Dənizə gedərkən nələrə diqqət etməliyik?

16:20 / 06.06.2018

Adil Qeybulla: "Həssaslığı yüksək olan şəxslərin orqanizmi çirkli suya tez mənfi reaksiya verir" 

Strategiya.az kaspi.az-a istinadən yazını təqdim edir.

Qarşıdan böyükdən-kiçiyə, əksəriyyətin sevimli fəsli qızmar yay ayları gəlir. Yayı həm də ona görə sevirik ki, məşğuliyyətlərimizi bir qırağa qoyub doyunca istirahət edirik. Bəziləri istirahət üçün müxtəlif bölgələrə üz tutur, bəziləri də tətilin dadını dənizə getməklə çıxarır. Bəs görəsən, dənizə gedərkən hansı məqamlara diqqət etməliyik?

 

Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, dənizə gedərkən ilk növbədə günvurma hallarından qorunmaq lazımdır: "Havalar isinən kimi, təbii olaraq, dənizə gedənlərin də sayı günü-gündən artmağa başlayır. Amma günün çox hissəsini qızmar günəş altında, çimərliklərdə keçirmə, uzun müddət fasiləsiz işlə məşğul olma, yürüşlər etmə günvurma hallarına da gətirib çıxarır. Bir çoxları yay aylarında temperaturun yüksək olmasına məhəl qoymadan açıq havada olur, yaxud çimərliyə gedir. Amma əslində, günorta saat 12:00-16:00 arasında günəşin ultrabənövşəyi şüalarının daha çox təsir etdiyi vaxtdır. Bu zaman günəş şüaları altında dayanmaq olmaz. Yəni, orqanizmlə günəş şüalarının təmas müddəti bu saatlarda minimum olmalıdır. Yaxşı olardı ki, bu müddət ərzində günəş şüalarının təsirindən uzaqlaşın. Müxtəlif kremlərdən və qoruyucu vasitələrdən istifadə etmək lazımdır ki, dəridə yanıqlar əmələ gəlməsin. Amma o radələrdə günvurma hallarına tez-tez rast gəlinir. Günvurma hadisəsinin əsas səbəbi isə orqanizmdə termorequlyasiya, yəni istilik tənzimi mexanizminin pozulması ilə bağlıdır. Yüksək temperatur orqanizmdə müxtəlif reaksiyalara səbəb olur. Damarların sıxılması, dəridən su ehtiyatının xaric edilməsi baş verir. Orqanizmin özünü tənzimləməsi mümkün olmadığı zaman, temperatur yüksəlməyə başlayır. Belə olan təqdirdə, həmin şəxsi dərhal sərin yerə aparmaq lazımdır. Günvurmanın müddəti çox olanda bu daha da təhlükəli ola bilir. Bəzi hallarda təzyiqin kəskin düşməsi, ölümə də səbəb olur. Gün vuran insana ilkin yardım göstərilməlidir. Bəzən ilk yardım həkim müdaxiləsi qədər mühüm əhəmiyyət kəsb edir. Gün vuran şəxsə sərin su verilməlidir. Belə məqamlarda soyuqqanlı davranaraq lazımi ilkin müdaxilənin  göstərilməsi həyati əhəmiyyət daşıya bilər".

Professor bildirdi ki, dənizə gedərkən həm də gigiyenik tələblərə əməl etmək lazımdır: "Çimərliyə getmək üçün günün ən uyğun vaxtı saat 4-dən sonradır. Çünki bu zaman dəniz suyunun temperaturu yüksək olur. Günəş şüaları həmin radələrdə nisbətən daha az olur. Dənizə səhər saat 6-da gedənlər də olur. Bu, daha çox təmiz və yodlu hava qəbul etmək üçündür. Amma təəssüf ki, bu hal bizdə kütləvi deyil. Əksər insan dənizə günorta getməyi daha faydalı hesab edir. Digər tərəfdən, dəniz suyunun tərkibi duzlu olduğundan, çimərlik zonalarında suyunun təmiz olmasına mütləq diqqət yetirilməlidir. Suyun tərkibində bəzən müxtəlif çirkli maddələr də olur. Bu zaman orqanizm müxtəlif allergik reaksiyalar göstərə bilir. Bu, əslində bədənin suya olan reaksiyası ilə bağlıdır. Həssaslığı yüksək olan şəxslərin orqanizmi çirkli suya tez mənfi reaksiya verir. Həmçinin, çirkli bağırsaq çöpü bakteriyaları həddən artıq olur. Bu isə insan orqanizmində kəskin bağırsaq infeksiyalarına gətirib çıxar bilir. Xüsusilə, bu problem uşaqlarda daha ciddi fəsadlara yol aça bilər. Bu baxımdan, azyaşlı uşaqlarla dənizə gedərkən maksimum şəkildə ehtiyatlı olmaq lazımdır. Yaxşı olardı ki, əhali ekoloji standartlara uyğun və təmiz  ərazilərdə yerləşən çimərliklərə  üz tutsunlar".


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM