Sağlamlığımızdan, yoxsa plastik paketlərdən imtina edək?
Mütəxəssislər deyir ki, bu məsələ ilə bağlı ciddi tədbirlər görülməlidir
Strategiya.az kaspi.az-a istinadən yazını təqdim edir.
Gündəlik həyatımızda ən çox istifadə etdiyimiz əşyalar plastik məhsullardır. Son illər plastik qablaşdırmadan və paketlərdən istifadə geniş yayılıb. Hazırda demək olar ki, bir çox qida məhsulları plastik qablaşdırmalarda satılır. Süd məhsullarından tutmuş, gündəlik ərzaq məhsullarına qədər əksər malların satışı plastik qablarda həyata keçirilir. Plastik paketlərdən istifadəyə öyrəşsək də, çoxumuz bunun ziyanı barədə düşünmürük. Hətta gündəlik mətbəxdə belə, plastik qablardan istifadə edənlər az deyil. Plastik paketlərin insan sağlamlığına ziyanının nəzərə alan bir çox ölkələr artıq onlarınistifadəsinə qadağa qoyub.
Mütəxəssislər fikrincə, plastik qablaşdırma insan orqanizmi ilə yanaşı, ətraf mühitə də ciddi zərər vurur. Qiymətinə görə əlverişli olan, məlumat daşıyıcısı qismində və reklam üçün geniş istifadə edilən, yaraşıqlı, parlaq və istifadə üçün rahat olan paketlər qısa müddətdən sonra zibillikləri bəzəyir. Belə ki, həmin maddələrin çürüməsi üçün təxminən 100 il vaxt lazım olur. Halbuki hər il yüz tonlarla bu cür qablardan istifadə , sonradan zibil qablarına atılır.
Reklam demişkən, bu məsələyə toxunmağımızın səbəbi metroda vaqonların pəncərəsinə vurulan reklam lövhəsidir. Böyük hərflərlə "Plastik paketlərdən imtina edək!" yazılan həmin reklam marağımızı cəlb etdi. Əslində ideya olaraq çox yaxşıdır. Və qərara gəldik ki, bu reklamın, ideyanın sahibi olan şirkətlə əlaqə saxlayıb onların da mövqeyini öyrənək. Təəssüf ki, alınmadı. Amma məsələni ekoloqlarla müzakirə edib, plastik paketlərin və qabların insan sağlamlığına və ətraf mühitə nə kimi ziyanları olduğunu, bu paketlərə alternativ kimi nələrdən istifadə etməyin daha məqsədəuyğun olduğunu öyrənməyə çalışdıq.
Azərbaycan Ekologiya Standartlarının Monitorinq Fondunun prezidenti, professor Rauf Sultanov deyir ki, ərzaq məhsullarının qablaşdırılmasında, daşınmasında, qorunub saxlanılması proseslərində plastik paketlərdən geniş istifadə olunur: "Bu paketlərin özləri kimyəvi tərkibə malikdir. Ərzaq məhsulları ilə bir yerdə saxlandıqda müəyyən kimyəvi reaksiyalar baş verir. Bunun nəticəsində ərzaqda orqanizmə zərərli olan bəzi konsragen maddələr toplanır ki, bu da insan sağlamlığına böyük təsir göstərir. Ona görə də inkişaf etmiş kapitalist ölkələrində belə ziyanlı paketlərdən istifadə edilməsinə qarşı qanunvericiliyə əsasən mübarizə aparırlar. Təəssüflər olsun ki, Azərbaycanda bu istiqamətdə - Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Qida Təhlükəsizliyi və bir çox icraedici orqanlar səviyyəsində tədbirlər görülmür. Bunun nəticəsində də bu plastik paketlər artıq insanların evlərinə gəlib çıxır. Qarşısını almaq üçün müəyyən maarifləndirici tədbirlər aparılmalıdır. Məsələn, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, media orqanları vasitəsilə buna qarşı mübarizə işləri görməlidirlər. Digər tərəfdən, bu məhsullar torpağa qarışanda haradasa 50-60 il torpaqda qalır. Yəni çürümür, öz vəziyyətini dəyişmir və əlbəttə ki, bu da litosferə mənfi təsirini göstərir. Ona görə, bu proseslərə nəzarət etmək üçün, müəyyən ərzaq məhsullarının qablaşdırılması, saxlanılması haqqında qanunlar qəbul edilməlidir Azərbaycan Respublikasının Patent və Standartlaşdırma Komitəsi var idi, hazırda Qida Təhlükəsizliyi Komitəsi ilə birləşdirilib. Həmin qurumda qablaşdırma ilə əlaqədar müəyyən standartlar qəbul edilməlidir ki, plastik paketlərdən istifadə edilməsin. Düşünürəm ki, bu istiqamətdə müəyyən işlər görülsə, nəticə əldə etmək olar.
Müsahibimizdən plastik paketlərə alternativ kimi nədən istifadə etmək lazım olduğunu da soruşduq: "Mənim yadıma gəlir ki, 20-30 il bundan əvvəl müəyyən torbalar, zənbillər var idi. Hansı ki, hamı ondan istifadə edirdi. Bundan başqa, kağız torbalardan da istifadə edilməsi məqsədəuyğundur. Yəni elə qablaşdırma olmalıdır ki, onlar ərzaq məhsullarının qorunub saxlanmasına mənfi təsir göstərməsin. Elm və texnika inkişaf edir, kapitalist ölkələrini nümunə götürərək müəyyən şüşə qablardan da yararlanmaq lazımdır. Bunlar qidanın keyfiyyətinə pis təsir etmir. Hətta deyərdim ki, ağacdan da hazırlanan torbalardan istifadə mümkündür".
Ekoloq Telman Zeynalov plastik paketlərin həm ətraf mühitə, həm də insan sağlamlığına zərərli olduğunu deyir: "Plastik məhsulların çürümə qabiliyyəti yoxdur deyə, onlar torpağın üst qatının aşınmasına, litosferin zədələnməsinə səbəb olur. Ona görə də, hazırda demək olar ki, dünyanın bir çox inkişaf etmiş ölkələrində plastik paketlərdən imtina edilib. Əslində həmin paketlərin yenidən emala getməsi belə düzgün deyil. Məncə, bu işə tamamilə dövlət səviyyəsində qadağa qoymaq lazımdır. Bu işlə məşğul olan şirkətləri cərimələmək lazımdır. Onlar bu paketlərin insan sağlamlığına zərərli olduğunu bilə-bilə bu məhsullara bazara buraxırlar. Biz-ekoloqlar yeni ekologiya naziri ilə də bu barədə danışmışıq. O da bu məsələdən narahat olduğunu, bu işdə ona dəstək olmağımız istədiyini bildirdi".
Strategiya.az
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM