YAP Səbail rayon təşkilatı və Beynəlxalq Muğam Mərkəzinin birgə təşkilatçılığı ilə müasir müstəqillik tariximizin başlanğıcı hesab olunan əlamətdar tarix – “15 iyun – Milli Qurtuluş Günü”nə həsr olunmuş bayram tədbiri keçirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri, Milli Məclisin deputatı prof. Şəmsəddin Hacıyev, Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov, millət vəkilləri Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, YAP Siyasi Şurasının üzvü prof. Hadi Rəcəbli, YAP Siyasi Şurasının üzvü, YAP İcra Katibliyinin Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri Aydın Mirzəzadə, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru prof. Hikmət Babaoğlu, Milli Məclisin deputatları Cavanşir Paşazadə, Elşən Musayev, “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev, Səbail rayonu ictimaiyyət nümayəndələri, müxtəlif idarə və təşkilatların əməkdaşları, partiya veteranları və gənclər iştirak ediblər.
Dövlət Himninin səsləndirilməsi ilə başlayan bayram tədbirində əvvəlcə tariximizə “Milli Qurtuluş Günü” kimi daxil olmuş “15 iyun 1993-cü il” hadisələrinə həsr olunmuş videofilm nümayiş olunub.
Filmin nümayişindən sonra Beynəlxalq Muğam Mərkəzinin direktoru, xalq artisti Murad Hüseynov Milli Qurtuluş Günü və Ulu öndər Heydər Əliyevin Azərbaycanın yeni tarixindəki böyük missiyasından və 1993-cü ilin 15 iyunundan sonra onun rəhbərliyi ilə xalqımızın ictimai, siyasi və mədəni həyatında baş verən dəyişikliklərdən danışıb və Prezident İlham Əliyevin, ölkəmizin Birinci vitse-prezidenti, birinci xanımı Mehriban Əliyevanın müstəqil Azərbaycanımızın sosial-iqtisadi və mədəni həyatına verdiyi töhfələri qeyd edərək Vasif Adıgözəlovun fortepiano üçün bəstələdiyi “Prelüd” əsərini ifa edib.
Daha sonra çıxış edən Şəmsəddin Hacıyev 1993-cü ildə Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışını şərtləndirən obyektiv və subyektiv faktorları və həmin dövrdə baş verən mürəkkəb prosesləri xronoloji ardıcıllıqla təhlil edib. Deputat 1991-1993-cü illərdə ölkədə hökm sürən hərc-mərclikdən, Gəncə hadisələrindən, ölkəni parçalamaq istəyən şimalda və cənubda baş qaldıran separatçı qüvvələrin fəaliyyətindən, ölkənin iqtisadi və sosial cəhətdən tamamilə defolt vəziyyətində olmasından, Dağlıq Qarabağda işğalçı qüvvələrin törətdikləri qırğınlardan və ərazilərimizin işğalından, transformasiya proseslərinin çətinliklərindən danışaraq ölkənin necə çətin vəziyyətdə olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıb. Ş.Hacıyev belə mürəkkəb vəziyyətdə xalqın öz xilaskarına üz tutmasının, respublikanın 91 ziyalısının Heydər Əliyevə müraciətinin, Azərbaycan xalqının təkidi ilə Ulu Öndərin ikinci dəfə hakimiyyətə gəlməsinin Azərbaycanın həm siyasi, həm iqtisadi, həm sosial-mədəni qurtuluşunun əsasını qoyduğunu bildirib. Müstəqil inkişaf tariximizin məhz 15 iyun tarixindən başladığını vurğulayan millət vəkili qeyd edib ki, güclü strateq, görkəmli siyasi xadim və cəsarətli rəhbər olan Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə “Milli Qurtuluş Günü”ndən başlayan inkişaf yolumuz 2003-cü ildən yeni Liderin rəhbərliyi ilə yeni yüksəliş mərhələsinə qədəm qoyub: "Məhz İlham Əliyevin müstəqil, cəsarətli və düşünülmüş siyasəti nəticəsində Azərbaycan bu gün dünya miqyasında öz mövqeyi və rolu olan, beynəlxalq əmək bölgüsündə öz layiqli yerini tutan, dünya gəlirlərindən pay alan, ən nəhəng transkontinental layihələri reallaşdıran, bu coğrafiya və bütün dünya üçün önəmli strateji tərəfdaş və iqtisadi aktordur. Azərbaycanda bu gün Heydər Əliyevin əbədiyaşar ideyaları və siyasəti uğurla davam edir, dünyada gedən proseslər nəzərə alınmaqla keyfiyyətcə təkmilləşdirilir. Dünən Türkiyənin Əskişehir şəhərində Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Qaz Boru Kəmərinin (TANAP) möhtəşəm açılışı, eyni zamanda Xəzər regionundakı təbii qaz resurslarını Avropa bazarına birləşdirən Cənubi Qaz Dəhlizinin, nəhəng transkontinental infrastruktur layihəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun ötən aylarda istifadəyə verilməsi Prezident İlham Əliyevin siyasi təntənəsi olmaqla yanaşı, Azərbaycanın region və dünya üçün geoiqtisadi əhəmiyyətini ildən-ilə artırır. Əminik ki, Heydər Əliyev və İlham Əliyev siyasəti gələcəkdə Azərbaycana daha möhtəşəm uğurlar qazandıracaq və Ali Baş Komandanımızın müdrik rəhbərliyi ilə ən ağrılı problemimiz olan ərazi bütövlüyümüz tezliklə bərpa olunacaqdır!"
Tədbirdə çıxış edən Milli Məclisin deputatları və “Səs” Media Qrupunun rəhbəri Bəhruz Quliyev qeyd ediblər ki, 15 İyun – Milli Qurtuluş Günü tariximizə böyük ictimai-siyasi əhəmiyyət kəsb edən bir gün kimi daxil olub: "1993-cü ilin 15 iyun tarixindən başlayaraq Azərbaycanın intibah dövrünün əsası qoyuldu və Heydər Əliyev-Azərbaycan xalqı birliyi dövlətçilliyimizi xilas etdi. Heydər Əliyevin qurduğu müasir Azərbaycan onun siyasi kursunun varisinin rəhbərliyi ilə sürətlə inkişaf edir. Bu gün İlham Əliyevin rəhbərliyi ilə dünyada öz yerini tapan Azərbaycanın tərəqqisi istiqamətində aparılan islahatlar ölkəmizin gələcək inkişafına nikbin baxmağımıza güclü təminat verir".
Bayram tədbiri tanınmış incəsənət xadimləri əməkdar artist Ehtiram Hüseynov, xanəndələr Nigar Şabanova, Ayşən Mehdiyeva, Eldəniz Məmmədov və Səbinə Ərəblinin ifasında muğam konserti ilə davam edib.
Strategiya.az
HEYDƏR ƏLİYEV - YENİ MİLLİ İNTİBAHIN VƏ MÜSTƏQİL DÖVLƏTÇİLİYİN ƏSASINI QOYMUŞ TARİXİ LİDER
Müasir dövrün qlobal problemi iş şəraitində mobbinq ve mübarizə yolları
Azərbaycan Respublikasında Dövlət Qulluğunun Təkmilləşdirilməsi İstiqamətləri
HEYDƏR ƏLİYEV - MÜASİR AZƏRBAYCAN TARİXİNİ YARADAN LİDER
Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi
Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib
İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb
Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb
Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov
"Qarabağ" İsveçrə çempionuna qalib gəldi
Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub
Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib
Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb
Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb
Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var
Qubada içərisində 125 min manat olan seyf oğurlanıb
İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM
Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il
Şuşada Vaqif Poeziya Günləri başlayıb
Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib
Təhsil Nazirliyi məlumat yaydı
FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür
Azərbaycan neftinin qiyməti 114 dolları ötüb
Azərbaycan Ordusunun əsgəri həlak olub
Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı
Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub
Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir
Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır
Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür
Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib
Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?
Azərbaycan nefti ucuzlaşıb
Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq
Tovuz döyüşlərindən iki il ötür
Bakının mərkəzində partlayış baş verib
Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər
Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro
Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub
Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub
Ərdoğan və Paşinyan arasında telefon danışığı olub
Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY
FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb
Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib
Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib
Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov
Azərbaycan Ordusunun hərbçisi həlak olub
DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub
Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub
Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib
Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb
Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib
Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir
Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM