Yeni binalardan mənzil alanların DİQQƏTİNƏ: MTK-lara aldanmamaq üçün nə etməliyik?

08:49 / 31.05.2018

Paytaxtın müxtəlif istiqamətlərində yeni tikilən yaşayış binalarında kommunal xərclərin baha olması insanların haqlı marazılığına səbəb olur. Strategiya.az publika.az-a istinadən bildirir ki, vəziyyət o yerə çatıb ki, yeni tikilən hündürmərtəbəli binalarda yaşayan sakinlər hər ay əlavə 30-60 manat pul ödəməli olduqlarını deyirlər. Paytaxtın müxtəlif yerlərində tikilən bir neçə fərqli yaşayış komplekslərinə baş çəkib, vəziyyətin nə yerdə olduğu ilə maraqlandıq.

"Binanın divarlarını biz boyayırıq"

Sakinlərin məsələyə münasibəti fərqlidir.

Hicran: "Binada istilik sistemi, yaşayış üçün təmin edilən bütün şərait normaldır. Normal yaşamaq üçün bu qədər xərc çəkib, ev almışıq də. Amma binanın çöl divarlarını da biz öz cibimizdən pul qoyub rəngləyirik. Hər ay kommunal xərclərdən əlavə 40 manat binanın komendantlığına veririk".

Sakinlərdən bəziləri dedilər ki, MTK-ların həmin toplanan vəsaiti hansı istiqamətdə xərclədiklərini bilmirlər. Bu mənada bilmirlər ki, binanın təmizliyi, lifti, təhlükəsizlik sistemi üçün yığılan ödənişlərin nəticələrini görmürlər.

Digər binlardan birinin sakini - Yaşar Məmmədov deyir ki, binanın təmizliyi onları qane etmir:

"Ayda 30 manat əlavə pul ödəyirəm. Binanın abadlığı deyirlər, təmizliyi deyirlər, amma heç bir təmizlik görmürəm. Bloklar natəmiz vəziyyətdədir. Zibillər həyətdə iylənənə qədər qalır. Dilə gəlib deməsək, nəzarət edən yoxdur. Havayı yerə pul ödəyirik".

"Lift pulu verib, liftdə qalırıq"

Nərimanov rayonu ərazisində yerləşən yeni tikili binalardan birinin 13-cü mərtəbəsində yaşayan Sevda xanım deyir ki, onun üçün hər şeydən önəmli lift sisteminin normal işləməsidir:

"Binada artıq 1 ildən çoxdur normal yaşayış var. Amma hələ də lift sistemi normal işləmir. Mən 13-cü mərtəbədə yaşayıram. Evimə pilləkənlə çıxa bilmərəm. Hər ay kommunal xidmətlərdən əlavə, 32 manat binanın komendantına pul ödəyirik. Bura binanın təmizliyi, zibillərin vaxtlı-vaxtında atılması, liftlərin baxımı daxil olsa da, bəzən liftin işləməməsi adamı məyus edir. Hətta liftdə qaldığımız vaxtlar da olub".

Bu gün bu istiqamətdə vahid tarifin olmaması da kəskin fərqlərin yaranmasına gətirib çıxarır. Paytaxtın müxtəlif ərazilərindəki yaşayış kompelekslərində xidmət haqqı adı ilə fərqli məbləğdə ödənişlər alınır. MTK tipli bəzi binaların komendantlığında toplanan vəsaitin hara xərcləndiyi ilə bağlı qeydlər aparılırsa da, əksəriyyətində bu istiqamətdə məlumatlar paylaşılmır.

Məsələnin hüquqi tərəfdən hansı yollarla tənzimlənməsinin lazım olduğunu öyrənmək üçün Milli Məclisin deputatı Aydın Hüseynovla əlaqə saxladıq. O, bildirdi ki, bu sahə ilə bağlı problemlərin həll olunması üçün vahid tarif sisteminin yaradılması vacibdir:

"Yeni tikilən binalarda mərkəzləşdirilmiş istilik sistemləri, blokların işıqlandırılması, məişət tullantılarının daşınması, lift sistemləri və s. Bütün bunlar fərqli keyfiyyət dərəcəsində təqdim edilir. Binaların tikintisi, sakinlərə təklif edilən xidmətlərin keyfiyyət dərəcəsi eyni olmadığı kimi, kəmiyyətdə də bir sıra fərqlər gözə çarpa bilir.. Təbii ki, qiymət yüksəkdirsə, keyfiyyət də ona uyğun olmalıdır. Amma bütün bunlarla yanaşı, qanunla orta bir həd təyin edilməlidir ki, dediyimiz qiymət fərqi kəskin surətdə seçilməsin. Hər bir görülən işin maya dəyəri, çəkilən xərclər var. Bu səbəbdən bina sakinlərinin tam hüququ çatır ki, hansı xidmətlərin müqabilində MTK-ya pul ödədiklərini tələb etsinlər. Xərclərin müəyyənləşdirilməsində bina sakinlərinin iştirakı məqbul sayılır".

Ekspert Ramil Osmanov isə bildirdi ki, MTK-lar inşa etdikləri binaları ən geci 1 ay müddətində sahə mülkiyyətçilərinə təhvil verib, idarəetmədən uzaqlaşmalıdırlar:

"Nazirlər Kabinetinin bu istiqamətdə vəsaitlərin toplanması üçün tərtib etdiyi normalar var. Xərclərin hesablanması üçün müəyyən meyarlar, biznes planlar tutulmalıdır. Tikilən binanın saxlanılması üçün tam real xərclər əsasında hesablama aparılmalıdır. Tutaq ki, 100 yaşayış sahəsi və 10 qeyri-yaşayış sahəsi var. Həmin sahələrdə göstərilən xidmətlər və bu xidmətlərə çəkilən xərclər var. Təbii ki, bu xərclər arasında fərqlər də var. Ümumilikdə bütün hesablanan xərclər bir fondda yığılmalıdır. Yeni tikilən binaların bu vəsaitlərin toplanması üçün fondu olmalıdı və bu fonda yığılan vəsaitlər cari işlər və binanın abadlaşdırılmasına xərclənməlidir. Mənzil Məcəlləsinin 109.5-ci maddəsinin tələbinə görə, Mənzil-Tikinti Kooperativləri 1 ay ərzində mənzil-tikinti kooperativi qanunvericiliklə müəyyən olunmuş qaydada ləğv edilməli və ya mənzil mülkiyyətçilərinin müştərək cəmiyyətinə çevrilməlidir. Yəni, binanın idarəsini mülkiyyətçilərə təhvil verib, çıxmağa borcludur".

Ekspert onu da əlavə edib ki, bina sakinləri MTK-ın fəaliyyətindən narazıdırlarsa, həmfikir olaraq Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılmasını tələb edə bilərlər:

"Bilirsiz, bəzən insanlar öz hüquqlarını bilmədikləri üçün də bu cür problemlərlə rastlaşa bilirlər. Bina sakinləri birlikdə ortaq qərar alaraq, bu barədə protokolun tərtib edilməsi üçün müraciət etməlidirlər. Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin yaradılması ilə bağlı protokol tərtib olunduqdan sonra mülkiyyətçilər arasından bir nəfər sədr seçilir. Daha sonra həmin şəxs bütün bina sakinlərinin adından müvafiq mülkiyyət sənədləri ilə birlikdə (mülkiyyət sənədləri, maliyyə arayışları, mənzilin bölgüsünə dair çıxarışlar və.s) protokolu Ədliyyə Nazirliyinə təqdim edilir. Ədliyyə Nazirliyinin müvafiq şöbəsində bu sənədlər yoxlanılır və həmin çoxmənzilli idarə qurumunun qeydiyyata alınıb-alınmaması məsələsinə baxılır. Qurum qeydiyyata alınarsa, o həmin gündən etibarən öz fəaliyyətinə başlamış olur. Bu da yığılan vəsaitin kənar məqsədlərə xərclənməsinin qarşısını alır. Bu sakinlərin hüquqlarına daxildir".

Tikinti məsələləri üzrə ekspert Nüsrət İbrahimov bildirdi ki, MTK-nın idarəetmə səlahiyyətləri "Mənzil Məcəlləsi"ndə müvafiq bölmə ilə tənzimlənir:

"Mənzil-Tikinti Kooperativləri haqqında bölmədə qeyd olunub ki, bina tikilib qurtardıqdan sonra müvafiq dövlət qəbul komissiyasına təhvil verilərək aktlaşdırılır. Daha sonra bu akt əsasında mənzil sahibləri özlərinə çıxarış alaraq, mülkiyyət hüquqnu tanıdırlar".

MTK-ların bəzən vəziyyətdən sui-istifadə etdiyini deyən ekspert öz maraqlarına xidmət edən şəxslərə qarşı vətəndaşların mövcud hüquqlarından da danışdı:

"Bəzən MTK-lar idarəetmədən öz maraqlarına görə istifadə etməyə çalışırlar. Bu kimi hallar bina sakinlərini narahat edir. Amma onu da deyim ki, idarəetməyə kimin rəhbərlik etməsi mülkiyyətçilərin səs çoxluğu ilə qəbul etdiyi qərardan asılıdır. Əgər sui-istifadə halları sezilirsə, yığıncaq təşkil edib, bunu rəsmi protokollaşdırmalıdırlar. Əgər protokoldan kənara çıxmalar aşkarlanarsa, məhkəməyə müraciət edərək, həmin şəxsin cəzalandırılmasını tələb etmə hüquqları var. Çünki, idarəetmənin kimə tapşırılmasına bina sakinləri qərar verir. İclasda qərar verilir ki, binanın idarəetməsini MTK davam etdirsin, yoxsa yox? İdarəetmə bələdiyyyə, qurum və ya hər hansı MMC-yə də təhvil verilə bilər. Elə də ola bilir ki, iclasda bir nəfər seçilir və Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılır. Bundan sonra hər 1 kv.metrə görə binanın illik xərc smetası təyin edilir və adam başına bölünür. Həmin vəsaitlərdə ay ərzində toplanaraq, binanın istismar xərcləri qarşılanır".

Ekspertlərin rəylərindən göründüyü kimi, bu sahədə müəyyən çaşqınlıqlar olsa da, qanuni tənzimləmə yolları da mövcuddr. Ancaq bütün bunlarla yanaşı, normativlərin və qiymətlərin konkretləşdirilməsinə də ehtiyac var.

Millət vəkili Aydın Hüseynov da bildirdi ki, tez bir zamanda Nazirlər Kabineti tərəfindən hər 1 kv.m üçün konkret normativlər təyin edilməlidir:

"Bu gün mövcud olan vahid tarif Mənzil Kommunal Təsərrüfat Birliklərinin balansındakı binalara aiddir. Bu binalarla müxtəlif şirkətlər tərəfindən tikilən elit binalar arasında fərq var. Bu fərq mütləq şəkildə olacaq. Hələ ki təzə binalar üçün konkret normativ yoxdur. Yaxın gələcəkdə bu istiqamətdə normativlərin işlənməsi gözlənilir. Bu normativlər konkret meyarlar əsasında tərtib olunana qədər isə dediyim kimi, bina sakinləri özləri toplanan vəsaitlərin hansı istiqamətdə xərcləndiyinə nəzarət edə bilər. Yeni tikilən yaşayış binalarının sayının artması bu kimi problemlərin də artmasına səbəb olub. Sözsüz ki, bu məsələ ilə bağlı ölkənin qanunvericilik bazasında müəyyən dəyişikliklər ediləcək. Eyni zamanda, Nazirlər Kabinetinin müvafiq qurumları məsələ ilə bağlı hüquqi aktlar, normativlər tərtib etməyə başlayacaq".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM