yüksəkliyini azad etdikdən sonra kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb. Kənd qısa müddətdə bərpa olunub və sakinlərin bir qismi ora köçürülüb.
 
KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçirilib. Cocuq Mərcanlıdan olan 50 ailə öz doğma yurduna qayıdıb. Sakinlərin kənd təsərrüfatı ilə məşğul olmalarına şərait yaradılıb. Bu il qarğıdalı, şəkər çuğunduru və sair bitkilər əkilib. Kənddə istixana və heyvandarlıq komplekslərinin, həmçinin istehsal müəssisələrinin də yaradılması nəzərdə tutulur.
 
Jurnalistlərə, həmçinin məlumat verilib ki, kənddə tikinti işlərinin növbəti mərhələsində daha 100 fərdi yaşayış evinin, uşaq bağçasının, tibb məntəqəsi və klub-icma mərkəzi üçün binaların, poçt binasının və digər zəruri infrastruktur obyektlərinin tikintisi başa çatıb. Yaxın günlərdə buraya Cocuq Mərcanlı kəndindən olan digər sakinlər köçürüləcək.
 
Qonaqlar məktəblə tanışlıqdan sonra Cocuq Mərcanlı məscidinə gəlib, orada namaz qılıblar. Diqqətə çatdırılıb ki, işğalçı Ermənistan ordusu zəbt etdiyi ərazilərdə etnik təmizləmə apararaq azərbaycanlıları dədə-baba torpaqlarından çıxarıb, yaşayış məntəqələri, tarixi və dini abidələr yandırılaraq məhv edilib. Cocuq Mərcanlıda Şuşa məscidinin bənzəri inşa olunub və bu, rəmzi məna daşıyır.
 
İndoneziyalı media nümayəndələrinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, işğaldan azad edilmiş Cocuq Mərcanlıya qayıdan kənd sakinlərinin məişəti və qayğıları ilə bağlı sualları cavablandırılıb. Bildirilib ki, Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın 20 faiz ərazisi işğal olunub, minlərlə insan öldürülüb və yaralanıb. İşğal edilmiş ərazilərdəki bir milyondan çox azərbaycanlı əhali öz ölkəsində qaçqın və məcburi köçkünə çevrilib.
 
İndoneziyalı jurnalistlər sonra ön xəttə xidmət edən əsgər və zabitlərin xidmət və məişət şəraiti ilə tanış olub, Ermənistan ordusunun xarabalığa çevirdiyi evlərin dağıntılarına baxıb, işğal altındakı Azərbaycan ərazilərini müşahidə ediblər.
 
İslam Əməkdaşlıq Təşkilatına üzv Dövlətlərin Jurnalistləri Assosiasiyasının sədri Fazil Abbasov jurnalistlərə müsahibəsində bildirib ki, rəhbəri olduğu qurumun əsas məqsədi İslam ölkələri arasında əlaqələri bərpa etmək və gücləndirməkdir. Düzgün informasiyalar yayılmasını təmin etmək üçün ilk növbədə İslam ölkələri jurnalistləri ilə əlaqələr yaradılır. İndiyədək Misir, Sudan, Pakistan və digər ölkələrdən olan jurnalistlərin Azərbaycana səfərləri təşkil edilib. Budəfəki səfərdə isə İndoneziyanın tanınmış media nümayəndələri təmsil olunur. Onlar Cocuq Mərcanlıya gəlməklə burada qısa müddətdə baş verən dəyişiklikləri öz gözləri ilə görüblər.
 
ANTARA informasiya agentliyinin nümayəndəsi Bambang Purvanto səfərlə bağlı təəssüratlarını bölüşərək deyib: "Azərbaycan düşündüyümdən də gözəldir. Getdiyimiz bütün yerlərdə inkişafın, infrastrukturun yenilənməsinin, quruculuq işlərinin şahidi olduq. Bütün bunlar xalqın xoşbəxt gələcəyinə yönəlib. Ölkənizdəki inkişaf bütün dünyaya çatdırılmalıdır. Biz ümid edirik ki, Azərbaycanla İndoneziya arasında əlaqələr daha da güclənəcək”.
 
İndoneziyadan olan digər jurnalist Nia Amira isə fikirlərini belə ifadə edib: "Mən iki ildir ki, İndoneziyada Azərbaycanı tanıdıram, əsasən Qarabağ haqqında yazıram. Həmçinin Qarabağ əhalisi, Qarabağ atları haqqında şeirlər də yazmışam. Cakartada İslam Universitetində Xocalı faciəsi ilə bağlı seminar təşkil etmiş, film nümayiş etdirmişəm. Ümid edirəm ki, Qarabağ torpaqları işğaldan azad olunar və insanlar öz doğma yurdlarına qayıdaraq orada xoşbəxt həyat yaşayarlar”.

 

 
 




 

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM