İyunun 2-də Azərbaycan mülki aviasiyasının 80 yaşı tamam olur. Bu 80 il ərzində Azərbaycan aviasiyası ən sadə təyyarələrdən başlamış praktiki olaraq Yer kürəsinin istənilən nöqtəsinə birbaşa uça bilən müasir hava laynerlərin istifadəsinə qədər böyük yol keçib. Əlamətdar haldır ki, aviasiyanın yubileyi ölkəmizin inkişafının yeni dövrünə təsadüf edib və Azərbaycan Xalq Cümhuriyyətinin 100 iliyi ilə eyni vaxtda düşüb. Azərbaycan Xalq Cümhuriyyətinin baniləri firavan, sabit, müasir və müstəqil dövlət qurmağı arzu edirdilər.
Azərbaycanın müasir aviasiyasının strukturu və vəziyyəti barədə statistik məlumatları, habelə ölkəmizdə mülki aviasiyanın inkişafına aid tarixi materialları “Azərbaycan Hava Yolları” (AZAL) Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski təqdim edib.
Azərbaycan mülki aviasiyasının inkişaf tarixindən
Azərbaycan Milli Aviasiyasının tarixi 1938-ci il iyunun 2-dən başlanır. Həmin gün Xalq Komissarları Sovetinin qərarı ilə Bakı aviaqrupu mülki aviasiyanın müstəqil struktur vahidinə çevrilib. Lakin Bakıda təyyarələrdə ilk uçuşlar hələ 1910-cu ildə qeydə alınıb. O vaxt rus aviatoru və təyyarə sınaqçısı Sergey Utoçkin tərəfindən Balaxanı şosesi səmasında “Farman” tipli aeroplanda həyata keçirilmiş 4 nümunəvi uçuş Bakı səmasında ilk uçuş kimi tarixə düşüb. Sonradan ölkəmizdə təyyarədə uçuşların sayı artıb və mütəmadi xarakter alıb. 1910-cu ildən başlayaraq Bakıda və Yevlaxda aerodromlar tikilib istifadəyə verilib, Bakıda aviamodelçilik geniş miqyas alıb.
...1915-ci ildə Peterburq dəniz aviasiyası zabitləri məktəbinin Bakı filialı fəaliyyətə başlayıb. 1923-cü ildə “Yunkers” təyyarəsində Bakı-Tbilisi-Bakı marşrutu üzrə ilk sərnişindaşıma reysi həyata keçirilib, 1928-ci ildə respublikada ikinci beynəlxalq reys - Xarkov-Bakı-Pəhləvi marşrutu açılıb. 1933-cü ildə Bakıda “Binə” aeroportunun tikintisi başa çatıb. 1937-ci ildə Bakı-Moskva marşrutu üzrə müntəzəm reyslər açıldı, aviatraslar şəbəkəsi genişləndi: Bakı-Moskva, Bakı-Xarkov, Bakı-Rostov, Bakı-Qroznı. Respublika daxilində Zaqatalaya, Şəkiyə və Naxçıvana təyyarələr uçurdu. Ölkədə aerodromlar tikilir, infrastruktur şəbəkəsi genişlənir, aviasiya məktəbləri və aeroklublar yaradılırdı.
1965-ci ilə qədər Bakıda yeni aeroport tikintisi və uçma-enmə zolağının modernləşdirilməsi üzrə xeyli iş görüldü. Yeni avilaynerlər və aeroportun yeni imkanları sayəsində Moskva, Kiyev, Sverdlovsk (indiki Yekaterinburq), Kuybışev (indiki Samara), Daşkənd, Novosibirsk ilə müntəzəm hava rabitəsi yaratmaq mümkün oldu. 1955-ci ilə qədər Bakı aeroportunda təyyarələrin uçması və enməsi vizual nəzarət əsasında həyata keçirilirdi. İndi isə nəzarət üçün RLS-dən istifadə edilir.
1969-cu ildə ümummilli lider Heydər Əliyev respublikanın rəhbəri təyin ediləndən sonra Azərbaycan mülki aviasiyasının inkişafında yeni səhifə açıldı. Həmin dövrdə Azərbaycanın aviasiyası yeni səviyyəyə çıxdı.
O illərdə mülki aviasiyanın bütün sektorları – həm Bakı ilə SSRİ-nin digər iri şəhərləri arasında sərnişin daşınmasının nəzərdə tutulduğu böyük aviasiya, həm də el arasında “kukuruznik” deyilən, kənd təsərrüfatı təyinatlı helikopter nəqliyyatı inkişaf edirdi.
Yevlaxda və Zabratda etibarlı işləməsi ilə fərqlənən “AN-2” “kukuruznik”lərindən ibarət aviasiya dəstələri yaradıldı. Bu helikopterlər qısa məsafələrə uçuşlar da keçirirdilər. Lakin az sonra Azərbaycanda “YAK-40” tipli yeni təyyarələr yarandı. Həmin dövrdə bu təyyarələr sovet aviasiya sənayesinin yerli xətlər üçün təklif edə biləcəyi ən yaxşı laynerlər idi.
Planlı sovet iqtisadiyyatı şəraitində Bakı aviasiya dəstəsi üçün yeni laynerləri və onların tamdəyərli istismarı üçün tələb olunan bütün başqa vasitələri mərkəzdən “qoparmaq” heç də asan məsələ deyildi. Heydər Əliyev dərhal bu məsələni həll etdi və Bakıda müasir reaktiv laynerlərin istismarının mənimsənilməsi üzrə işlər başlandı.
Bu gün öz yerini “Boeing” və “Airbus” laynerlərinə güzəşt etmiş “TU-154” təyyarələri artıq tarixə qovuşub, lakin təyyarəçilər “TU-154”ləri həmişə səmimiyyətlə xatırlayırlar. Axı məhz həmin təyyarələr mülki aviasiyanı etibarlılıq və səmərəlilik baxımından tamamilə yeni səviyyəyə çatdırıblar.
Aviasiyanın Qarabağ salnaməsi
1992-ci il aprelin 8-də Qarabağ səmasına qalxan “SU-25” qırıcı təyyarəsi erməni işğalçılarının mövqelərinə raket zərbələri endirdi. Bu təyyarənin şturvalı arxasında baş leytenant Vaqif Qurbanov əyləşmişdi. Yeni nəslə aid ilk azərbaycanlı hərbi pilot, Borisoqlebski aviasiya məktəbinin məzunu Vaqif Qurbanov və onun dostları bu təyyarənin qaçırılması planını reallaşdırdılar. Çoxsaylı döyüş uçuşları keçirmiş Qurbanov düşmənin yerüstü obyektlərini məhv etmiş, bir erməni təyyarəsini və Ermənistan tərəfdə döyüşən Rusiya hərbi helikopterini vurmuşdu. 1992-ci il iyunun 14-ü Vaqif və onun döyüş maşını üçün sonuncu gün oldu. Onun idarə etdiyi “SU-25” qeyri-bərabər döyüşdə düşmən tərəfindən vuruldu. Vaqif Qurbanovun igidliyi və qəhrəmanlığı Vətənə və doğma xalqa fədakarcasına məhəbbətin parlaq nümunəsi kimi yaddaşlarda qalacaq.
... 1992-ci il yanvarın 28-də blokadada olan Şuşaya Ağdamdan sərnişin daşıyan “Mİ-8” mülki təyyarəsi Şuşa ətrafında ermənilərin mövqelərindən buraxılmış raketlə vuruldu. Zabrat aviasiya dəstəsinin pilotu Viktor Seryoqinin idarə etdiyi bu helikopterdəki 44 nəfərin hamısı – bütün sərnişinlər də, heyət üzvləri də həlak oldu...
...Pilot Yavər Əliyev və onun aviator dostları Zakir Əliyev, Xanlar Səttarov, Edison Həsənov və Mirməmməd Ağayev “Mİ-24” helikopterlərindən ibarət döyüş eskadrilyası yaratdılar. Artıq müharibədə təcrübə toplamış bu aviadəstəyə daxil olan təyyarəçilər döyüş uçuşları keçirir, aşağı hündürlükdən ermənilərin mövqelərinə zərbələr endirirdilər. Azərbaycan silahlı qüvvələrinin helikopter aviasiyasının tarixi məhz bu eskadrilyadan başlanıb.
Bu gün Azərbaycanın Milli Qəhrəmanları Yavər Əliyev, Fəzail Bayramov, Sergey Sinyuşkin, Bayram Muxtarov, Əsəd Əsədov, Zakir Məcidov və başqalarının adları Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb. Hərbi helikopterin 19 yaşlı atıcı pilotu Cavanşir Rəhimov isə Azərbaycanın ən gənc Milli Qəhrəmanıdır.
Mülki aviasiyanın inkişafının müasir dövri
“Azərbaycan Hava Yolları” milli aviaşirkəti - AZAL - postsovet məkanında mülki aviasiya sahəsində aparıcı şirkətlərdən biridir. Müasir donanma, təyyarə göyərtəsində göstərilən xidmətlərin yüksək səviyyəsi, uçuşların geniş coğrafiyası və uğurlu tarif siyasəti milli aviadaşıyıcıya ölkənin əsl qürur mənbəyi olmağa imkan vermişdir.
AZAL - beynəlxalq aviasiya birliyinin üzvüdür. Hər il iki milyondan çox sərnişin aviaşirkətin xidmətlərindən istifadə edir.
AZAL-ın aviaparkı
AZAL-ın hava gəmiləri parkı müasir və texnoloji cəhətdən mükəmməl “Boeing” və “Airbus” təyyarələrindən ibarətdir. Milli aviadaşıyıcının donanmasına həmçinin yeni “Boeing 787 Dreamliner” təyyarələri daxildir. Ən son texnologiya əsasında yaradılan bu laynerlər sərnişinlərə uzaq magistrallı reyslərdə yüksək komfort təklif edir.
“Azərbaycan Hava Yolları”nın donanmasına həmçinin iri tutumlu geniş füzelyajlı iki ədəd “Airbus A340-500” təyyarəsi daxildir. Bu rahat avialayner demək olar ki, bütün dünya üzrə istənilən təyinat məntəqəsinə heç bir dayanacaq olmadan uçmağa qadirdir. Geniş salonu isə həm ekonom, həm də biznes sinifdə səyahətin maksimum rahat keçməsinə imkan verir.
Yaxın zamanda “Azərbaycan Hava Yolları”nın təyyarə parkına orta magistrallı yeni nəsil “Boeing 737 MAX” təyyarələri əlavə olunacaq. Bu AZAL-a Avropada, Asiyada və Yaxın Şərqdə istiqamətlərin coğrafiyasını genişləndirməyə imkan verəcək.
Bu təyyarənin hazırlanmasında istifadə olunmuş son texnologiyalar xidmət xərclərini minimallaşdıracaq, bu da uçuşları daha əlçatan edəcək.
AZAL-ın göyərtəsində yüksək səviyyədə xidmət
“Azərbaycan Hava Yolları” ilə səyahət sərnişinlərə ən parlaq təəssüratlar və xoş emosiyalar bəxş edir. Müxtəlif çeşiddə soyuq və isti yeməklər, daim yenilənən bort əyləncə sistemi, sıraları arasında geniş sahəsi olan rahat oturacaqlar – ölkəmizin vətəndaşlarının milli aviadaşıyıcıya nə üçün üstünlük verməsinin səbəblərindən bəziləridir.
"Azərbaycan Hava Yolları"nın sürətli yüksəlişi
Dinamik və uğurlu inkişaf, mükəmməl xidmət və geniş xidmət çeşidini təkcə sərnişinlərin rəyləri deyil, həmçinin dünya reytinqləri də təsdiqləyir. Bütün dünyada hava limanları və aviaşirkətlərin keyfiyyət standartlarının peşəkar unifikasiya edilmiş təsnifat sistemi ilə seçilən “Skytrax” nüfuzlu beynəlxalq konsaltinq təşkilatı “Azərbaycan Hava Yolları”nı mümkün 5 ulduzdan “4 ulduz” reytinqinə layiq görüb.
İlk milli loukoster “Buta Airways”
2016-cı ilin dekabr ayında “Azərbaycan Hava Yolları”nın nəzdində ölkədə “Buta Airways” ilk aşağı büdcəli aviaşirkət yaradılıb. 2017-ci ilin sentyabrında isə milli loukoster ən tələb olunan istiqamətlərə uçuşlar yerinə yetirməyə başlayıb. Bu gün “Buta Airways”in marşrut şəbəkəsinə yaxın xaric və Avropa ölkələri daxildir. “Buta Airways” aviaşirkətinin donanması Braziliya istehsalı olan yeni “Embraer E-190” təyyarələrindən ibarətdir. Bütün dünyanın bir çox digər loukosterlərindən olduğundan fərqli olaraq, bu hava gəmiləri yüksək komfortlu yerlər, ayaqlar üçün geniş sahə və geriyə açıla bilən oturacaqlar kimi imkanlara sahibdir. Bundan başqa, loukosterin bütün reyslərində pulsuz yemək - sendviç və su verilir.
Heydər Əliyev Beynəlxalq Aeroportu - Azərbaycanın hava qapıları
Heydər Əliyev Beynəlxalq Aeroportu (IATA-kod: GYD) - Azərbaycanın əsas hava limanıdır. Aeroport hər il 50-dən çox istiqamət üzrə dörd milyondan çox sərnişinə xidmət göstərir. Bu, AZAL milli aviadaşıyıcısı və “Buta Airways” loukosterinin baza aeroportudur. 2014-cü ildə inşa olunan yeni aerovağzal kompleksi “Terminal 1” dünyanın ən gözəl terminallarından biri adlanır. Aeroport bütün növ hava gəmiləri, o cümlədən ən böyük “Airbus A380” sərnişin təyyarəsini qəbul etməyə və ona xidmət göstərməyə qadirdir. Heydər Əliyev Beynəlxalq Aeroportu bu yaxınlarda nüfuzlu “Skytrax” auditor şirkətinin ən yüksək “5 Ulduz” qiymətinə layiq görülüb. Bu ən yüksək qiymət Heydər Əliyev Beynəlxalq Aeroportundan başqa cəmi 8 aeroporta verilib.
Azərbaycan paytaxtının hava limanı ardıcıl olaraq iki il - 2017 və 2018-ci illərdə - sərnişinlərin rəyləri və göstərilən xidmət səviyyəsinə görə MDB ölkələrinin bütün hava limanları arasında ən yaxşı aeroport adlandırılmışdır. Müstəqil bloqqerlər və KİV Bakı aeroportunu dəfələrlə "memarlıq incisi" adlandırıb, sərnişinlər isə internetdə hava limanının həm xarici görünüşü, həm də yüksək xidmət səviyyəsindən heyranlıq dolu rəylər yazırlar.
Avropa və Asiya arasında əlaqələndirici mərkəz
Heydər Əliyev Beynəlxalq Aeroportunun ərazisində Azərbaycan ərazisi üzərində hava hərəkətinin idarəsi üzrə əsas mərkəz yerləşir. “Azəraeronaviqasiya” kompleks – AZANS – 66 metr hündürlüyündə qüllədən ibarət binadır. Buradan həm hava limanının ərazisində, həm də bütün ölkənin hava məkanı daxilində hava hərəkəti idarə olunur.
AZANS HHİ və “Azərbaycan Hava Yolları”nın tərkibində regionda yeganə olan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzi fəaliyyət göstərir. O, Brüsseldə yerləşən Avropa Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi (Eurocontrol) və Sinqapurda yerləşən Hava Hərəkəti Axınının İdarəetmə Mərkəzi arasında hava hərəkəti axınlarının əsas planlaşdırma mərkəzidir. ASEC sayəsində Azərbaycan həm “Eurocontrol”un, həm də Asiyanın Hava Axınları Planlaşdırma Mərkəzinin strateji tərəfdaşı rolunu oynayacaq. Analoji mərkəzdən postsovet məkanında və Yaxın Şərq ölkələrində yoxdur.
Baku Cargo Terminal - İpək Yolunun əsas qovşağı
Heydər Əliyev Beynəlxalq Aeroportunda tikilən yeni yük terminalı Amerika və Avropadan Asiyaya, Asiyadan isə Amerikaya və Avropaya göndərilən yüklər üçün Azərbaycana tranzit məntəqəsi olmaq imkanı verdi ki, bu da "İpək Yolu" layihəsinin ayrılmaz hissəsidir. Bakı Yük Terminalının ümumi sahəsi 24 800 kvadratmetr təşkil edir. Perronun ümumi sahəsi - 163 000 kvadratmetrdir. Yük terminalında xüsusi temperatur rejimi tələb edən yüklərin bütün növlərinin, o cümlədən dərman preparatları, bitki və heyvan mənşəli yüklərin saxlanılması və emalı mümkündür.
“Silk Way Airlines” - dünya səviyyəli yük aviadaşıyıcısı
“Silk Way Airlines” milli yük aviadaşıyıcısı Bakıdan Avropa, Asiya, Afrika və Şimali Amerikaya 50-dən çox istiqamət üzrə birbaşa mütəmadi uçuşlar həyata keçirir. Aviaşirkəti donanmasına ən iritutumlu yük təyyarələri – “Boeing 747-8 Freighter” daxildir.
“Silk Way Technics”
Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşən “Silk Way Technics” mühəndis-texniki kompleksi və anqarı Azərbaycan aviaşirkətlərinin donanmasında olan hava gəmilərinin bütün növlərinə xidmət göstərir. Postsovet məkanında aparıcı texniki xidmət mərkəzlərindən biri olaraq, bu gün “Silk Way Technics” texniki xidmət üzrə təsdiqlənmiş təşkilatdır və Azərbaycan (SCAA), Avropa (EASA), ABŞ (FAA), Bermud adaları (BCAA), Qətər (QCAA) və Küveytin (DGCA) aviasiya hakimiyyətlərinin sertifikatlarına malikdir.
Şirkət bütün növ hava gəmilərinə xidmət göstərilməsi üçün öz texniki imkanlarını artırmağa davam edir.
“Silk Way Helicopters Services”
Abşeron yarımadası ərazisində, Zabrat qəsəbəsi yaxınlığında eyni adlı hava limanı fəaliyyət göstərir. Burada Azərbaycanın ən iri vertolyot aviaşirkəti “Silk Way Helicopter Services” yerləşir. Aviaşirkətin hava donanmasına müasir “Sikorsky S-92”, “Super Puma AS332”, “Dauphin EC 155B1”, “Agusta Westland”, “MI-171” helikopterləri, həmçinin Milli Aviasiya Akademiyasının pilotlarının təlim uçuşları keçdiyi “Cessna 172S”, təyyarələri daxildir. Bundan əlavə, “Silk Way Helicopter Services” helikopterlərin mühərriklərinə tam texniki xidmət göstərilməsi üçün demək olar ki, bütün müasir sertifikatlara malikdir.
“Silk Way Business Aviation”
Şəxsi aviadaşıma xidmətləri mülki aviasiyada xüsusi yer tutur. Müasir və dəbdəbəli təyyarələrdən ibarət donanmaya malik “Silk Way Busiess Aviation” aviaşirkəti işgüzar aviasiya sahəsində xidmətlərin tam spektrini təqdim edir. Təcrübəli personal xüsusi olaraq VİP-xidmət göstərir.
“Silk Way Business Aviation” praktiki olaraq dünyanın istənilən guşəsinə çarter reysləri yerinə yetirir. Avropa İşgüzar Aviasiya Assosiasiyasının (European Business Aviation Association) üzvü kimi, uçuşların təhlükəsizliyi və təyyarə göyərtəsində ən yüksək səviyyədə xidmət aviaşirkət üçün prioritetdir. Aviaşirkətinin donanması yeni G650 model də daxil olmaqla müasir “Gulfstream” təyyarələrindən, həmçinin VIP-konfiqurasiyalı Airbus və ATR təyyarələrindən ibarətdir.
Azərbaycanın regional aeroportları
Bakının əsas hava limanı ilə yanaşı, Azərbaycanda daha altı hava limanı fəaliyyət göstərir ki, onlardan beşi beynəlxalq status alıb. Bu, Naxçıvan, Gəncə, Qəbələ, Zaqatala və Lənkəran hava limanlarıdır. Son bir neçə il ərzində onlar modernləşdirilib, yeni naviqasiya avadanlığı ilə təchiz olunub və beynəlxalq standartlara uyğunlaşdırılıb. Azərbaycanın regionlarından yaxın xaric ölkələrinin şəhərlərinə müntəzəm uçuşlar həyata keçirilir. "Azərbaycan Hava Yolları" milli aviadaşıyıcısı uçuşların coğrafiyasını genişləndirməyi planlaşdırır.
Milli Aviasiya Akademiyası
"Azərbaycan Hava yolları" yanında Milli Aviasiya Akademiyası mülki aviasiya sahəsində ölkədə ilk və ali təhsil ocağıdır. MAA ICAO-nun (International Civil Aviation Organization) mülki aviasiya üzrə təhsil müəssisələrinin reyestrinə daxildir, həmçinin Dövlətlərarası Aviasiya Komitəsinin aviasiya mütəxəssislərinin hazırlanması üzrə Əlaqələndirmə Şurasının və mülki aviasiya ali təhsil müəssisələrinin metodoloji birliyinin üzvüdür. Akademiya ECAC (European Civil Aviation Conference) təhsil müəssisələri şəbəkəsinin bir hissəsidir, həmçinin IATA (International Air Transport Association) təşkilatı tərəfindən hava yolu ilə təhlükəli yüklərin daşınması üzrə regional tədris mərkəzi statusuna malikdir. Milli Aviasiya Akademiyasında fəaliyyət göstərən Aviasiya Muzeyinin fondunda 6 min eksponat saxlanılır.
Pilotların hazırlıq mərkəzi
Milli Aviasiya Akademiyasında “AZAL Training Center” aviasiya təlim mərkəzi yerləşir. O, hava gəmiləri heyətinin və yerüstü personalın ilkin hazırlığının müxtəlif növləri, peşə təlimi və ixtisasartırmasının keçirilməsini təmin edən müasir tədris bazasıdır. Mərkəzdə hazırlıq yüksək ixtisaslı müəllim heyəti, o cümlədən dünyanın aparıcı təhsil mərkəzlərində hazırlaşan təlimatçılar tərəfindən həyata keçirilir. Pilotların hazırlıq mərkəzi müasir aviasiya trenajorları ilə təchiz edilib. Peşə hazırlığı sayəsində Azərbaycan aviaşirkətlərinin pilotları haqqında yalnız ən yaxşı rəylər yazılır, Azərbaycanın mülki aviasiyası isə öz uçuş heyəti ilə fəxr edir.
Biz ölkəmizin bütün aviatorlarını şanlı yubiley münasibətilə təbrik edir, onlara dinc və aydın səma arzulayırıq. Qoy işləri həmişə uğurlu, hava üçün münasib, dispetçerlə əlaqə yaxşı səviyyədə olsun.
Strategiya.az
KOBİA və Qlobal Sahibkarlar Şəbəkəsi arasında əməkdaşlıq genişlənir
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM