“Rusiya 2018”: Futbol üzrə dünya çempionatının altıncı günündə üç oyun keçiriləcək

09:09 / 19.06.2018

İyunun 19-da - Rusiyada keçirilən futbol üzrə dünya çempionatının altıncı günündə üç oyun keçiriləcək.

Gün ərzində “H” qrupunda iki oyunda Kolumbiya-Yaponiya və Polşa-Seneqal üz-üzə gələcəklər. Günün sonuncu oyununda mundialın “A” qrupunda yer alan ev sahibi Rusiya Misir yığması ilə qarşılaşacaq. Rusiya-Misir oyunu mundialın ikinci turunun ilk oyunu olacaq. “A” qrupunun birinci turunda Rusiya Səudiyyə Ərəbistanı (5:0), Uruqvay isə Misir yığmasını məğlub edib (1:0).

 

Günün ilk oyunu Bakı vaxtı ilə saat 16:00-da “H” qrupunda yer alan Kolumbiya və Yaponiya arasında baş tutacaq. Görüş “Mordoviya Arena”da oynanılacaq.

Bu komandaların ilk görüşü 2014-ci ildə Braziliyada keçirilən mundialda baş tutub. “C” qrupunda mübarizə aparan hər iki komandanın görüşü 4:1 hesabı ilə kolumbiyalıların qələbəsi ilə başa çatıb. Kolumbiya millisi dünya çempionatlarında indiyədək altı dəfə oynamaq hüququ qazanıblar. Bu komandanın çempionatlarda ən yaxşı göstəricisi sonuncu dünya çempionatına təsadüf edir. Komanda 2014-ci ildə Braziliyada keçirilən mundialda dörddəbir final mərhələsinə vəsiqə qazanıb. Həmin mərhələdə ev sahibi Braziliya millisinə 2:1 hesabı ilə məğlub olaraq mübarizəsini dayandırıb. Kolumbiyalıların mundiallarda debütü 1962-cı ildə olub. Kolumbiya milli komandasının tarixində ən çox qol vuran oyunçu 66 oyunda 26 qolla Radamel Falkaodur. İsveç yığmasında ən çox oyun keçirən oyunçu isə FİFA-nın 20-ci əsrin 100 ən əfsanəvi futbolçular siyahısına daxil olan qapıçı Karlos Valderamadır (111 oyun).

Yaponiya yığması bundan əvvəl üç dəfə mundialda çıxış etmək hüququ qazanıb. Yaponiyalıların mundiallarda ən yaxşı göstəricisi 2002-cı ildə Yaponiya və Ş.Koreya arasındakı oyuna təsadüf edib. Yaponiyalılar həmin vaxt qrup birincisi kimi səkkizdəbir finala yüksəliblər. Komanda səkkizdəbir finalda Türkiyə millisinə məğlub olub. Həmin oyunda Ümüd Davala fərqlənərək yaponiyalıların mübarizəsini dayandırıb.

Günün ikinci oyunu saat 19:00-da Moskvadakı “Spartak” stadionunda başlayacaq. Mundialın birinci turuna yekun vuran oyunda Polşa və Seneqal milliləri ilə qarşılaşacaq.

Polşa millisi yeddi dəfə mundialda iştirak hüququ qazanıb. Polşalılar dünya çempionatlarının ikiqat bürünc mükafatçılarıdırlar (1974, 1982). Polşa millisinin əsas qol silahı sayılan Robert Levandovskiy 91 qolla ən çox fərqlənən oyunçu kimi milli komandanın tarixinə düşüb.

Seneqal millisinin debüt çıxışı 2002-ci ildə Yaponiya və Cənubi Koreyanın birlikdə ev sahibliyi etdikləri mundialda olub. Həmçinin ən yüksək nəticələri də bu mundialda baş tutub. Dörddəbir final mərhələsinə kimi yüksələn Seneqal yığması həmin mərhələdə oyuna əlavə olunmuş dəqiqələrdə buraxdığı qolla Türkiyə millisinə məğlub olub.

Bakı vaxtı ilə saat 22:00-da başlayacaq üçüncü qarşılaşma Sankt-Peterburq şəhərindəki “Sankt-Peterburq Arena”da oynanılacaq. İkinci turun ilk oyununda ev sahibi Rusiya Misir millisi ilə üz-üzə gələcək.

Rusiya millisi dünya çempionatlarının final mərhələsində 1994-cü, 2002-ci və 2014-cü illərdə çıxış edib. Rusiyalılar dünya çempionatlarında sonuncu qələbəsini 2002-ci ildə Tunis üzərində qazanıblar - 2:0.

Misir yığması isə 1934-cü və 1990-cı illərdəki mundiallardan sonra üçüncü dəfədir dünya çempionatlarında iştirak hüququ qazanıb.

Qeyd edək ki, Kolumbiya–Yaponiya oyunu saat 16:00-da İdman Azərbaycan və İctimai Televiziya birbaşa yayımlanacaq. Polşa-Seneqal qarşılaşması isə saat 19:00-da İdman Azərbaycan kanalında canlı yayımlanacaq. Günün sonuncu oyunu azərbaycanlı futbolsevərlər üçün saat 22:00-da yayımlanacaq. Rusiya-Misir oyunu İctimai Televiziya və İdman Azərbaycan kanallarında nümayiş olunacaq.//AZƏRTAC 


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM