RTVI beynəlxalq televiziya kanalı: “Serj Sarkisyan, onun silahdaşları (Robert Koçaryan, Seyran Ohanyan və başqaları) Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı təşkil edərək həyata keçiriblər”.
Yaxın Şərq regionunda vəziyyət hər gün daha da gərginləşir və hər an partlayacaq barıt çəlləyini xatırladır. Vəziyyət yetərincə mürəkkəbdir və proqnozlaşdırılması müşküldür. Bütün bunlar siyasətçilərdən və analitiklərdən bütün region dövlətlərinin, o cümlədən İsrail nümayəndələrinin bütün bəyanatlarına, bütün suallarına və onların hər bir addımına dərindən düşünülmüş və ölçülüb-biçilmiş yanaşma tələb edir.
Bu sözləri beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert, “Cəmiyyət üçün beynəlxalq layihələr” qeyri-hökumət təşkilatının başçısı Arye Qut iyunun 3-də RTVI beynəlxalq televiziya kanalının populyar “İsrail həftə ərzində” analitik verilişinin efirində bildirib. Verilişdə erməni lobbiçilərinin qondarma “erməni soyqırımı”nın tanınması barədə məsələni İsrail Dövləti Knessetində qaldırmaq cəhdləri müzakirə olunub. Qeyd edək ki, Arye Qut ilə bərabər, İsraildəki Erməni Evinin nümayəndəsi Vlad Melikyan da verilişdə iştirak edib.
https://www.youtube.com/watch?v=77LwJo4eb8A&feature=youtu.be
A.Qutun fikrincə, İsrail Knesseti sırf tarixi və mübahisəli olan bu məsələni qurdalamamalıdır. “Bu məsələdə təzadlı və aydın olmayan məqamlar çoxdur, yalan məlumatlar və saxtalaşdırmalar çoxdur. Hər iki dövlətin arxivləri açması və alimləri masa arxasında otuzdurması lazımdır ki, onlar bu hadisələr barədə həqiqəti sənədlər və faktlar əsasında dünyaya göstərsinlər”, - deyə israilli ekspert fikrinə aydınlıq gətirib.
A.Qut belə bir sual verib: “Mənə izah edin görüm, biz qondarma “erməni soyqırımı”nı nəyin naminə tanımalıyıq? Ermənistandan və ermənilərdən xoş sözlər eşitmək naminəmi? Onsuz da bu sözləri eşitməyəcəyik. Yaxud deyirlər ki, yəhudi xalqının erməni xalqı qarşısında mənəvi borcu var. Mən sizdən soruşuram, söhbət hansı mənəvi məsuliyyətdən gedir?! İki il əvvəl Ermənistanın sabiq prezidenti Serj Sarkisyan faşist və antisemit Qaregin Njdenin abidəsini rəsmi surətdə açıb.
Dəhşətli Holokost cinayətlərində əli olan adamlar milli qəhrəmanlara çevriləndə, biz susmamalıyıq. Deyin görək, faşist və antisemit Qaregin Njdeyə Yerevanda abidə ucaldılmasına bizim münasibətimiz necə olmalıdır? Hansı ölkə bəşəriyyətə qarşı cinayət törətməkdə ittiham edilmiş faşist canini özünün qəhrəmanı adlandıra bilər? Erməni faşist və antisemit general Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi biabırçılıq və Holokost qurbanlarının xatirəsinin təhqir edilməsi deməkdir. Bu, babasının bütün ailə üzvləri Ukraynada faşistlər tərəfindən məhv edilmiş bir insan kimi, şəxsən mənim üçün dözülməz ürək ağrısıdır”.
A.Qutun sözlərinə görə, qondarma “erməni soyqırımı”nın tanınması barədə məsələ Azərbaycan üçün son dərəcə prinsipial və kəskin məsələdir. O deyib: “Danılmaz faktdır ki, Ermənistan Azərbaycan ərazisinin 20 faizini – Dağlıq Qarabağı və ətraf 7 rayonu işğal edib, azərbaycanlılara qarşı etnik təmizləmə həyata keçirib. Ermənistanın işğalı nəticəsində ölkədə 1 milyondan çox qaçqın var. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan və onun silahdaşları - Sergey Oyanyan, Levon Ter-Petrosyan və başqaları Azərbaycanın Xocalı şəhərində qanlı qırğın və soyqırımı aktı təşkil edərək həyata keçiriblər. 600-dən çox azərbaycanlı bir gecədə qətlə yetirilib”.
Erməni diasporunun nümayəndəsi Vlad Melikyan bildirib ki, qondarma “erməni soyqırımı”nın tanınması İsraillə Ermənistan arasında münasibətlərin möhkəmlənməsinə gətirib çıxaracaq. A.Qut onun sözlərinə çox sərt reaksiya verərək deyib: “Siz hələ bizim qarşımızda şərt qoyursunuz? Deməli, əgər İsrail erməni soyqırımını tanısa, Ermənistan onunla əməkdaşlıq edəcək? Ermənistan İsrailə nə təklif edə bilər?!
Bu gün Azərbaycanda 30 minlik yəhudi icması yaşayır. Azərbaycan Prezidentinin göstərişi ilə son dörd ildə iki yeni sinaqoq, Cənubi Qafqazda ən böyük təhsil mərkəzi inşa edilib. Yəhudi icmasına misli görünməmiş qardaşlıq münasibəti var. Belə münasibəti Ermənistanda görə bilməzsiniz və bu da faktdır. Antisemitizm məsələlərində ixtisaslaşan Antidiffamasiya Liqasının lap bu yaxınlardakı son məruzəsi təsdiq edir ki, Ermənistanda antisemitizmin səviyyəsi MDB məkanında və Şərqi Avropa ölkələrində ən yüksəkdir. Özü də Ermənistanda yəhudiləri barmaqla saymaq olar”.
A.Qut belə bir ritorik sualla müraciət edib: “Yüksək vəzifəli israilli siyasətçilər ölkələrimizin münasibətlərindəki bu çox müsbət trendi qırıb dağıtmağa və məhv etməyə hazırdırlar? Mən İsrail Prezidenti Reuven Rivlinlə, Knessetin sədri Yuli Edelşteynlə, İsrail hökumətinin bu mövzunu dəstəkləyən bəzi nazirləri ilə əsla razı deyiləm və soruşuram: “Biz bunu nə üçün və nəyin naminə etməliyik? İsraildəki erməni lobbisinin maraqları naminə, yoxsa Ermənistanın xoş münasibətini əldə etmək naminə? Onsuz da buna nail olmayacağıq. Bu gün biz bu soyqırımını tanımırıq, baxın görün Ermənistanda və Ermənistan mətbuatında necə şiddətli antiisrail, antisemit isteriya baş alıb gedir. Onlar bütün günahı bizdə görürlər. Yazırlar ki, yəhudilər siyasi yalanla məşğuldurlar, onların əzəli xudbinliyi yenə baş qaldırıb, “soyqırımı” anlayışını inhisara almağa çalışırlar. Mənə deyin görüm, yəhudi xalqına bu münasibəti necə adlandırmaq olar?”
A.Qutun sözlərini İsraildəki erməni diasporunun nümayəndəsi də təsdiq edib. A.Qut sözünə davam edərək deyib: “Mənim ailəm Holokostu yaşayıb. Biz ailəmizin 40 nümayəndəsini itirmişik. Mənim heç bir mənəvi haqqım yoxdur ki, faşist rejiminin 6 milyon yəhudini məhv etdiyi Holokostu 1915-ci ilin faciəli hadisələri ilə müqayisə edim. Orada çoxlu yalan məlumat və saxtalaşdırma var. Türklər sübut etməyə çalışırlar ki, Osmanlı İmperiyası ilə müharibədə Rusiyanı dəstəkləyən ermənilərin köçürülməsi nəticəsində 350 min erməni həlak olub, Ermənistan isə 1,5 milyon adamın həlak olmasından danışır.
Bu səbəbdən hesab edirəm ki, həmin məsələ ilə İsrail Knesseti deyil, tarixçilər məşğul olmalıdırlar. Rəsmi Ankara dəfələrlə bəyan edib: “Ermənistanda arxivləri açın, biz də Türkiyədə açarıq, beynəlxalq tarixçiləri dəvət edərik, onlar qərar qəbul edərlər, biz də onların hər bir qərarı ilə razılaşarıq. Mən İsrailin o siyasətçilərinə müraciət edirəm ki, onlar bu addımı atmaqla İsrail dövlətinin milli maraqları əleyhinə yönələn növbəti provokasiya törədə bilərlər. İsrailin o deputatlarına ki, bu gün onlar erməni lobbisinin maraqlarına rəvac verirlər və İsrail Dövlətinin milli və geosiyasi maraqlarını düşünmürlər”, - deyə Arye Qut RTVI beynəlxalq televiziya kanalının populyar “İsrail həftə ərzində” analitik verilişinin efirində fikrini yekunlaşdırıb.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM