Qadın məktəb direktorundan şok xəbər - Bakıda

17:32 / 15.07.2014

Bakının Xətai rayonundakı 171 saylı orta məktəbdə (Neapol küçəsi, 8 ünvanda yerləşir) Azərbaycanda indiyədək görünməyən hadisə baş verib.
 
Belə ki, həmin məktəbin direktoru İradə Məmmədəli qızı Murğuzova banklardan müəllimlərin və digər işçilərin adına külli miqdarda kredit alaraq mənimsəməkdə, bunun ziyanını isə müəllimlərə ödətdirməkdə günahlandırılır.
 
Bu barədə virtualaz.org saytına hüquq müdafiəçisi Teymur Rza məlumat verib.
 
Teymur Rzanın sözlərinə görə, məktəb direktoru müəllimlərin adına götürdüyü kreditləri ödəməkdən imtina edir: “Direktor müəllimlərin adına kredit götürməzdən əvvəl onlara vəd edib ki, hər ay banklara şəxsən özü ödəniş edəcək, beləliklə də müəllimlər heç bir maddi ziyana düşməyəcəklər. Buna görə də müəllimlər öz adlarına kredit götürüb həmin məbləği direktora verməyə razılaşıblar. Kredit götürülərkən məktəbin təsərrüfat hissə müdiri də zamin durub.
 
 
Lakin sonradan İradə Murğuzova banka heç bir ödəniş etməyib və müəllimlərə deyib ki, mən sizə işləmək üçün şərait yaratdığımdan kreditləri özünüz ödəməlisiniz. Nəticədə müəllimlərlə direktor arasında narazılıq yaranıb”.
 
Hüquq müdafiəçisi dedi ki, banka borcu yaranan müəllimlər bu borcları ödəmək üçün daha çox vaxtları qalsın deyə az dərs saatı götürməklə evdə repetitorluq etməyə, yəni uşaq hazırlaşdırmağa çalışırlar: “Müəllimlərin dediyinə görə, direktor onlara evdə uşaq hazırlaşdırmağı təklif edib. Deyib ki, az dərs saatı götürün, evdə uşaq hazırlaşdırıb pul qazanın, banklara olan borcunuzu bu yolla ödəyin”.
 
Teymur Rza məsələ ilə bağlı təhsil naziri Mikayıl Cabbarova müraciət edib: “Artıq 10 gündür müraciət etmişəm, lakin nazirlikdən hələ də xəbər yoxdur. Məndən başqa iki müəllim də bu məsələ ilə bağlı Təhsil Nazirliyinə müraciət edib. Belə güman edirəm ki, nazirlikdən bu məsələnin böyüməməsini istəyirlər. Buna görə də nazirin məsələdən xəbərdar olmasına mane olurlar. Bunları nəzərə alıb nazirə mətbuat vasitəsilə müraciət edərək 171 saylı məktəbdə baş verənlərin araşdırılmasını istəyirəm. Çünki ortada yüz minlərlə manatlıq problem var. Bu problem isə direktorun vədinə inanan müəllimlərin çiyninə qoyulub”.
 
 
T.Rza şikayətlərlə başlı məktəb direktoru İradə Murğuzova ilə görüşdüyünü də bildirdi: “Direktor dedi ki, ötən il məktəbdə yoxlama aparılıb. Buna görə də o, pula ehtiyacının olduğunu bildirdi. Aldadılmış və çarəsiz müəllimlər indi çıxış yolu axtarırlar”.
 
Səslənən bu iddialara aydınlıq gətirmək üçün 171 saylı məktəbə dəfələrlə telefon açsaq da zənglərimizə cavab verən olmadı.
 
Xatırladaq ki, 171 saylı məktəblə bağlı mətbuatda mütəmadi tənqidi yazılar verilib. Belə ki, həmin yazılarda direktor sinif otaqlarının və ayaqyolunun təmiri üçün şagirdlərdən pul yığmaqda təqsirləndirilib.

Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM