Yanvarın 9-da Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunları və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Trend-in məlumatına görə, bu barədə AzTV-nin saytında bildirilir.
Prezident İlham Əliyev 2013-cü ildə də Azərbaycanın uğurlu sosial-iqtisadi inkişafını davam etdirdiyini və beynəlxalq imicinin möhkəmləndiyini vurğulayıb. Dövlət başçısı BMT Təhlükəsizlik Şurasında iki illik fəaliyyəti dövründə respublikamızın beynəlxalq hüququ və ədaləti əsas götürərək daim prinsipial mövqe tutduğunu, ölkəmizin beynəlxalq nüfuzunun ötən müddətdə daha da artdığını qeyd edib.
Prezident İlham Əliyev 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında antiazərbaycan qüvvələrin ölkəmizə qarşı təşkil etdiyi kampaniyanın iflasa uğradığını bildirib.
Dövlət başçısı ötən il Azərbaycanda çoxlu sayda mötəbər beynəlxalq tədbirin keçirildiyini, müxtəlif ölkələrlə ikitərəfli münasibətlərin genişləndirilməsi və möhkəmləndirilməsi üçün hərtərəfli iş aparıldığını deyib.
Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədilə aparılan danışıqlarda Ermənistanın qeyri-konstruktiv mövqe tutması nəticəsində heç bir irəliləyişə nail olunmadığını vurğulayan Prezident İlham Əliyev ötən ilin sonunda bu prosesdə müəyyən canlanmanın müşahidə edildiyini bildirib.
Azərbaycanın dövlət büdcəsinin Ermənistanın dövlət büdcəsini 8 dəfə, ölkəmizin əhalisinin işğalçı dövlətin əhalisini 6 dəfə üstələməsi, Ermənistanın ağır sosial-iqtisadi vəziyyətdə olması faktlarına əsaslanan dövlətimizin başçısı bütün sahələrdə güclər nisbətinin respublikamızın xeyrinə olduğunu vurğulayıb.
Dövlət başçısı ötən il 20 min məcburi köçkünün hərtərəfli şəraitə malik olan mənzillərlə təmin edildiyini, bu ildə təxminən bir o qədər məcburi köçkün üçün yeni mənzillərin inşa ediləcəyini deyib.
Prezident İlham Əliyev 2013-cü ildə respublikamızda Ümumi Daxili Məhsulun təxminən 6%, qeyri-neft sektorunun 9,8%, əhalinin pul gəlirlərinin 8% artdığını və inflyasiyanın 2,4% təşkil etdiyini bildirib. Ötən il Azərbaycan iqtisadiyyatına rekord miqdarda - 28 milyard dollar investisiya qoyulduğunu deyən dövlət başçısı Azərbaycanın strateji valyuta ehtiyatının 50 milyard dollara çatdığını vurğulayıb.
Prezident İlham Əliyev qeyd edib ki, 2013-cü ildə ölkəmizdə 80 mini daimi olmaqla 110 min yeni iş yeri yaradılıb və işsizlik bir qədər də aşağı salınaraq 5% təşkil edib. Respublikamızda yoxsulluğun 5,3% səviyyəsində olduğunu deyən dövlət başçısı Azərbaycanın xarici dövlət borcunun Ümumi Daxili Məhsula nisbətdə cəmi 8% təşkil etdiyini və bunun dünya miqyasında ən yaxşı göstəricilərdən biri olduğunu vurğulayıb.
Prezident İlham Əliyev Davos Forumunun son açıqlamasına əsasən rəqabət qabiliyyətliliyinə görə dünyada 39-cu yerdə olan ölkəmizin bundan sonra da uğurlu sosial-iqtisadi inkişafını davam etdirəcəyini deyib. Dövlət başçısı 2013-cü ildə maaş və pensiyaların artırıldığını, MDB məkanında məhz Azərbaycanda Sovet dövründən qalan əmanətlərin kompensasiyasının ən qısa müddətdə və ən yüksək əmsalla reallaşdırıldığını vurğulayıb.
"İKT ili" elan edilən 2013-cü ildə Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılmasını tarixi nailiyyət kimi dəyərələndirən Prezident İlham Əliyev respublikamızda turizm və nəqliyyat sektorlarının inkişafı üçün də böyük işlər görüldüyünü bildirib. Dövlət başçısı inşası uğurla davam etdirilən Bakı-Tbilis-Qars dəmiryolunun 2015-ci ildə istismara veriləcəyinə ümidvar olduğunu qeyd edib. 2013-cü ildə TAP və "Şahdəniz-2" layihələri çərçivəsində əldə olunan uğurlara toxunan Prezident İlham Əliyev qlobal səviyyəli bu layihələrin reallaşmasında Azərbaycanın rolunu xüsusi vurğulayıb.
Prezident İlham Əliyev real siyasətə və görülən işlərə qiymət verərək ötən il onu yenidən dövlət başçısı seçən xalqımıza minnətdarlığını bildirib, bütün mötəbər qurumların seçkilərin azad, şəffaf və ədalətli şəraitdə keçdiyini rəsmi qaydada təsdiqlədiklərini bildirib.
Sonra maliyyə naziri Samir Şərifov, rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov, səhiyyə naziri Oqtay Şirəliyev çıxış ediblər.
İclasa yekun vuran Prezident İlham Əliyev ötən ildə əldə olunan uğurların 2014-cü ildə də davam etdirillməsi üçün investisiya proqramlarının genişləndirilməsinin, makroiqtisadi sabitliyin qorunmasının, iqtisadi islahatların və sahibkarlığa dövlət dəstəyinin davam etdirilməsinin, inflaysiyanın səviyyəsinin sabit saxlanılmasının vacibliyini vurğulayıb. Dövlət başçısı bu il qəbul ediləcək növbəti regional inkişaf və Bakı və ətraf qəsəbələrin inkişaf proqramlarının icrası ilə bağlı qarşıda yeni vəzifələrin durduğunu bildirib. Ölkənin əsas ərzaq məhsullarına olan tələbatının daxili imkanlar hesabına ödənilməsinin əsas məqsədlərdən biri olduğunu söyləyən Prezident İlham Əliyev bunun üçün meliorasiya və irriqasiya tədbirlərinin genişləndirilməsi, iri fermer təsərrüfatlarının yaradılması və kənd təsərrüfatı üçün yeni texniki vasitələrin alınması üçün vəsait ayrılması prosesinin davam etdirilməsi, torpaq fondunun uçotunun başa çatdırılması ilə bağlı müvafiq tapşırıqlarını verib.
Prezident İlham Əliyev 2014-cü ildə ölkə əhalisinin təbii qazla davamlı təchizatı, içməli su və kanalizasiya, həmçinin kənd yollarının inşası layihələrinin icrası ilə bağlı qarşıda duran vəzifələrdən danışıb.
Dövlət başçısı korrupsiyaya qarşı kompleks mübarizə tədbirlərinin 2014-cü ildə də davam etdiriləcəyini, bu sahədə öz səmərəliliyini artıq təsdiq etmiş "ASAN xidmət" şəbəkələrinin genişlənəcəyini vurğulayıb.
Prezident İlham Əliyev 2014-cü ili həm də 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına hazırlıqda həlledici il kimi səciyyələndirib.
Dövlət başçısı 2014-cü ilin "Sənaye ili" olacağını bildirib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM