Leyla Əliyeva Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalında iştirak edib

23:59 / 01.06.2018

İyunun 1-də Heydər Əliyev Mərkəzinin parkında Uşaq festivalı keçirilib.

Heydər Əliyev Fondunun təşəbbüsü, Təhsil Nazirliyinin, Heydər Əliyev Mərkəzinin və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən tədbirdə yüzlərlə azyaşlı, o cümlədən Bakıda və regionlarda fəaliyyət göstərən uşaq evlərinin sakinləri və internat məktəblərinin şagirdləri iştirak ediblər.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın festivala gəlməsi isə uşaqların bayram əhval-ruhiyyəsini daha da yüksəldib. Leyla Əliyeva uşaqlarla ünsiyyətdə olub, fotoşəkillər çəkdirib.

Festivalda hər kəs - balaca rəssamlar, rəqqaslar, idmançılar, musiqiçilər öz məharətlərini göstəriblər.

Qeyd edək ki, Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə keçirilən festival çərçivəsində balacalar üçün müxtəlif əyləncə proqramları təqdim olunub.

Heydər Əliyev Mərkəzinin parkı nağıllar və möcüzələr aləmini xatırladırdı.

Parkın ərazisi müxtəlif mövzular və əyləncə növləri üzrə bölünüb. Burada buz meydançası, rəqs meydanı, müxtəlif idman və incəsənət meydançaları yaradılıb. “Street art” - küçə incəsənəti üçün ərazidə uşaqlar asfalt üzərində, “Art” meydançasında isə molbertlərdə müxtəlif rəsmlər çəkiblər. Mərkəzin parkındakı göldə ilk dəfə olaraq qayıq yarışı keçirilib və kiçik avtomobillərlə ralli təşkil olunub, rollerdrom yaradılıb.

Uşaqlar arxeoloji meydançada şərti olaraq axtarış aparıb, qum altından müxtəlif arxeoloji tapıntı maketləri aşkar ediblər, “Safari turu”, “Mini ferma” zonalarında isə heyvanlar aləminə səyahət ediblər. Azyaşlılar safarinin vəhşi heyvanlarının maketləri ilə tanışlıqla yanaşı, “Mini ferma”da bir sıra heyvanlarla canlı ünsiyyətdə olublar.

“Art dəfilə” zonasında Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində təhsil alan istedadlı uşaqlar özlərinin əl işləri olan geyim nümunələrini təqdim ediblər.

Labirint zonasında balacalar səmti müəyyənetmə idmanı ilə məşğul olub, vaxtlarını şən və maraqlı keçiriblər. Uşaqlar, həmçinin şahmat oynayıb, idmanın müxtəlif növləri – futbol, basketbol, voleybol, gimnastika, taekvondo, cüdo, atletika və qılıncoynatma üzrə master-klaslarda iştirak edib, öz bacarıq və qabiliyyətlərini nümayiş etdiriblər. Estafet meydançasında isə balacalar mini qolf və oxatma ilə məşğul olub, həmçinin özlərini intellektual yarışlarda sınayıblar.

Festival çərçivəsində Azərbaycan Avtomobil Federasiyası uşaqlar üçün yol hərəkəti qaydalarına dair təlim təşkil edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin guşəsində interaktiv oyunlar və əyləncəli müsabiqələr təşkil olunub. Uşaqlar tərəfindən maraqla qarşılanan müsabiqələrdə qaliblərə və iştirakçılara müxtəlif hədiyyələr təqdim edilib.

 

Eyni zamanda, parkda uşaqlar üçün müxtəlif maraqlı attraksionlar – batutlar, sürüşkənlər, karusellər, yelləncəklər də quraşdırılıb.

Cizgi filmlərinin qəhrəmanlarının (maskotlar) iştirakı ilə keçirilən “Disney parad” nağıllar aləmini daha da zənginləşdirib. Uşaqlar sevimli personajları ilə görüşüb, onlarla birlikdə əyləniblər.

Həmçinin azyaşlılar üçün konsert proqramı təşkil olunub. Konsertdə uşaq yaradıcılıq mərkəzləri və studiyaları müxtəlif mahnılar, rəqslər, səhnəciklər təqdim ediblər.

Bakıdakı və regionlardakı uşaq evləri və internat məktəblərinin yaradıcı yetirmələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlar isə rəqs nömrələri, müxtəlif əl işlərini nümayiş etdiriblər.

Festivalda “İmaginarium”, “The Entertainer” mağaza şəbəkələri, “Bolshoy prazdnik” və “Studyland” uşaq mərkəzi və “Megafun” əyləncə mərkəzinin təqdim etdiyi müxtəlif attraksionlar, animatorlar olub.

Uşaqlar üç saat ərzində bayramlarını bol əyləncələrlə qeyd etməklə yanaşı, istedad və bacarıqlarını da nümayiş etdirib, həm də yeni-yeni dostlar qazanıblar.

Mərkəzin parkı həm əyləncə, həm də bir yaradıcılıq məkanı kimi uşaqların ixtiyarında olub. Festivalda əl işi ilə (string-art növündə) çıxış edən Pərvan Abasquliyev həmyaşıdlarını hər gün bu cür bayram əhval-ruhiyyəsində görmək arzusunda olduğunu söyləyib.

Beş nömrəli internat məktəbindən Mələknur İsmayılzadə və Aqşin Rzayev festivala düzəltdikləri kuklalarla gəlmişdilər. Bu fidan balalar həm özlərinin, həm də bacı-qardaşlarının böyüyəndə ali məktəblərə daxil olmasını arzu edirlər. “Bu gün burada doyunca əyləndim, buz meydançasından isə daha çox xoşum gəldi”, - deyən Səma Quliyeva da həmyaşıdlarını bayram münasibətilə təbrik edib.

Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin əmək təlimi müəllimi Ruhəngiz Rəhimova bu festivalı dövlətimizin uşaqlara yüksək qayğısının daha bir nümunəsi kimi dəyərləndirdiyini, əyləncələrin uşaqlara unudulmaz bayram sevinci yaşatdığını vurğulayıb.

Qeyd edək ki, uşaq hüquqlarının təmin edilməsi ölkəmizdə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Bu siyasətin uğurla reallaşdırılmasına Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva hərtərəfli dəstək verir. Ulu Öndərin adını daşıyan Fond yarandığı ilk gündən uşaqlara xüsusi diqqət və qayğı ilə yanaşır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva mütəmadi olaraq uşaqlarla görüşür, onların təlim-tərbiyəsi ilə maraqlanır, uşaqlar və yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün keçirilən müxtəlif tədbirlərdə və proqramlarda onlarla birgə olur.

Heydər Əliyev Mərkəzinin parkındakı festival iyunun 2-də də saat 16-dan 19-dək davam edəcək. Əraziyə giriş və əyləncə qurğularından istifadə pulsuzdur.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM