Yaşadığı evdə özünü asan E.Əsgərov ölümündən əvvəl məktub yazaraq həyatla vidalaşıb. Asılmış vəziyyətdə aşkarlanan E.Əsgərovun meyitinə baxış keçirən prokurorluq əməkdaşları onun cibindən məktub tapıblar.
Abşeron Rayon Prokurorluğu məktubun məzmununu istintaq sirri olduğundan tam açıqlamasa da, bəzi məqamları öyrənə bildik. Milli.Az-a bildirildi ki, E.Əsgərov məktubunda külli miqdarda borcu olduğunu yazıb. Məktubda borcun məbləği də göstərilib. Onun 50 min manat borcu varmış və qaytarmağa imkanı olmayıb.
İki uşaq atası olan E.Əsgərovun işi ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırma (125-ci) maddəsi ilə cinayət işi başlanıb.