Sabunçu rayonu, Balaxanı qəsəbəsində, Sadıxcan küçəsi 13 ünvanında baş verən dəhşətli qətl hadisəsinin təfərrüatları məlum olub.
Qeyd edək ki, hadisə zamanı 1963-cü il təvəllüdlü Esmira Cəfərova və onun qızı 2001-ci il təvəllüdlü Cəfərova Aytən ov tüfəngindən açılan atəş nəticəsində ağır yaralanıblar.
Ana və qız 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılsa da, həkimlər 17 yaşlı A.Cəfərovanın həyatını xilas edə bilməyiblər.
Strategiya.az xəbər verir ki, "Musavat.com”un müxbiri hadisənin təfərrüatlarını öyrənmək üçün adıçəkilən ərazidə olub, hadisənin şahidlərini dinləyib. Mərhum Aytən Cəfərovanın yaşadığı məhəlləyə daxil olan zaman hər kəs hadisənin şokunu yaşayırdı. Qonşuları bizə hadisənin baş verdiyi evi göstərərək, qətl hadisəsinin necə baş verməsindən danışdılar.
Cəfərovaların evində dəfn hazırlıqlarının getdiyinin şahidi olduq. Qapının önündə üzərinə qırmızı örtülmüş tabut qoyulmuşdu. Mərhumun yaxınları və qonşuları evin önündə toplanmışdı. Evə daxil olub, A.Cəfərovanın yaxınları ilə həmsöhbət olmaq istəsək də, bu, mümkün olmadı. Onlar hadisə barədə mətbuata danışmaq istəmədiklərini bildirdilər. Qeyd etdilər ki, mərhum saat 16:00-da Balaxanı qəbiristanlığında dəfn ediləcək.
Ətraflı məlumatı yalnız qonşulardan öyrənə bildik. Adının çəkilməsini istəməyən qonşu hadisənin baş verdiyi anı belə xatırlayır: "Hamımız evdə idik. Axşam saat 10 radələrində qəfildən güclü səs eşitdik. Aydın idi ki, bu, tüfəng səsidir. Qonşu Nəriman kişinin evindən hay-haray qopdu. Nə baş verdiyini öyrənmək üçün onlara getdik. Çöldə asfaltın üstündə bir qadın qanlar içində sürünüb, çığırır, imdad diləyirdi.
Yaxınlaşdıqda qadının qanlar içində olduğunu gördük. Üzü spis vəziyyətdə idi. Bir neçə dəqiqədən sonra Təcili Tibbi Yardım gəldi. Qızın anası Esmira xanım vurulduqlarını qonşulara xəbər vermək üçün sürünə-sürünə evdən çıxmışdı. Hadisə zamanı atası evdə deyildi, həmin an onu görmədik”.
Digər şahidlərin dediyinə görə, hadisəni törədən şəxs Balaxanı sakini Sabir Qədimovdur. Məlumata görə, o, qətlə yetirilən Aytən Cəfərovanın nişanlısı olub. Qətlin baş verməsinə səbəb isə onların arasında qısqanclıq zəminində yaranmış mübahisə olub. Öyrəndik ki, Sabir Qədimov Cəfərovlar ailəsinin yaşadığı evin yaxınlığında ərzaq marketi işlədirmiş.
Sakinlərin dediyinə görə, S.Qədimov qətli ov tüfəngi ilə törədib. Ov tüfənginin qundağı və lüləsi kəsik formada olub. İçəriyə daxil olaraq, ilk öncə qızı, daha sonra isə anasını vurub:
"Hadisədən sonra dərhal yardım üçün qonşunun evinə getdik. Açılan atəş qızın kürəyini parçalamışdı. Çox güman ki, atəş yaxın məsafədən və sinəsindən dəymişdi. Ov tüfənglərinin xüsusiyyəti belədir ki, öndən dəyib, arxa hissəni parçalayıb çıxır. Eşitdiyimizə görə, atəş zamanı tüfəngdən sıçrayan qəlpələr anasının üzünə dəyib. Onun da ciddi zədə aldığını dedilər. Mətbuatda hətta qadının çiynindən və ayağından vurulduğu yazılmışdı. Anası Esmira Cəfərova hələ xəstəxanadadır, vəziyyəti ağırdır və qızı Aytacın ölümündən xəbəri yoxdur. Çünki hadisə zamanı yaralı vəziyyətdə çölə çıxaraq, küçədə huşunu itirmişdi”.
Məlumata görə, hadisə vaxtı evdə A.Cəfərovanın bacısı da olub. O, dərhal bu barədə polisə məlumat verib. S.Qədimov hadisə yerindən qaçaraq gizlənib.
Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Xəstəxanadan verilən məlumata görə, E.Cəfərova sağ yanağından, sağ çiynindən və sağ ayağından güllə yaraları alıb. Onun həyatını xilas etmək mümkün olub, lakin sağ əlinin üç barmağı travmatik amputasiya edilib.
A.Cəfərova isə xəstəxanaya aqonal vəziyyətdə daxil olub. O, kəllə və döş qəfəsinin arxa səthindən aldığı güllə yaralarından dünyasını dəyişib.
Bu gün isə qətl hadisəsi törədən Sabiq Qədimov saxlanılıb. Sabunçu rayon prokurorluğundan verilən məlumata görə, faktla bağlı prokurorluqda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 29-cu, 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürməyə cəhd) maddələri ilə cinayət işi başlanılıb. Əməliyyat zamanı cinayətdə istifadə edilən qoşalüləli ov tüfəngi aşkar edilərək, götürülüb.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM