Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi şərəfinə Azərbaycan Dövlət Musiqili Teatrında yazıçı-dramaturq Əli Əmirlinin "Nuri-didə Ceyhun” pyesi əsasında hazırlanan möhtəşəm tamaşasının premyerası teatr aləmində böyük əks-səda yaratdı.
Qurumun mətbuat xidmətindən bildirilib ki, ideya müəllifi Əməkdar incəsənət xadimi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Əliqismət Lalayev və quruluşçu rejissoru, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə olan bu tamaşa teatrsevərlərin böyük diqqət və marağına səbəb olub. Premyera haqqında teatrın rəsmi “Facebook” və “İnstaqram” səhifələrinə ürək sözlərini yazan izləyicilər xoş təəssüratlarını bildiriblər. Hətta Türkiyədən məhz bu tamaşanın sorağı ilə gəldiyini qeyd edən Mərmərə Universitetinin “Güzel Sanatlar” fakültəsinin tələbəsi Əlirza Şahbazi fikirlərini daha dolğun ifadə edib: “Mən saytlarda “Nuri-didə Ceyhun” tamaşasının premyerası barədə anonsu görəndə çox sevindim və məhz bunun üçün Bakıya gəldim. Cümhuriyyətimizin 100 illiyinin belə gözəl bir tamaşa ilə insanlara çatdılırması mənimçün gözlənilməz surpriz oldu. Həqiqətən də, yüz ilin haqqını verən bir tamaşa idi. Və mən bundan böyük zövq aldım... Əməkdar artist Pərviz Məmmədrzayevin xüsusi peşəkarlıqla belə bir tarixi şəxsiyyət, ictimai xadim - Ceyhun Hacıbəylinin obrazını canlandırması tədqirəlayiqdir.
Xüsusi ilə Türkiyədə iş birliyi etdiyim istedadlı aktyor Elçin İmanov ifa etdiyi Üzeyir Hacıbəyli obrazı ilə bizim bilmədiyimiz çox məqamlara aydınlıq gətirdi. Aktyor məharətlə dahi bəstəkarı təkcə ictimai xadim kimi deyil, həm də ailəcanlı, qayğıkeş və Ceyhun Hacıbəylini represiyanın təhdidlərindən qorumağa çalışan fədakar qardaş kimi tanıtdı. Əsər müəllifin və rejissorun fərqli araşdırmasının məhsuludur. Üzeyirin öz ailəsinə -ana, bacısı və qardaşına bu qədər həssas olmasını heç yerdən oxumamışdıq, bilmirdik və xoşbəxtəm ki, bu tamaşa vasitəsilə dahi şəxsiyyəti hərtərəfli tanımaq bizə nəsib oldu...
Mən dünyanın bir çox adlı-sanlı teatrlarında olmuşam, amma inanın ki, belə yüksək səviyyədə tamaşa görməmişəm. Səhnə quruluşu, dekorasiyalar, kostyumlar, balet, aktyorların mükəmməl performansı, səsləndirilən ölməz musiqi əsərləri... Bir sözlə, həmişə olduğu kimi, Musiqili Teatrın kollektivinin təqdimatı möhtəşəm idi. Sözsüz ki, Musiqili Teatr hər zaman səviyyəli tamaşalar hazırlayır. “Nuri-didə Ceyhun” da teatr tariximizdə növbəti uğurlu tamaşalar siyahısına daxil edilməlidir... İnandırım ki, Türkiyənin ən məşhur sənət adamları da
Musiqili Teatr haqqında danışarkən heyran olduqlarını gizlətmirlər... Hətta dəfələrlə bu barədə müzakirələr aparırlar, fikirlər səsləndirirlər.
Mən ümid edirəm ki, bu sanballı tarixi səhnə əsəri uzun illər tamaşaçıları Musiqili Teatra cəlb edəcək. Fikrimcə, “Nuri-didə Ceyhun” tamaşası türkdilli ölkələrdən başlayaraq dünya miqyasında təqdim edilməli, xaricdə yaşayan soydaşlarımıza göstərilməlidir...
Teatrın direktoru, dəyərli ziyalımız, Əliqismət Lalayevə və onun kollektivinə bu tamaşaya görə təşəkkürümü bildirirəm, Əliqismət müəllim istər ölkəmizdə, istərsə də onun hüdudlarından kənardakı Azərbaycan teatrlarının təqdimatında və inkişafında mükəmməlliyə üstünlük verən, gənc istedadlı kadrlara diqqət və qayğısını əsirgəməyən teatr xadimidir... Onun rəhbərliyi ilə belə bir teatrda işləmək çoxları kimi mənim də arzumdur. Mən bu tamaşadan sonra öz sənətimi daha da çox sevməyə başladım....”
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM