AMEA-nın vitse-prezidenti Nərgiz Paşayeva “Birlik ulduzları” mükafatı ilə təltif edilib

20:01 / 21.06.2018

İyunun 19-20-də Qazaxıstanın paytaxtı Astanada, Qazaxıstan Milli Muzeyində MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının “MDB-də dialoq - XXI əsrdə humanitar əməkdaşlığın perspektivləri” mövzusunda XIII Forumu keçirilib.

MDB iştirakçısı olan dövlətlərin yaradıcı və elmi ziyalılarının Forumu Müstəqil Dövlətlər Birliyi məkanında ən iri illik humanitar tədbirdir. MDB ölkələrinin mədəni, elmi və təhsil elitası forumlarda görüşməklə birbaşa peşəkar ünsiyyət və təhsil, elm, ədəbiyyat, təsviri incəsənət və Birlikdə mədəniyyətlərarası qarşılıqlı əlaqənin digər sahələrində aktual, tələbat duyulan layihələrin dəstəklənməsi üçün nadir imkana malik olur.

 Forumda Azərbaycanı geniş nümayəndə heyəti təmsil edib. Nümayəndə heyətinin tərkibinə Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva, AMEA-nın vitse-prezidenti, M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya İnstitutunun direktoru, akademik Dilqəm Tağıyev, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov, Azərbaycan Dövlət Akademik Filarmoniyasının direktoru, Azərbaycanın Xalq Artisti Murad Adıgözəlzadə, digər elm və incəsənət xadimləri daxil idi.

Forumun açılışında Azərbaycan ilə yanaşı, Belarus, Qazaxıstan, Rusiya, Moldova, Tacikistan, Türkmənistan, Özbəkistan, Ukrayna və digər ölkələrdən 200-ə yaxın nümayəndə iştirak edib. Qazaxıstanın Dövlət katibi Gülşara Abdıkalıkova Prezident Nursultan Nazarbayevin Forum iştirakçılarına təbrik məktubunu oxuyub. Dövlət katibi vurğulayıb ki, belə forumlar çərçivəsində humanitar əməkdaşlıq ölkələr arasında mehriban qonşuluq siyasətini daha da möhkəmləndirir.

Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəni əməkdaşlıq üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy Prezident Vladimir Putinin Forum iştirakçılarına təbrik məktubunu oxuyub və tədbirin işinə uğurlar arzulayıb.

Sonra 2017-ci il üçün “Birlik ulduzları” mükafatı laureatlarının təltif edilməsi mərasimi keçirilib. Laureatlar sırasında M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, professor Nərgiz Paşayeva, görkəmli rusiyalı musiqiçi, alt alətində ifaçı, dirijor, məşhur pedaqoq və ictimai xadim, SSRİ Xalq Artisti Yuri Başmet, Qazax Milli incəsənət Universitetinin rektoru, ictimai xadim, Qazaxıstan Respublikasının Xalq Artisti Ayman Musaxacayeva, Moldova Elmlər Akademiyasının həqiqi üzvü, Milli Kosmik Texnologiyalar Mərkəzinin direktoru, Moldova Respublikasının elm və texnika sahəsində Dövlət Mükafatı laureatı İon Bostan, Qırğızıstan Milli Elmlər Akademiyasının Ç.Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun direktoru, akademik Abdıldajan Akmataliyev, Tacikistan Respublikasının Xalq Şairi, Yazıçılar İttifaqının sədri Kosim Nizom, Belarus Respublikasının Əməkdar İdman Ustası, Beynəlxalq Biatlon Federasiyasının İdmançılar Komitəsinin üzvü, dördqat Olimpiya çempionu Darya Domraçeva da var.

M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının rektoru, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik Nərgiz Paşayeva elmi və humanitar fəaliyyətinə görə “Birlik ulduzları” mükafatını almaq üçün səhnəyə dəvət edilib. Professor Nərgiz Paşayeva onun fəaliyyətinə verilmiş yüksək qiymətə görə Forumun iştirakçılarına və təşkilatçılarına minnətdarlığını bildirərək deyib:

-XIII Humanitar Forumun iştirakçılarını ürəkdən salamlayıram.

Mənə “Birlik ulduzları” mükafatı laureatı olmaq və sizin aranızda olmaq xoşbəxtliyi nəsib olub. Şadam ki, dostluq tellərini möhkəmləndirərək biz müasir dünyada bir-biri ilə qarşılıqlı anlaşmanın necə vacib olduğunu başa düşürük. Hər dəfə bu cür imkan düşəndə biz biliklərin, ideyaların, mədəni təcrübənin, gələcək planlarımızın və ümidlərimizin mübadiləsinə kömək etməliyik. Məhz bu əbədi platformalar bizi hər şeydən daha çox əlaqələndirə bilər.

Bu gün biz dünya mədəni irsinin və universal dəyərlərin başı üstünü alan yeni, gözlənilməz təhlükələri tez-tez hiss edir və görürük. Gəlin yada salaq ki, IX, X, XI, XII əsrlər müsəlman mədəniyyəti və elminin ən parlaq dövrü olub. Lakin Şərqdən və Qərbdən başlanan müharibələr, yürüşlər, basqınlar böyük tələfata səbəb olub, çox şeyi birdəfəlik məhv edib. XV əsrdə Qranadada o dövrün böyük sayda sufi şeirləri yandırılıb.

Hamı başa düşmək və qəbul etmək istəyirmi ki, əxlaqi-etik, humanitar-mənəvi dəyərlər və oriyentirlər olmadan yaradıcılıq, ideya azadlığı, elmi fikrin tərəqqisi davamlı inkişaf edə bilməz.

Tarixən yaradıcılıqda həqiqətin öz abstrakt, bəzən tam fərdi, bədii ifadəsi olur. Elmdə həqiqətə və şöhrətə gedən yol uzundur. İllərboyu gərgin əmək, axtarışlar, təcrübələr olmasa, alimlər, yəqin ki, tanınmağın və elmi uğurun sevincini duya bilməzlər. Elmdə həqiqəti aşkar etmək azdır, onu dönə-dönə yoxlamaq, sübut etmək və illüziyalardan qorumaq lazımdır. Xatırlayaq ki, böyüklər də səhvə yol veriblər. Ptolomey Yerin hərəkətsiz olmasına şübhə etmirdi.

Kopernik, Eynşteyn, Tolstoy kimi doğulmaq, Nizami kimi “Xəmsə” yazmaq, Nəsimi kimi yaradıcı ideyalar naminə tərki-dünya olmaq hər kəsə nəsib olmur. Lakin biz hamımız istəsək də, istəməsək də bu böyük insanların – harmoniyanın və biliklərin gözəlliyini yaradanların bütün bəşəriyyətə qoyub getdikləri o böyük nurun bir zərrəsini daşıyırıq. Məhz onlar, onların ölməz irsi bizim yolumuzda sönməz ulduzlardır.

Biz isə, öz növbəmizdə, o ulduzların işıqlı yolu ilə getməyə çalışırıq və bəzən bu işığı əks etdirməyə ehtiyatlı cəhdlər edirik. Bununla da Göy və Yer arasında öz borcumuzu yerinə yetirir və dərk edirik ki, Həqiqətin müəllifi yoxdur, çünki müəllif o özüdür.

Əgər biz öz yolumuzda müəyyən uğur qazanmışıqsa, onda, ilk növbədə, müəllimlərimizə və ustadlarımıza, valideynlərimizə, doğmalarımıza və yaxınlarımıza, həmkarlarımıza borcluyuq. Öz uğurlarımıza görə məhz onlara borcluyuq. Mənə verilmiş yüksək mükafata görə səmimi təşəkkürümü bildirirəm. Sizin icazənizlə, pul mükafatını M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin mənim rəhbərlik etdiyim Bakı filialının tələbələrinin xeyirinə istifadə etmək istəyirəm. Mən bu mükafatı bizim ali məktəbin ən yaxşı tələbəsinə təqaüd üçün ayırmaq niyyətindəyəm.

Bu yaxınlarda Azərbaycanda tariximizin ən parlaq səhifələrindən birini təntənəli şəkildə qeyd etdik. Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması gününün yüz illiyini bayram etdi. Azərbaycan xalqı müsəlman Şərqində ilk azad və demokratik respublika qurub. Azərbaycanlılar bir əsr ərzində tarixi kataklizmlərə, repressiyalara, edamlara, təqiblərə və təhdidlərə rəğmən bu böyük hadisəni daim yadda saxlayıb və respublikamızın banilərinə, o dövrün böyük nümayəndələrinə ehtiram bəsləyiblər. Azərbaycan özünün demokratik və respublikaçılıq ənənələri ilə həmişə fəxr edib və bu gün də fəxr edir.

Məqsədi ictimai rifaha xidmət etmək və humanitar əlaqələri möhkəmlətmək olan bu böyük mənalı tədbirin bütün təşkilatçılarına bir daha təşəkkürümü bildirirəm. Təltif edilənlərin hamısını, bizim bütün komandamızı təbrik edirəm, sizin hər birinizə ruh yüksəkliyi, möhkəm cansağlığı və bütün təşəbbüslərinizdə uğurlar arzulayıram!

Əl-Fərabinin böyük ömür yolunun başlandığı Qazaxıstan Torpağına, bu gözəl Yerdə yaşayan bütün insanlara ehtiramla təzim edirəm. Qazaxıstan xalqına xoşbəxtlik arzu edirəm. Şərqdə belə bir məsəl var: xoşbəxt olmaq istəyirsənsə, ol.

Sağ olun, yeni görüşlərədək!

Qazaxıstanın mədəniyyət və idman naziri Arıstanbek Muhamediulı Forumda çıxış edərək bildirib ki, MDB iştirakçısı olan ölkələrin Humanitar Əməkdaşlıq üzrə Dövlətlərarası Fondunun keçirdiyi forumlarda mədəniyyət, təhsil, elm, informasiya, idman və turizm sahələrində ən vacib məsələlər müzakirə edilir. Nazir MDB çərçivəsində elmi və humanitar əməkdaşlıqda Azərbaycanın rolunu xüsusi qeyd edib və akademik Nərgiz Paşayevanın bütövlükdə dünya elminə, mədəniyyətinə, sivilizasiyalararası dialoqun inkişafına verdiyi böyük töhfəyə görə ona minnətdarlığını bildirib. O deyib: “Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Nərgiz xanım da qlobal miqyaslı şəxsiyyətdir. Biz bunu böyük fəxr hissi ilə söyləyirik. Nərgiz xanımın “Birlik ulduzları” mükafatı ilə təltif olunması bir daha təsdiqləyir ki, onun həm Azərbaycan elminin, mədəniyyətinin, həm də dünya sivilizasiyasının inkişafında böyük xidmətləri var. Akademik Nərgiz Paşayevanın fəaliyyətini qiymətləndirmək bizim üçün böyük şərəfdir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycan elmi, mədəniyyəti və təhsili yüksək səviyyədədir”.

MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun (DHAF) İdarə Heyətinin sədri, Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu müasir dünyada belə forumların keçirilməsinin əhəmiyyətindən danışaraq bildirib ki, ümumi qloballaşma və texnologiyaların sürətli inkişafı fonunda humanitar əməkdaşlıq məsələləri daim diqqət mərkəzində olmalıdır. Bu baxımdan birgə mədəni layihələrin həyata keçirilməsi müntəzəm xarakter alıb. Postsovet məkanında humanitar əməkdaşlığın miqyasının genişləndirilməsi modeli sağlam düşüncəli insanların diqqət mərkəzindədir. Diplomat MDB iştirakçısı olan ölkələrin yaradıcı və elmi ziyalılarının Forumunun həyata keçirdiyi layihələr barədə də ətraflı məlumat verib.

Azərbaycan nümayəndə heyətinin rəhbəri, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, akademik Urxan Ələkbərov Forumun işinə uğurlar arzulayaraq deyib ki, bu cür tədbirlər Birlik ölkələri arasında elm və təhsil sahəsində əlaqələrin inkişafı, təcrübə mübadiləsi üçün geniş imkanlar yaradır. O vurğulayıb ki, bu baxımdan Astana Forumunu elm xadimlərinin, yaradıcı ziyalıların ünsiyyət platforması adlandırmaq olar.

Qeyd edək ki, beynəlxalq “Birlik ulduzları” mükafatı 2009-cu ildə MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondu tərəfindən təsis edilib. Mükafat elm və təhsil, mədəniyyət və incəsənət, humanitar fəaliyyət sahələrində nailiyyətlərə görə hər respublikadan bir nümayəndəyə verilir. Laureatların irəli sürülməsi prosesi MDB ölkələrindən olan görkəmli alimlərin, dövlət və ictimai xadimlərin daxil olduğu beynəlxalq münsiflər heyəti tərəfindən həyata keçirilir.

Budəfəki Forum Qazaxıstan Mədəniyyət və İdman Nazirliyinin və MDB iştirakçısı olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkilatı dəstəyi ilə keçirilib.

Astanada keçirilən budəfəki Forumda Belarus Respublikasının Brest şəhəri 2019-cu il üçün MDB-nin mədəniyyət paytaxtı elan edilib.

İlahə Əhmədova


Etiket:

Strategiya.az

Xəbərlər
20.07.2022

Xarici valyutaların manata qarşı bugünkü məzənnəsi

20.07.2022

Ceyhun Bayramov ölkəmizin Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını bildirib

20.07.2022

İmtahanın nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün Apellyasiya Şurasına ərizə qəbuluna başlanılıb

20.07.2022

Xarici işlər naziri Ceyhun Bayramov NATO-nun Baş katibi Yens Stoltenberq ilə görüşüb

20.07.2022

Avropa İttifaqı münaqişədən sonrakı dövrdə mühüm rol oynayır - Ceyhun Bayramov

20.07.2022

"Qarabağ" İsveçrə çempionuna qalib gəldi

20.07.2022

Tehranda Rusiya və Türkiyə prezidentlərinin görüşü olub

16.07.2022

Ceyhun Bayramov Gürcüstanın Baş naziri ilə bölgədə sülh prosesini müzakirə edib

16.07.2022

Mikayıl Cabbarov: Sənaye zonalarında istehsal 53 faiz, ixrac isə 2 dəfə artıb

16.07.2022

Ağalı kəndinə köçürülən ailələrin tibbi müayinələrinə başlanılıb

16.07.2022

Prezident İlham Əliyev: Bizim Xəzər dənizi kimi çox nəhəng bir enerji mənbəyimiz var

16.07.2022

Qubada içərisində 125 min manat olan seyf oğurlanıb

14.07.2022

İrəvan Dövlət Azərbaycan Dram Teatrının 140 illiyi qeyd edilləcək - SƏRƏNCAM

14.07.2022

Azərbaycan tarixinin şanlı səhifələrindən biri - 14 iyul 1969-cu il

14.07.2022

Şuşada Vaqif Poeziya Günləri başlayıb

14.07.2022

Təhsil Nazirliyi: 204 məktəbdə elektron jurnal və gündəlik sistemi tətbiq edilib

14.07.2022

Təhsil Nazirliyi məlumat yaydı

14.07.2022

FHN: Zəngilan rayonunda ağaclıq ərazidə baş verən yanğının tam söndürülməsi istiqamətində tədbirlər görülür

14.07.2022

Azərbaycan neftinin qiyməti 114 dolları ötüb

14.07.2022

Azərbaycan Ordusunun əsgəri həlak olub

14.07.2022

Baş Prokurorluq rəis müavininin intiharı ilə bağlı məlumat yaydı

13.07.2022

Respublika üzrə pensiyaların iyulun 15-də tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub

13.07.2022

Qızıl təpə abidəsində arxeoloji tədqiqatlar davam edir

13.07.2022

Azərbaycan neftinin bir bareli 113,91 dollara satılır

13.07.2022

Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tam istismara verilməsindən 16 il ötür

12.07.2022

Partlayış zamanı “Baktelecom”un rabitə infrastrukturuna ziyan dəyməyib

12.07.2022

Dünyada "Premium Euro-95" benzinin bahalaşması gözlənilir - Azərbaycana necə təsir edəcək?

12.07.2022

Azərbaycan nefti ucuzlaşıb

12.07.2022

Böyük Britaniyanın yeni baş nazirinin adı sentyabrın əvvəlində açıqlanacaq

12.07.2022

Tovuz döyüşlərindən iki il ötür

12.07.2022

Bakının mərkəzində partlayış baş verib

12.07.2022

Cüdoçularımız Xorvatiyada Qran-Pri turnirində iştirak edəcəklər

12.07.2022

Ərdoğan yaxın zamanda Venesuelaya səfər edəcək - Maduro

11.07.2022

Türkiyə və Ukrayna prezidentləri arasında telefon danışığı olub

11.07.2022

Xaçmazdakı meşə yanğınının söndürülməsinə iki helikopter və amfibiya tipli təyyarə cəlb olunub 

11.07.2022

Ərdoğan və Paşinyan arasında telefon danışığı olub

11.07.2022

Saatlı stansiyası yaxınlığında qəzaya uğrayan qatar Gürcüstana məxsusdur - ADY

11.07.2022

FHN Xaçmazdakı meşə yanğınları ilə bağlı məlumat yayıb

11.07.2022

Vahid əlaqələndirmə mərkəzlərində 41 min şəxsə xidmətlər göstərilib

11.07.2022

Kino Agentliyi Mədəniyyət Nazirliyinin tabeliyində olan qurumların siyahısına əlavə edilib

09.07.2022

Gələn ilin sonunda Şuşa ilk sakinlərini qəbul edəcək - Aydın Kərimov

09.07.2022

Azərbaycan Ordusunun hərbçisi həlak olub

09.07.2022

DİN: Ötən gün ölkə ərazisində qeydə alınan cinayətlərdən 52-nin açılması təmin olunub

09.07.2022

Xocavənd rayonu ərazisində yeni hərbi hissənin açılışı olub

09.07.2022

Birinci vitse-prezident Mehriban Əliyeva Qurban bayramı münasibətilə xalqımızı təbrik edib

09.07.2022

Abeyə atəş açan şəxs əməlinin səbəbini açıqlayıb

09.07.2022

Zakir Həsənov Qurban bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

09.07.2022

XİN Azərbaycanın diplomatik xidmət orqanlarının əməkdaşlarını peşə bayramı münasibətilə təbrik edib

09.07.2022

Bu gün Azərbaycanda Qurban bayramı qeyd edilir

08.07.2022

Bərdədə avtomobil yolunun tikintisi ilə bağlı 3,1 milyon manat ayrıldı - SƏRƏNCAM