"Yaxşı kişilərin əksəriyyəti evlidir, pisləri isə..."

09:15 / 17.07.2014

Gənc Tamaşaçılar Teatrının aktrisası, əməkdar artist Naibə Allahverdiyeva Milli.Az-a müsahibə verib. Strategiya.az həmin müsahiəni təqdim edir:

- Naibə xanım, geridə qalan teatr mövsümü sizinçün hans hadisələrlə əlamətdar oldu?

- İlk növbədə, bizim gözəl oxucularımıza yay mövsümündə gözəl istirahətlər arzu edirəm. Qoy hər kəs bu mövsümdə arzuladığı, istədiyi yerdə istirahət edə bilsin. Sualınıza gəlincə, bu teatr mövsümü mənimçün çox əlamətdar oldu. Bildiyiniz kimi Azərbaycana Mister Yan adlı ingilis rejissoru gəlmişdi. Mən onun hazırladığı “Konimarada kəllə” tamaşasında rol aldım. Bu tamaşadakı rolum mənim üçün yeni bir amplua idi. 75 yaşlı kök bir qadını-Mericoneni oynayırdım. Bu rolum həm tamaşaçılar, həm də teatr tənqidçiləri tərəfindən çox yaxşı qarşılandı. Rejissor yozumu da mənim üçün fərqli idi. Mister Yanla işləmək şəxsən mənimçün çox maraqlı oldu. Mən həm də yeni rejissor fikrinin, yozumunun şahidi oldum. Bundan başqa İlyas Əfəndiyevin “Sarıköynəklə Valehin nağılı” əsərində Simuzər rolunu oynadım. Bu tamaşaya Gənc Tamaşaçılar Teatrının baş rejissoru Bəhram Osmanov quruluş vermişdi.

- Adını çəkdiyiniz ingilis rejissorla bizim rejissorların iş üslubunda konkret hansı fərq var? O, bizim rejissorlarla müqayisədə hansı üstünlüklərə malikdir?

- Deməzdim ki, bizim rejissorlardan üstündür, yaxud qeyri-adidir. Sadəcə, onlar əsərdə sürəti, tempi, dinamikanı daha çox xoşlayırlar. Mənə elə gəlir ki, bizim rejissorlar bir az astagəldirlər.

- İngilis rejissorunu yaman təriflədiniz. Olmaya vurulmusunuz?

- (Gülür) Nə vurulmaq? Elə şey yoxdur. Sadəcə, onun iş üslübu çox xoşuma gəldi, sözün həqiqi mənasında.

- Son illər sizə yaşınızdan daha böyük qadın rolları həvalə olunur. Məsələn, on ildir ki, “Pəri cadu” tamaşasında yaşlı Şamama cadu rolunu oynayırsınız. “Konimarada kəllə”dəki Mericonenin də 75 yaşı var. Ümumiyyətlə, rejissorlardan soruşmusunuzmu ki, niyə sizə həmişə yaşlı qadın rolları həvalə olunur? Belə rollar sizdə kompleks yaratmır ki?

- Mən sizin sualınızı rejissorlara vermişəm. Amma bir məsələni vurğulayım ki, “Sarıköynəklə Valehin nağılı” tamaşasında yaşımdan çox gənc olan bir qadını oynayıram. Bu tamaşadakı Simuzərin 35 yaşı var. Rejissorlar mənə deyirlər ki, sən xarakterik aktrisasan, hər yaşda obrazı oynamaq gücündəsən. Aktrisa model deyil ki, saçını, üzünü bəzəsin və səhnəyə ancaq gözəllik gətirsin. Aktrisa plastilin kimi olmalıdır, hər şey oynamağı bacarmalıdır. Mən bu gün yaşlı cadugəri oynayıramsa, sabah gənc qadını, kraliçanı, həkimi oynaya bilərəm.

- Şəxsən sizin 30 yaşlı qadını oynamağınız mümkündür?

- Niyə mümkün deyil ki?!

- Sizcə, xarici görkəminiz buna imkan verir?

- Mənim görkəmim icazə verdi ki, 35-40 yaşlı qadını oynayım. Bəhram Osmanovdan soruşdum ki, axı Simuzər mənim yaşımdan gəncdir. O dedi ki, sən səhnədə elə görünürsən ki, öz yaşını vermək olmur. Demək istədiyim odur ki, yeri gələndə səhnədə cavan qız kimi də görünə bilirəm.

- Bu formada qalmaq irsidir?

- Çalışıram ki, formamı qoruyum, çəkim artmasın. Amma bu, həm də irsidir. Məsələn, anamın 80 yaşı var. Amma heç kim ona yaşını vermir.

- Niyə adətən sosial şəbəkələrdə, hətta efirdə adınız gənc insanlarla hallanır?

- Sosial şəbəkələrdə mənim adımı kim hallandırır?

- Təbii ki, tamaşaçılar, sosial şəbəkə istifadəçiləri. Hətta yadınızdadırsa, bir neçə ay öncə efirlərin birində gənc oğlanla sevgili olmağınız barədə müzakirələr gedirdi...

- Əgər ANS-də “Adam içində” verilişindəki söhbəti nəzərdə tutursunuzsa, bu, adi bir falçının fikirləri idi. Onsuz da hansı falçıya gedirsən, bu sözü sənə deyir.

- Ümumiyyətlə, gənc insanlardan sevgi təklifləri alırsınız?

- Təbii ki, alıram. Amma mənim gənc insanlara o qədər də meylim yoxdur. Kim məni hansısa gənc adamla bir yerdə görüb ki?

- Azərbaycanda həyat yoldaşı, sevgilisi özündən gənc olan aktrisalar var. Belə bir şey sizin üçün qəbuledilməzdir?

- Mən bilmirəm ki, qarşıma kim çıxa bilər. İndi durub deyə bilmərəm ki, belə bir şey ola bilməz. İndiki halda həyatımda nə gənc var, nə qoca. Olsa da, bunu heç kimdən gizlətmərəm. Başım o qədər qarışıqdır ki, bu barədə düşünməyə vaxtım yoxdur. İndi qızımı oxutmaq barədə düşünürəm. Amma çox istərdim həyatımda kimsə olsun. Bu gün buna vaxtım yoxdur. Tamaşadan evə, evdən xınayaxdıya, məşqə qaçıram. Axşam saat 11-də evə zorla çatıram. Çünki mənim kənar yerdən qazancım yoxdur və ancaq özüm qazanıram.

- Bildirdiniz ki, tək qalmaq istəmirsiniz. Birdən sizdən 15-20 yaş gənc bir insan evlilik təklif etdi, bəs onda?

- Yox, istəmərəm. İstərdim ki, öz yaşıma uyğun olsun. Mənim yaşıma uyğun olan yaxşı kişilərin əksəriyyəti evlidir, pisləri də mənim nəyimə lazımdır?

- Qızınız ailə qurandan sonra özünüz də ailə qurarsınız?

- Bəlkə də, hə. Amma onda da deyəcəm ki, yeznədən ayıbdır. Amma mən tək qala bilmərəm və təklikdən qorxuram.

- Qadın kimi özəlliyiniz nədir?

- Söhbət görkəmdən gedirsə, özümü normal qadın hesab edirəm.

- Həmkarlarınız, bəzən də jurnalistlər sizə niyə Mona Liza deyirlər?

- (Gülür) Mən Mona Lizadan da gözələm. Xasiyyətcə romantik insanam, mülayiməm, səmimiyəm. Bunu adətən mənə qadınlar deyirlər.

- Azərbaycan teatrlarının aktyorlarının bir-biriylə yaradıcılıq mübadiləsi əvəzinə didişməsi davam edir. Ortada nə var ki, aktyorlar onu bölə bilmirlər?

- Bizim bəzi aktyorlarda mənəm-mənəmlik var. Amma oynadıqları bir şey deyil. Belə adamlar kənarda o qədər boş-boş danışırlar ki. Amma səhnəyə çıxanda heç nə edə bilmirlər. Aktyor gərək öz sənətini səhnədə göstərsin.

- İstirahətlə bağlı hansı planlarınız var?

- Ayın 20-də qızım üçüncü qrupa imtahan verəcək. Mən istərdim hüquqşünas olsun. Özü diplomat olmaq istəyir.

- Son dəfə Bakıda nə vaxt dənizə getmisiniz?

- Bakıda dənizə çox vaxt getmirəm. Gedəndə də gecə gedirəm. Bir dəfə günorta getmişdim, hiss elədim ki, çimərlik geyimində şəkillərimi çəkirlər. Ona görə də, əsasən, gecələr çay içməyə, fikirləşməyə gedirəm dənizə.

- Kiminlə?

- Ya qızımla, ya rəfiqələrimlə, bəzən də tək. Dənizi həddən artıq çox sevirəm, həmin an istəmərəm yanımda adam olsun. Nabrana getmişdim orada hamı gedib yatırdı, mən gecəyarıya kimi oturub dənizə baxırdım. Bu, mənim əsəblərimi çox sakitləşdirir, hər şeydən uzaq oluram.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM