Korrupsioner deputat-generalın toxunulmazlığının ləğvi məsələsi müzakirə edilir

15:10 / 18.06.2018

Bu dəqiqələrdə Ermənistan parlamenti baş prokurorun deputat-general, böyük miqdarda silah-sursat saxladığına və 2016-cı ilin aprelində Qarabağə əsgərlərə göndərilən yardımları talayın anbarlarına yığdığına görə tutulan Manvel Qriqoryanın toxunulmazlığının ləğvi məsələsini müzakirə edir.

Müzakirələrdə baş nazir Nikol Paşinyan Manvel Qriqoryanın həbsini Ermənistanın müstəqillik tarixində "ən irimiqyaslı korrupsiya əməlinin üstünün açılması” adlandırıb. Korrupsiyaya qarşı mübarizədə hökumətin heç kimə güzəşt etməyəcəyini bildirib. Paşinyan deyib ki, Manvelin həbsi bir günün işi deyil və Milli Təhlükəsizlik Xidməti bu əməliyyatı neçə vaxtdır hazırlayırdı.

"Daşnaksütun” partiyasının fraksiya rəhbəri Armen Rüstəmyan isə Manvel Qriqoryanın evində aparılan axtarışla bağlı Milli Təhlükəsizlik Xidmətinin yaydığı video Qarabağ məsələsində Ermənistana ciddi zərbə vurub.

"Mənə çox ağrılıdır, sarsılmışam və heyrətə gəlmişəm, deməyə sözüm yoxdur. Əgər bütün bu təqdim edilən məlumatlar təsdiqlənsə deməli rüsvayçılıqdır və ayıbdır. Başqa cür şərh vermək mümkün deyil”-Rüstəmyan deyib.

Daşnak deputatın fikrincə bu kontekstdə Qarabağ məsələsinin nizamlanmasına təhdid yaranıb, çünki Azərbaycan tərəfi Manvelin həbsini öz maraqları üçün istifadə etməyə çalışır. Rüstəmyan Manvel Qriqoryanın Qarabağda "xeyli torpaq aldığını” xatırladıb."İndi Azərbaycan Qarabağı azad edəni və qəhrəmanı hörmətdən salmağa çalışır. Düşmənlərimizə bu imkanı vermək lazım deyil”-Rüstəmyan bildirib.

* * *14:34

Ermənistanda hələ də keçmiş prezident Serj Sərkisyanın başçılıq etdiyi, parlamentdə formal çoxluqda olsa da müxaifətə keçən Respublika partiyası general Manvel Qriqoryanın malikanəsindən Qarabağda əsgərlərə göndərilən tonlarla ərzaq və digər yardımların aşkar edilməsinə görə bəyanat verib. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, bəyanatda Milli Təhlükəsizlik Xidmətinin yaydığı videokadrların partiyada "dərin ağrı və hiddət doğurduğu” bildirilir.

"Biz bundan hiddətlənmişik və sarsılmışıq ki, bizim reallığımızda kimsə, xüsusən də Qarabağ müharibəsində fəal iştirak edən general ümumiyyətlə belə əmələ yol verə bilərmiş. Bu qəbuledilməzdir və alçaqlıqdır”-Sərkisyanın partiyası bildirir.

Bununla belə Respublika partiyası qeyd edir ki, təqsirsizlik prezumpiyasına hörmət edir və əgər Manvel Qriqoryanın günahı sübut olunsa xidmətlərindən asılı olmayaraq qanunun bütün ciddiyəti ilə cavab verməlidir.

Parlamentin vitse-spikeri və Respublika partiyasının fraksiya rəhbəri Eduard Şarmazanov isə deyib ki, əsgər çörəyini oğurlamaq qəbuledilməz hərəkətdir, rüsvayçılıqdır."Əsgərin çörəyini oğurlayan milli satqındır”-Şarmazanov deyib.

"Çiçəklənən Ermənistan” partiyası da general Manvelin ciddi cəzalandırılmasını tələb edir. Partiyadan deputat Gevorq Petrosyan bildirib ki,büdcədən oğurluq, əsgər payını mənimsəmək alçaq əməldir və kimliyindən asılı olmayaraq bu əməli törədən cəzasını almalıdır.

Sosial şəbəkələrdə də general-cani Manvelin evindən 2016-cı ilin aprelində Qarabağda əsgərlərə göndərilən ərzaq və digər yardımların çıxmasını hiddətlə müzakirə edir,bu qarətin o vaxtkı hakimiyyət rəhbərliyinin icazəsi olmadan baş verməsini mümkünsüz sayırlar.

Lakin erməni ictimaiyyətinin bu təəcübünü anlamaq çətindir, general Manveli pisləyənlər ən azından səmimi deyil.Çünki mülki azərbaycanlılara qarşı heyvani qəddarlığı ilə ad çıxarmış və işğal edilmiş Azərbaycan şəhərlərini, kəndlərini talamaqla ilkin kapital toplamış manvelləri, serjikləri, robertləri və digər bu kimi hərbi caniləri vaxtında pisləmək lazım idi...//xezerxeber


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM