Elmar Məmmədyarov Nyu-Yorkda Antonio Quttereşlə görüşüb

13:12 / 02.06.2018

Xarici işlər naziri Elmar Məmmədyarov Nyu-Yorka səfəri çərçivəsində BMT-nin Baş katibi Antonio Quttereşlə görüşüb. Bu barədə XİN Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, görüşdə nazir Elmar Məmmədyarov Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını Antonio Quttereşə çatdırıb. A.Quttereş Prezident İlham Əliyevlə görüşlərini məmnunluqla xatırladığını deyərək, onun salam və xoş arzularının çatdırılmasını xahiş edib. BMT-nin Baş katibi nazir E.Məmmədyarovu Azərbaycan Demokratik Respublikasının 100 illiyi münasibətilə təbrik edib.

Baş katib BMT və Azərbaycan arasında əməkdaşlığı yüksək qiymətləndirib, Azərbaycanın Dayanıqlı İnkişaf Məqsədlərinin icrasına və mədəniyyətlərarası dialoqun təşviqinə verdiyi dəstək və töhfəni, ilk nöbvədə Bakı Prosesi də daxil olmaqla müvəffəqiyyətlə həyata keçirdiyi təşəbbüsləri xüsusilə qeyd edib.

Nazir E.Məmmədyarov Azərbaycanın müstəqilliyinin ilk illərində BMT və onun ixtisaslaşmış təşkilatlarının Azərbaycana dəstəyinin, xüsusilə Ermənistanın təcavüzü nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşən vətəndaşlarımızın humanitar problemlərinin həll edilməsi məqsədilə göstərdiyi yardımların yüksək qiymətləndirildiyini bildirib.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar, qeyri-neft sektorunun inkişafı, Azərbaycanın təşəbbüsü və bilavasitə iştirakı ilə həyata keçirilən irimiqyaslı və trans-regional nəqliyyat və enerji layihələri, o cümlədən Şərq-Qərb, Şimal-Cənub, Cənub-Qərb marşrutları və Cənub Qaz Layihəsi barədə danışıb.

O, Azərbaycanın BMT Baş katibinin BMT sisteminin islahatı və BMT-nin münaqişələrin qarşısının alınması və həlli məsələlərində rolunun artırılması istiqamətində səylərini dəstəklədiyini nəzərə çatdıraraq, bütün üzv dövlətlər tərəfindən BMT Nizamnaməsi əsasında üzərlərinə düşən öhdəliklərin yerinə yetirilməsinin vacibliyinə diqqəti çəkib.

Ermənistan-Azərbaycan münaqişəsinə toxunan E.Məmmədyarov Ermənistanın beynəlxalq hüquqa zidd şəkildə Azərbaycana qarşı gücdən istifadə etdiyini və Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etdiyini qeyd edərək münaqişənin regional sülhə və regionun hərtərəfli inkişafına ciddi təhdid yaratdığını vurğulayıb. O, BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin münaqişənin həllinin əsasını təşkil etdiyini deyərək Ermənistan qoşunlarının Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılması və azərbaycanlı məcburi köçkünlərin öz dogma torpaqlarına qayıtmasının təmin edilməsi üçün beynəlxalq səylərin artırılmasının zəruriliyinə diqqəti çəkib. Nazir BMT Baş katibinin davamlı əsasda bəyanatlarla çıxış edərək münaqişənin həlli üzrə substantiv danışıqları dəstəkləməsinin yüksək qiymətləndirildiyini qeyd edib.

Görüşdə tərəflər qarşılıqlı maraq doğuran və BMT-nin gündəliyində duran məsələlər barəsində geniş fikir mübadiləsi aparıblar.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM