Ermənistanda “aşağılar”ın etirazı məxməri inqilabla nəticələndi. Nikol Paşinyan lazımi vaxtda, lazımi yerdə olmağı bacardı. İndi o, Ermənistanın baş naziridir, Serj Sarkisyan isə “tarixin arxivi”nə göndərildi.
Ermənistanın yaratdığı qondarma “Dağlıq Qarabağ rejimi”ndə də inqilabi proseslər yaşanmaqdadır. Təhlillər göstərir ki, burada da “peşəkar” inqilabçı Paşinyanın “dirijor çubuğu” öz işini görməkdədir. İndi S.Sarkisyanın “adamı” Bako Saakyan hədəfdədir. Deməli, bu inqilabı artıq “yuxarılar”ın inqilabı kimi də qiymətləndirmək olar. Taktiki baxımdan Paşinyan özünü uduşlu vəziyyətdə hiss edə bilər. Strateji baxımdan isə onun məğlub səviyyəsinə enişini şərtləndirən bir sıra ciddi amillər var.
Bu fikirləri Milli Məclisin deputatı, professor Elman Nəsirov deyib.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, Ermənistanı və qondarma “Qarabağ rejimi”ni sistemli iflasa gətirən əsas səbəb Azərbaycan torpaqlarının işğalı faktı ilə bağlıdır. Elə bu səbəbdən də Ermənistan bumeranq effekti ilə üzləşib və Azərbaycanın iqtisadi, enerji və nəqliyyat blokadası siyasətinin hədəfindədir. Paşinyan bu səbəbin aradan qaldırılması və bununla da üzücü təcrid siyasətindən qurtulmaq naminə hələ ki, heç bir addım atmır. Hətta bir çox hallarda zorla hakimiyyətdən saldığı Sarkisyandan çox “Sarkisyan” olmaq istəyir. Əksini düşünənlər son günlər ərzində Paşinyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi aşağıdakı absurd fikirlərə diqqət yetirsinlər:
-Münaqişənin tənzimlənməsi prosesində qondarma “Dağlıq Qarabağ rejimi” tamhüquqlu tərəf kimi iştirak etməlidir. Bu, birinci addım olmalıdır;
-Buna nail olmaq Azərbaycanın qondarma rejimin legitimliyini tanıması kimi qiymətləndiriləcək. Bu halda ikinci addım bu rejimin beynəlxalq birlik tərəfindən tanıdılması istiqamətində atılmalıdır.
-Bu prosesdə üçüncü və həlledici addım isə artıq beynəlxalq birliyin subyekti olmaq hüququnu qazanmış qondarma “Dağlıq Qarabağ respublikası”nın Ermənistan Respublikası ilə birləşdirilməsi ilə olmalıdır;
-O, baş nazir olaraq Azərbaycan Prezidenti ilə danışıqlarda “Dağlıq Qarabağ respublikası”nı hüquqi baxımdan təmsil edə bilməz. Bunu Ermənistanın əvvəlki prezidentləri Köçəryan və Sarkisyan edə bilirdi. Çünki onlar Dağlıq Qarabağdan çıxmış və ona rəhbərlik etmiş şəxslərdir. Özünün isə Dağlıq Qarabağla oxşar bağlılığı yoxdur;
-Münaqişənin tənzimlənməsi prosesində Dağlıq Qarabağın azərbaycanlı icmasının iştirakı mümkünsüzdür. Çünki bu icmanın təmsilçiləri artıq Azərbaycan vətəndaşlığını qəbul ediblər və ölkələrdə seçki proseslərində iştirak ediblər.
Elman Nəsirov qeyd edib ki, Paşinyanın bu cılız “arqumentləri” ilə tanış olduqda xalqımızın məşhur “bişmiş toyuğun gülməyi gəlir” deyimi yada düşür. Onun heç bir tənqidə dözməyən bu mövqeyinə qarşı çox ciddi, təkzibolunmaz faktlar var. Əvvəla sual yaranır ki, əgər doğrudan da Paşinyanın söylədiyi kimidirsə, bəs onda Dağlıq Qarabağda nəyə görə Ermənistanın hərbi hissələri yerləşir? İkincisi, Ermənistan vətəndaşları hansı əsasla Dağlıq Qarabağda hərbi xidmət keçir? Paşinyan parlament kürsüsündən bəyan edir ki, oğlunu hərbi xidmət keçmək üçün məhz Dağlıq Qarabağa göndərəcək. Parlament və hökumət üzvlərini də analoji addım atmağa səsləyir. Faktiki olaraq, Dağlıq Qarabağın Ermənistan silahlı qüvvələri tərəfindən qorunduğu heç kəsə sirr deyil. Ümumiyyətlə, qondarma “Dağlıq Qarabağ respublikası”nın Ermənistandakı xunta rejimi tərəfindən yaradıldığı və idarə olunduğu heç vaxt “tamamilə məxfi” qrifində saxlanılan məsələ olmayıb və bu gün də belədir. Yeri gəlmişkən, Paşinyanın nonsens kimi qarşılanan bu mövqeyi müttəfiqi hesab olunan Rusiyada da narazılıq doğurub. Təsadüfi deyil ki, Rusiya Xarici İşlər Nazirliyinin departament rəisi Artyom Kojim Ermənistanın baş nazirinin bu fikirlərini “qeyri-konstruktiv mövqe” kimi qiymətləndirib. Eyni zamanda, Rusiyanın xarici işlər naziri Sergey Lavrov da “Nezavisimaya” qəzetinin müxbirinin “Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində müstəqil tərəf kimi iştirakının mümkünlüyü” ilə bağlı sualına cavab olaraq bildirib ki, bu məsələyə yalnız Ermənistan və Azərbaycan arasında razılaşma olacağı təqdirdə baxıla bilər. Bu məsələdə Sergey Lavrov Azərbaycanın prinsipial mövqeyi ilə yaxından tanışdır. Deməli, əslində o, Dağlıq Qarabağın danışıqlar prosesində iştirakının mümkünsüzlüyünü Ermənistana başa salıb.
Elman Nəsirov qeyd edib ki, Ermənistanın yeni baş nazirinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı səsləndirdiyi son fikirlər psixoloji sayıqlamalardan başqa bir şey deyil. Görünür, gərgin inqilabi proseslərin mərkəzində yer almış Paşinyanın bu qovhaqovda ən çox zərər görmüş orqanı məhz başı olub. Bəs, Ermənistanın yeni rəhbərliyinin düşdüyü labirintdən çıxış yolu varmı? Bəli, var. Bu yolu növbəti dəfə Azərbaycan Prezidenti İlham Əliyev Qafqaz Müsəlmanları İdarəsinin müqəddəs Ramazan bayramı münasibətilə təşkil etdiyi iftar mərasimində göstərdi. Dövlətimizin başçısı bildirdi ki, Ermənistanın yeni rəhbərliyi əvvəlki rəhbərliyin səhvlərini təkrar etməməlidir, konstruktiv danışıqlar aparmalıdır, Azərbaycan torpaqlarını işğaldan azad etməlidir. Bəli, bu, Ermənistanın yeganə nicat yoludur. Paşinyan bunun əksini edərsə, Sarkisyanın yolu ilə getmiş olacaq. Sözün bütün mənalarında...
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM