“Saytların dil mənzərəsi” ilə bağlı aparılan monitorinqlərin nəticəsi açıqlanıb

08:23 / 14.06.2018

 

AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun təşkilatçılığı ilə “Saytların dil mənzərəsi” mövzusunda mətbuat konfransı keçirilib.

Ədəbiyyat İnstitutunun Elektron akt zalında baş tutan tədbiri Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu açaraq ölkə başçısının 9 aprel 2013-cü il tarixli Sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı” ilə bağlı görülən işləri diqqətə çatdırıb. Qeyd edib ki, rəhbərlik etdiyi qurumda sərəncamın icrası ilə bağlı Monitorinq şöbəsi yaradılıb və reklamlarda, kütləvi informasiya vasitələrində Azərbaycan dilinin fonetik və qrammatik normalarına riayət olunmasının təmin edilməsi məqsədilə mütəmadi monitorinqlər keçirilir.

Dilin bir xalqın ən böyük milli-mənəvi sərvəti olduğunu deyən akademik 100 illik yubileyi qeyd edilən Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) dövlətin mühüm atributlarından biri kimi bu məsələyə xüsusi önəm verdiyini söyləyib. O, AXC hökumətinin qəbul etdiyi ikinci rəsmi sənədin dillə bağlı olduğunu bildirib və  1918-ci il 27 iyun tarixli qərarı ilə Azərbaycan dilinin dövlət dili elan edildiyini vurğulayıb.

O, ümummilli liderin ölkəmizə rəhbərlik etdiyi dövrdə ana dili məsələsinə ciddi yanaşdığını xatırladıb və məhz onun tələbi ilə Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilmiş Konstitusiyasında dövlət dili kimi Azərbaycan dilinin təsbit olunduğunu deyib.

Akademik ana dilinə qayğı siyasətini bu gün Prezident İlham Əliyevin uğurla davam etdirdiyini, Dövlət Proqramının qəbul olunduğunu, eləcə də Dövlət Dil Komissiyasının tərkibinin yeniləndiyini deyib.

Sonra çıxış edən institutun Monitorinq şöbəsinin müdiri, fil.ü.f.d., dos. Sevinc Əliyeva Azərbaycan dilinin dövlət dili kimi inkişafı və dilin təmizliyinin qorunması istiqamətində mühüm işlərin görüldüyünü vurğulayıb. O, növbəti aylarda TV-lərin və musiqi ifaçılarının nitqində ədəbi dil normalarının pozulması ilə bağlı monitorinqlərin aparılacağını diqqətə çatdırıb.

Daha sonra institutun aparıcı elmi işçisi, fil.ü.f.d, dos. Şahlar Məmmədov“Saytların dil mənzərəsi” ilə bağlı monitorinqlərin nəticəsini açıqlayıb. O, çıxışında saytlarda dilin inkişafına təsir edəcək ciddi proseslərin müşahidə edildiyini və 30-a yaxın elektron mediada monitorinqlərin aparıldığını söyləyib. Bildirib ki, monitorinqin keçirilməsində məqsəd mətbuatın dilində ədəbi dil normalarının pozulması hallarının müəyyən olunması, dil qüsurlarının aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi üçün təkliflərin irəli sürülməsidir.

Ş.Məmmədov bu gün saytlarda fonetik səviyyədə yazı qaydalarının pozulması və sözün əcnəbi dildəki variantına uyğun yazılışı ilə bağlı ciddi səhvlərin olduğunu diqqətə çatdırıb: "Leksik səviyyədə rast gəlinən səhvlər isə alınma terminlərə üstünlük verilməsi, "parazit" sözlərdən istifadə, dəqiqliyin, qısaltmalar və üslubi normanın pozulmasıdır".

O, həmçinin idarə əlaqəsinin pozulması, inversiya və durğu işarələrinin düzgün qoyulmaması kimi qrammatik səhvlərin də saytlarda geniş yayıldığını söyləyib: "Xəbər mətnləri ilə müqayisədə müsahibə mətnlərində səhvlər daha çox olur və ciddi şəkildə redaktə edilmədən yayımlanır".

Daha sonra Terminologiya şöbəsinin müdiri, professor Sayalı Sadıqova, Müasir Azərbaycan dili şöbəsinin müdiri, filologiya elmləri doktoru, professor İsmayıl Kazımov və digərləri çıxış edərək mövzu ilə bağlı fikirlərini bildiriblər.


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM