"ABŞ və Azərbaycan münasibətlərində yeni mərhələ başlayır".
Bunu Strategiya.az-a Milli Məclisin deputatı Elman Nəsirov ABŞ Prezidenti Donald Trampın Azərbaycanın dövlət başçısı İlham Əliyevə ümvanladığı məktubların ikitərəfli münasibtlərin gələcəyi baxımından nə vəd etməsi ilə bağlı məsələyə münasibət bildirərkən deyib.
Ortaq mövqedən çıxış edirik
Onun sözlərinə görə, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi xarici siyasət kursunun təsir istiqaməti ikitərəfli münasibətlər formatıdır: "İkirərəfli münasibətlər yüksək səviyyədə olanda çoxtərəfli münasibətlər də inkişaf edir. Azərbaycanın ikitərəfli münasibətlərində ABŞ-la əlaqələr xüsusi yerə və rola malikdir. ABŞ-la münasibətlərimiz xarakter etibarı ilə strateji məzmun kəsb edir. Fundamental məsələlərdə bizim mövqelərimiz üst-üstə düşür. Xüsusilə təhlükəsizlik məsələlərində, beynəlxalq terrorçuluqla mübarizə məsələlərində ortaq mövqedən çıxış edirik".
Obamadan fərqli olaraq Tramp…
Deputat xatırladıb ki, ABŞ-ın keçmiş Prezidenti Barak Obamanın hakimiyyəti dövründə rəsmi Vaşinqton Cənubi Qafqaz regionuna öz xarici siyasətinin periferiyası, bir ucqarı kimi baxırdı, strateji növqteyi-nəzərdən bölgəyə qiymət vermirdi: "ABŞ-ın indiki Prezidenti Donald Tramp isə kifayət qədər praqmatik siyasətçidir. Biznesdə olduğu kimi, siyasətdə də öz praqmatik mövqeyi ilə diqqəti cəlb edir. O, Cənubi Qafqaz bölgəsinin hansı xüsusiyyətlərə malik olduğunu, regionun nə qədər mürəkkəb olduğunu, hansı coğrafiya ilə əhatə olunduğunu, bölgənin həlledici dövlətinin Azərbaycan olduğunu, eyni zamanda Azərbaycanın burada sabitləşdirici rol oynadığının fərqindədir. Bu baxımdan Trampın Azərbaycana münasibətdə loyal siyasətinin konturlarını izləyə bilirik".
Trampın 3 məktubu
E. Nəsirov qeyd edib ki, həmin fikirlərin təsdiqi kimi D. Tramp qısa müddət ərzində Azərbaycan Prezidentinə artıq üçüncü dəfədir məktubla müraciət edir: "Həm İlham Əliyevi növbəti dəfə Prezident seçilməsi münasibətilə təbrik edib, həm Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi ilə bağlı təbrik ünvanlayıb, həm də Bakıda keçirilmiş Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin 25 illiyi və Cənub Qaz Dəhlizinə ilk qazın verilməsi münasibətilə təbrik edib".
Məktublar ölçülüb-biçilib
Onun sözlərinə görə, məktubların məzmunu ilə tanış olduqda belə qənaətə gəlmək olar ki, D. Tramp Azərbaycanın ilk növbədə firavan və inkişaf edən ölkə olduğunun, ölkə iqtisadiyyatının qlobal iqtisadiyyatın mühüm tərkib hissəsi olduğunun, Azərbaycanın dünyanın enerji bazarında sabitləşdirici rol oynamasının fərqindədir: "Bunlar çox böyük məna daşıyan mövqelərdir. Nəzərə almaq lazımdır ki, fövqəldövlətin Prezidentinin Azərbaycanın dövlət başçısına ünvanlanan məktubu hazırlanarkən burada hər bir fikir və cümlə dəfələrlə ölçülüb-biçilir, artıq süzgəcdən keçirildikdən sonra yazılır. Hesab edirəm ki, məktublarda hər bir fikrin böyük mənası var, xüsusilə Azərbaycanın dünya enerji bazarında sabitləşdirici rol oynaması ilə bağlı fikirlər çox böyük dəyərə malikdir".
Erməni ekspertlər baş sandırırlar
Millət vəkili diqqətə çatdırıb ki, eyni zamanda bu kontekstdə məktublardan bəlli olur ki, ABŞ Prezidenti beynəlxalq sülh və enerji təhlükəsizliyinə, qlobal iqtisadiyyatın inkişafına böyük töhfə verən Azərbaycanın çox mürəkkəb problemlə üz-üzə qaldığının da fərqindədir: "Söhbət Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsindən gedir. Tramp bu münaqişənin region üçün çox ciddi təhlükə törətdiyinin fərqindədir. Bu baxımdan ABŞ Prezidenti məktubunda yaxın aylarda Qarabağ münaqişəsinin həllində müsbət proseslərin gedəcəyinə işarə edib. Rəsmi Vaşinqton bu prosesə çox ciddi səylər göstərəcəyinə ehyam vurub. Bunlar çox vacib məqamlardan biridir. Təsadüfi deyil ki, məktubda əks olunmuş bu fikir hazırda Ermənistanda çox ciddi müzakirə mövzusuna çevrilib. Erməni ekspertlər baş sandırırlar ki, yaxın zamanlarda Qarabağ münaqişəsinin həlli ilə bağlı müsbət proseslərin gedəcəyini deyəndə Tramp nəyi nəzərdə tutur. Azərbaycana münasibətdə xoş sözlər söylədikdən sonra münaqişə ilə bağlı belə fikir deməklə görəsən Vaşinqtonun hansı planları var və o, nə dərəcədə Ermənistanın əleyhinə ola bilər?".
Trampın regiona diqqəti artıb
Onun sözlərinə görə, istənilən halda dəyişməz həqiqət ondan ibarətdir ki, ABŞ Prezideni Azərbaycanın regiondakı yerinə və roluna yüksək qiymət verir, Azərbaycanla əməkdaşlıq etməyə maraqlı olduğunu, Azərbaycan Prezidentinin həyata keçirdiyi daxili və xarici dəstəklədiyini ifadə edir: "Düşünmək olar ki, ABŞ və Azərbaycan münasibətlərində yeni mərhələ başlayır. Tramp özünün xarizmatikliyi və praqmatikliyi ilə dərk edir ki, Cənubi Qafqaz strateji əhəmiyyətli zonadır. Yaxın Şərq bölgəsi uzun müddət ABŞ-n xarici siyasətində prioritet olub. Cənubi Qafqaz isə Yaxın Şərqin qonşuluğunda yerləşir. Bu baxımdan Trampın bu regiona diqqəti və marağı artıb. Daha açıq desək Rusiya və İran faktoruna görə Cənubi Qafqaz Tramp üçün böyük məna kəsb edir. Eyni zamanda Tramp yaxşı bilir ki, Cənubi Qafqazın əsas dövləti olan Azərbaycan müstəqil siyasət yeridir. Prezident İlham Əliyevin yeritdiyi müstəqil xarici siyasət nəticəsində dünyada ölkəmizə böyük rəğbət və ehtiram var".
İlham Əliyevə təzyiq göstərirdilər
E. Nəsirovun fikrincə, bu baxımdan Tramp fərqindədir ki, ABŞ-ın Azərbaycanla münasibətlərinin inkişafı hər iki ölkənin maraq dairəsindədir və heç bir halda üçüncü tərəfi hədəf almayıb: "Yəni Bakı-Moskva münasibətlərinin inkişafı Vaşinqtonun əleyhinə deyil. Bunu Tramp çox gözəl bilir. Eyni zamanda Tehran və Moskvada da çox gözəl bilirlər ki, ABŞ-Azərbaycan münasibətlərinin inkişafı onların əleyhinə ola bilməz. Azərbaycan Prezidenti bunu dəfələrlə öz əməli addımları ilə təsdiq edib. 2006-cı ildə Prezident İlham Əliyev ABŞ-a ilk dəfə rəsmi səfərdə olarkən ABŞ-İran münasibətləri kritik həddə çatmışdı, hətta Azərbaycan Prezidentinə müəyyən mənada təzyiq göstərmək istəyirdilər ki, Azərbaycan ərazisindən İrana qarşı hansısa hərbi addımlar atsınlar. Lakin o zaman İlham Əliyev birmənalı və qətiyyətli mövqe bildirdi ki, heç bir halda Azərbaycan ərazisindən qonşu İrana qarşı istifadə edilə bilməz. Belə də oldu. Hesab edirəm ki, İranda Azərbaycan Prezidentinin bu qətiyyətli mövqeyini unutmayıblar".
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM