Respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov Azərbaycanda səfərdə olan İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin (CPT) prezidenti Mikola Qnatovskinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qonaqları salamlayan nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qarşıya qoyduğu ən mühüm vəzifələrdən birinin insan hüquq və azadlıqların müdafiəsi olduğunu vurğulayaraq, tutulmuş və ya həbs edilmiş şəxslərin qanunla müəyyən edilmiş hüquq və azadlıqlarının tam təmin edilməsinin, o cümlədən onların kobud rəftara, işgəncəyə məruz qalmamasının DİN rəhbərliyinin də xüsusi nəzarətində olduğunu diqqətə çatdırıb.
Komitə təmsilçilərinin keçirdiyi monitorinqin nəticələrinə dair hesabatın rəhbərlik etdiyi qurum tərəfindən diqqətlə öyrənildiyini deyən nazir insan hüquqlarının təmin olunması işinin səmərəliyinin artırılmasına yönələn tövsiyələrin icrasına başlanıldığını xatırladıb və sənəddə əksini tapan digər məqamlara toxunub. Həmçinin saxlanılan şəxslərə, o cümlədən yeniyetmələrə qarşı fiziki zorakılıqla bağlı hesabatda göstərilən xüsusatlara aydınlıq gətirərək işgəncəyə məruz qalması güman edilən şəxslərlə bağlı aparılan araşdırmalar zamanı 11 faktdan yalnız 1-nin təsdiqləndiyini, bununla əlaqədar 1 əməkdaşın DİO-da xidmətdən xaric edildiyini və 7 əməkdaş barəsində ciddi intizam tədbirlərinin görüldüyünü bildirib.
Hesabatda qanunvericiliklə inzibati həbs müddətinin 90 günədək müəyyən olunmasının neqativ hal kimi qiymətləndirilməsilə bağlı qeyd olunub ki, ölkəmizdə cinayət qanunvericiliyinin humanistləşdirilməsi ilə bağlı son illər mühüm hüquqi islahatlar həyata keçirilib.
Xüsusən, əvvəllər 500 manatadək maddi ziyanla nəticələnən oğurluğa görə iki ilədək, döymə cinayətinə görə isə altı ayadək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulduğu halda, həmin əməllər dekriminallaşdırılaraq inzibati xəta kateqoriyasına keçirilib. Nəticədə qeyd edilən oğurluqlara görə üç ayadək, döyməyə görə iki ayadək inzibati həbs müəyyən edilib.
Sonuncu monitorinq zamanı hesabatda əksini tapmış daha bir narahatedici məqam həbsdə olan şəxslərin istintaq təcridxanalarından müvəqqəti saxlama yerlərinə tez-tez qaytarılmasının onların yenidən pis rəftara və ya işgəncəyə məruz qalması riskini artırması ilə əlaqədar qonaqların nəzərinə çatdırılıb ki, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunun 8-ci maddəsinə əsasən, ayrı-ayrı istintaq hərəkətlərinin aparılması və ya həbs edilmiş şəxsin məhkəmə icraatında iştirakının təmin edilməsi məqsədilə o, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun və ya məhkəmənin əsaslandırılmış qərarı ilə ayda 10 gündən artıq olmayan müddətə istintaq təcridxanasından müvəqqəti saxlama yerinə köçürülür. Bu halda, eləcə də istintaq təcridxanasına geri qaytarıldıqda həmin şəxs tibbi müayinədən keçirilir. Bütün bu prosedurlar mütləq şəkildə qanun çərçivəsində icra olunur. Xüsusilə vurğulanıb ki, həmin qanun insan hüquqları sahəsində ixtisaslaşmış beynəlxalq təşkilatlarla, eləcə də Avropa Şurası ilə sıx əməkdaşlıq şəraitində hazırlanıb və bu qurumların müsbət rəyini alıb.
Nazir R.Usubov bəzi hallarda müvəqqəti saxlama yerlərində sanitar şəraitin müvafiq tələblərə tam uyğun olmadığını, tibbi müayinələrin, saxlanılan şəxslərin vəkillə görüşünün təşkilində və yaxınlarının məlumatlandırılmasında çatışmazlıqların mövcudluğu ilə bağlı vəziyyətin bir daha yoxlanılması və nöqsanların aradan qaldırılması üçün aidiyyəti baş idarələrə lazımi göstərişlər verdiyini deyib.
O, saxlanılan şəxslərin vəkilləri və yaxınları ilə görüşmək üçün heç bir məhdudiyyətin olmadığını, əksinə, bunun üçün xüsusi otaqların ayrıldığını, saxlanılanların tibbi müayinəsinin aparılmasının, yaxınlarının məlumatlandırılmasının və digər məslələrin dəqiq mexanizminin qanunvericilikdə nəzərdə tutulduğu kimi tətbiq olunduğunu, vəzifəsindən asılı olmayaraq, bütün aidiyyəti əməkdaşların saxlanılan şəxslərin qanunla müəyyən edilmiş hüquqlarının təmin edilməsinə şəxsi məsuliyyət daşıdıqlarını xatırladıb. O da diqqətə çatdırılıb ki, təkcə cari ilin birinci rübündə ərazi polis orqanlarının müvəqqəti saxlama yerlərində Ombudsman Aparatı və Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən 54 monitorinq keçirilib. Həmin müddətdə aşkarlanan kobud rəftar, əsassız gətirmə, saxlama hallarına görə 115 əməkdaş intizam məsuliyyətinə cəlb edilib. Onlardan 7 nəfəri xidmətdən xaric olunub, daha 7-si tutduğu vəzifədən azad edilib, 101 nəfər barəsində isə digər intizam tədbirləri görülüb.
Səmimi qəbula və ətraflı məlumata görə minnətdarlığını bildirən İşgəncələrin qarşısının alınması üzrə Avropa Komitəsinin prezidenti cənab Mikola Qnatovski rəhbərlik etdiyi qurumun müxtəlif vaxtlarda keçirdiyi monitorinqlər zamanı aşkarlanmış çatışmazlıqların bir qisminin aradan qaldırıldığını, insan və vətəndaş hüquq və azadlıqlarının pozulması hallarına DİN-in rəhbərliyinin hər zaman prinsipial mövqedən yanaşdığını qeyd edib. Eyni zamanda, şəhər, rayon polis orqanlarına gətirilən şəxslərin saxlanılması ilə bağlı müəyyən tövsiyələrini verib, əməkdaşlığın müsbət nəticəsi kimi mövcud nöqsanların qısa müddətdə aradan qaldırılacağına əminliyini ifadə edib.
Görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə olunub.
Strategiya.az
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM